Almaniyanın cənubunda Ukrayna ordusu üçün süni intellektlə təchiz olunmuş hücum dronları yığan gizli müəssisə fəaliyyət göstərir. Bu barədə "The New York Times" qəzetinin xəbərində deyilir.
RİA Novosti də xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri üçün dron istehsal edən Helsing SE şirkətinə məxsus gizli fabrik Almaniyada fəaliyyət göstərir. İstehsalat mümkün təxribatların qarşısını almaq üçün diqqətlə gizlədilir.
"Helsingin adı heç yerdə görünmür: rəhbərlik fabrikin təxribat və ya hücumların hədəfinə çevrilə biləcəyindən qorxur, çünki orada yığılmış minlərlə dron Ukraynada döyüşlərdə istifadə olunub", - "The New York Times" qəzeti yazır.
Xəbərdə o da bildirilir ki, təhlükə yaranarsa, fabrik cəmi bir gün ərzində başqa yerə köçə bilər.
SAMİRƏ