İran tərəfindən dəstəklənən şiə qrupu olan İraqda İslam Müqaviməti ABŞ prezidenti Donald Trampın başına mükafat təyin edib.
Qrup yazılı açıqlamada Trampa sui-qəsd edən şəxs və ya şəxslərə 10 milyon dollar mükafat veriləcəyini açıqlayıb. Mükafatın "tərəfdarlarından toplanan ianələr" hesabına ödəniləcəyi bildirilir.
Bəyanatın İraq Baş naziri Əli əl-Zeydinin ilk xarici səfəri zamanı ABŞ-da danışıqlar apararkən verilməsi diqqət çəkir.
SAMİRƏ