Bakı-xeber.com-un "İnterfaks”a istinadən xəbərinə görə, ötən gecə Donetskdə ATƏT-in xüsusi missiyasının qaldığı ərazinin yaxınlığında təşkilatn 4 avtomobili yandırılıb.
"ATƏT-in 4 zirehli avtomobili aşkar od vurulma izləri ilə dağılmış vəziyyətdə tapılıb”- deyə missiyanın mikrobloqunun tvitter səhifəsində bildirilir.
Missiyadan bu hadisədən üzüldükləri bildirilib və hadisənin təfərrüatı barədə əlavə məlumatın veriləcəyi qeyd olunub.