Egey dənizinin Bodrum sahillərində təknənin aşması nəticəsində Suriyadan qaçdıqları ehtimal edilən 12 nəfərin meyiti aşkarlanlb. Bu barədə baki-xeber.com "Euronews"ə istinadən xəbər verir. Onlardan 5 nəfəri azyaşlı və qadındır. Qaçqınlar Yunanıstanın Kos adasına pənah aparırmış. Türkiyənin təhlükəsizlik qüvvələri onlarla gəlmiş 7 nəfəri xilas edə bilib. Daha 2 nəfər isə özü üzərək sahilə çıxa bilib. Yerli orqanların xəbərinə görə, 2 təknədə 23 nəfər olub. Digərlərinin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir.