PKK terror qrupunun eyni gündə Mardin, hakkari və Elazığda həyata keçirdiyi bombalı saldırıda 4 polis məmuru yaralanıb. Onlardan iki nəfəri Mardində yola döşənməş minaların polis maşını keçərkən partlaması nəticəsində xəsarət alıb. Digər iki polis isə terrorçularla aralarında çıxan atışmada yaralanaraq xəstəxanaya yerləşdirilib.
Hər üç bölgədə terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat başlanıb.