ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ABŞ və İran arasında davam edən hərbi və siyasi gərginlik dövründə agentliklə əlaqə saxlamaq istəyən iranlılar üçün fars dilində bəyanat yayımlayıb.
Bəyanatda MKİ ilə onlayn kanallar vasitəsilə təhlükəsiz əlaqə saxlamaq barədə məsləhətlər verilir. Agentlik onlarla əlaqə saxlamaq istəyənləri əvvəlcə hərtərəfli təhlükəsizlik tədbirləri görməyə çağırıb. Buraya ofis kompüteri və ya şəxsi telefon əvəzinə yeni, birdəfəlik istifadə olunan cihazdan istifadə tövsiyəsi də daxildir.
Həmçinin mesajda ekran və onlayn fəaliyyəti ətrafdakıların görmə riski ilə bağlı ehtiyatlı olmağın vacibliyi vurğulanır. MKİ əlaqə saxlayacaq şəxslərə etibarlı əlaqə metodlarına üstünlük verməyi, məxfilik parametrlərini diqqətlə konfiqurasiya etməyi və əlaqə təhlükəsizliyini artıran əlavə xüsusiyyətləri aktivləşdirməyi tövsiyə edir.
Qeyd edək ki, bu ayın əvvəlində Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Çin hərbi rəsmilərinə də əməkdaşlıq üçün oxşar çağırış edərək, onlara agentliklə təhlükəsiz kanallar vasitəsilə əlaqə qurmağı tövsiyə edib.
SAMİRƏ