İŞİD qüvvələri Yəməndə şiə məscidində iki partlayış həyata keçirib. İlk partlayışı namaz vaxtı terrorçu-kamikadze törədib. Nəticədə 28 nəfər həlak olub, 75 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İkinci partlayış artıq camaat qaçmağa üz qoyarkən törədilib. Partlayışlara görə məsuliyyəti "İslam dövləti” terrorçu təşkilatı öz üzərinə götürüb.