Bərdə şəhər sakini evində intihar edib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Yusif Məmmədov özünə məxsus ov tüfəngi ilə özünü öldürüb. Onun həyatına qəsd etməsinin səbəbləri məlum deyil.
Yusif Məmmədov uzun illər Bərdə-Bakı marşrutu üzrə mikroavtobus sürücüsü olub. Bir neçə ay əvvəl isə Bakı-Qazax magistralında qəzaya uğrayıb.