"İslam dövləti” terrorçu təşkilatının üzvləri İraq seçki komissiyasının 300-ə yaxın üzvünü edam edıb. Baki-xeber.com-un EFE agentliyinə istinadən xəbərinə görə, edam Mosuldakı hərbi düşərgədə gerçəkləşdirilib. İŞİD üzvləri edama məhkum etdikləri şəxslər üzərində məhkəmə qurulması ilə bağlı onların yaxınlarını məlumatlandırıblar. "Satqın və sapıq” adlandırdıqları şəxslərin meyitlərini isə yaxınlarına verməkdən imtina ediblər.
Xəbərdə o da bildirilir ki, edam olunanların azı 50 nəfəri qadındır. İraq Seçki Komitəsi situasiyanı nəzarətinə götürməsi, kütləvi ölüm və cinayətlərin qarşısının alınması ilə bağlı BMT-yə müraciət edib.