Sentyabrın 2-də saat 01 radələrində Ağcabədi şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Baki-xeber.com-un Daxili İşlər Nazirliyinin saytına istinadən xəbərinə görə, rayon sakinləri Rahib Əhmədovun və Rövşən Rüstəmovun idarə etdikləri "VAZ” markalı avtomobillər toqquşub. Nəticədə ağır bədən xəsarətləri alan R.Rüstəmov xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Ağcabədi RPŞ-də araşdırma aparılır.