13 iyul bazar ertəsinə keçən gecə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yeni bir hücum dalğasının başladığını elan edib.
“Məqsəd İslam Respublikasının Hörmüz boğazından maneəsiz keçən mülki dənizçilərə və ticarət gəmilərinə hücum etmək qabiliyyətini sarsıtmağa davam etməkdir”- ABŞ ordusu sosial media hesabında yazıb. CENTCOM əlavə edib ki, "Ali Baş Komandan bu hücumları İran rejimini çəkindirmək üçün əmr edib".
İran dövlət televiziyası IRIB-in məlumatına görə, partlayışlar Bəndər Abbas limanının qərbində, Sirik şəhəri yaxınlığında və Qeşm adasında, eləcə də Hörmüz boğazı yaxınlığındakı Cask şəhərində baş verib. Hökumətyönlü Mehr xəbər agentliyi Qeşm adasında bir nəfərin öldüyünü və iki nəfərin yaralandığını bildirib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) isə bildirib ki, ABŞ və İsrailin İranla müharibəsindən əvvəl qlobal neft ticarətinin təxminən 20 faizinin keçdiyi Hörmüz boğazı "sonrakı xəbərdarlığa qədər və Amerikanın bölgəyə müdaxilələri bitənə qədər bağlı" qalacaq. ABŞ ordusu bu açıqlamanı təkzib edib. Mərkəzi Komandanlıq (CENTCOM) bildirib ki, "İran boğaza nəzarət etmir. Gəmiçilik davam edir". Prezident Donald Tramp eyni açıqlamanı 12 iyulda verib.
SAMİRƏ