Demokrat senator Barbara Mikulskaya İranın nüvə proqramı ilə bağlı müqaviləni dəstəkləyəcəyini bəyan edib. Bununla da Konqresdə İranla razılaşmaya qarşı qoyula biləcək vetonu aradan qaldırmaq üçün prezident Obamaya lazım olan 34 səs təmin edilib.
Qeyd edək ki, İranla "Altılıq” ölkələri arasında bu ölkənin nüvə proqramı ilə bağlı razılaşmanın əldə olunması ABŞ Konqresində etirazlara səbəb olmuşdu. Barak Obama isə bu razılaşmaya mane ola biləcək istənilən qərara qarşı veto hüququndan istifadə edəcəyini bəyan etmişdi.