Türkiyənin Hakkari bölgəsində terrorşular Nurəddin Toktamış və oğlunu qaçırıb. Hadisə hakkarinin Yükseova rayonunda yaşanıb. Rayonun Böyükçiftlik bölgəsinə gələn terrorçular Nurəddin Toktamışın evini basaraq oğlu ilə birlikdə onu özlərilə aparıblar. Bu barədə jandarmaya zərərdidənin yaxınları xəbər verib. Ata və oğulun qaytarılması yönündə bölgədə əməliyyat başladılıb. Yaxınları Nurəddin Toktamışın bundan əvvəl PKK tərəfindən təhdid edildiyini də bildiriblər.
Qeyd edək ki, Toktamış parlament seçkilərinə AKP-dən namizədliyini irəli sürüb.