Orta Doğu Texnik Universitetinin (ODTÜ) 70-ci məzuniyyət mərasimi bu il də tələbələrin qaldırdığı plakatlar və etiraz aksiyaları ilə gündəmə gəlib. Haberler.com-un xəbərinə görə, Devrim Stadionunda keçirilən mərasimdə tələbələr Türkiyənin siyasi və ictimai gündəmi ilə bağlı mesajlarını satirik və tənqidi plakatlar vasitəsilə ifadə ediblər.
Mərasimdə AKP hakimiyyətinə ünvanlanan “Hər layihəyə yenidən baxılır, 23 illik olanlara da” yazılı plakat diqqət çəkib.
Minimum əməkhaqqı ilə bağlı “Türkiyənin ixtisaslı qulları 28 min TL” yazılı plakat nümayiş etdirilib.
Milli Təhsil naziri Yusuf Tekinə ünvanlanan plakat isə tələbələrin etirazını söz oyunu ilə ifadə edib: “Nazir Tekin, məktəblər heç də ‘tekin” (təhlükəsiz/sakit) deyil…
Bundan başqa, tələbələr “Mübarizə aparmaq bizim təbiətimizdə var” və “İfadə azadlığı – Error 404” (yəni ifadə azadlığı tapılmadı) yazılmış plakatlar da qaldırıblar.
Əli TURABOV