Böyük Britaniyanın yeni Baş naziri Endi Börnhem Kanişka Narayanı Süni İntellekt Naziri təyin edərək, vəzifəni ilk dəfə olaraq kabinet statusuna qaldırıb. Bu barədə Bloomberg məlumat yayıb. Leyborist Partiyasını təmsil edən uelsli siyasətçi Narayan, 2025-ci ilin sentyabr ayında Börnhemin sələfi Keyr Starmerin rəhbərliyi altında süni intellekt və internet təhlükəsizliyi üzrə kiçik nazir təyin edilib.
SAMİRƏ