Cümə günü, 06 noyabr 2026
     

Prezident İlham Əliyev: “Bu müxtəliflik artıq Azərbaycanı dünya səviyyəli turizm mərkəzinə çevirir”

Image


"Mən sizi ürəkdən təbrik etmək istəyirəm. Bu gün biz "Qalaaltı” müalicəvi istirahət mərkəzinin açılışını qeyd edirik. Gözəl, əlamətdar hadisədir və bu hadisə bir daha onu göstərir ki, ölkəmiz sürətlə və hərtərəfli inkişaf edir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Şabran rayonunun ərazisində yerləşən "Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılışı zaman deyib.

İlham Əliyev bildirib ki, Qalaaltı suyu çox məşhur sudur, nadir keyfiyyətlərə malikdir və indi bu gözəl mərkəz yaranandan sonra əminəm ki, həm Azərbaycan vətəndaşları, həm də ki xarici qonaqlar bu imkanlardan istifadə edəcəklər:

"Bu gün "Qalaaltı” kurortuna yeni həyat verilir, Qalaaltının yeni dövrü başlayır. Bu, müasir dövrdür, gözəl dövrdür və burada yaradılan şərait ən yüksək standartlara uyğundur.

"Qalaaltı” kurortu 1970-ci illərdə yaradılmışdır. Əlbəttə ki, o vaxt şərait belə deyildi, ancaq buna baxmayaraq, Sovet İttifaqının müxtəlif yerlərindən buraya qonaqların axını müşahidə olunurdu. Minlərlə insan hər il Sovet İttifaqının müxtəlif yerlərindən buraya gəlirdi, müalicə alırdı, istirahət edirdi.

Bu gündən sonra artıq Qalaaltı dünya səviyyəli beynəlxalq müalicə və istirahət kompleksi kimi fəaliyyətə başlayacaq və burada yaradılan şərait, - siz də bunu yaxşı bilirsiniz, - ən yüksək standartlara uyğundur. Beşulduzlu otel, SPA mərkəzi, əyləncə zonaları, əlbəttə, bunun özəlliyi ondan ibarətdir ki, burada yerin altından çıxan gözəl su insanların sağlamlığına müsbət təsir göstərəcək.

Bununla bərabər, deyə bilərəm ki, bu mərkəzin açılışında bizim siyasətimiz də öz əksini tapır. Çünki regionların inkişafı, qeyri-neft sektorunun, turizm sektorunun inkişafı bizim üçün prioritet sahədir. Regionların inkişafı ilk növbədə infrastruktur layihələrindən başlamışdır, yollar çəkilməli idi. Əgər yol olmasaydı burada heç kim vəsait qoyub bu mərkəzi yaratmazdı. Həm Bakı-Quba-Rusiya sərhədi magistral yolu, eyni zamanda, Siyəzən şəhərindən çəkilən yol və digər infrastruktur layihələri ki, bu gün bütün bölgələrdə bu layihələr icra edilir. İçməli su, elektrik enerjisinin təchizatı, kənd yolları, qazlaşdırma və digər infrastruktur layihələri ölkəmizdə uğurla icra edilir. Regionların inkişafı, o cümlədən turizmin inkişafı ilə bağlıdır, xüsusilə nəzərə alsaq ki, bizim çox gözəl təbiətimiz var. Biz çox xoşbəxt insanlarıq ki, belə gözəl ölkədə yaşayırıq. Xəzər dənizi, dağlar, çaylar, bulaqlar, göllər, meşələr - bütün bunlar bizdə var. Belə olan halda, turizmin inkişafı bir neçə il bundan əvvəl prioritet istiqamət kimi müəyyən edilmişdir və hazırda ölkəmizin müxtəlif yerlərində dünya səviyyəli turizm mərkəzləri və kurortlar fəaliyyət göstərir”.

Dövlət başçısı vurğulayıb ki, Sovet dövründə iki məşhur kurortumuz var idi - biri Qalaaltı, biri də Naftalan:

"Naftalan kurort mərkəzi də bu gün ən yüksək səviyyədə yaradılıb. Artıq beşulduzlu üç otel fəaliyyət göstərir. Mən o otellərin hər birinin açılışında şəxsən iştirak etmişəm və dördüncü otel də tikilməkdədir. Beləliklə, Naftalana hər il istirahət üçün artıq on minlərlə insan gəlir və son vaxtlar şadam ki, xarici ölkələrdən də gələnlərin sayı gündən-günə artır. Əminəm ki, Qalaaltı da o səviyyəyə qalxacaq. Çünki burada da müalicə almaq, istirahət etmək, dincəlmək üçün çox gözəl imkanlar var.

Beləliklə, biz bu iki tarixi kurort mərkəzini nəinki bərpa etdik, ən yüksək dünya səviyyəsində yenidən yaratdıq.

Bizim digər kurort yerlərimiz də var, misal üçün bir neçə il bundan əvvəl Naxçıvanda "Duzdağ” mağarasının ətrafında gözəl otel tikilmişdir. O mağaralarda da gözəl işlər görülmüşdür. O daha çox ağciyər xəstəlikləri üçün yararlıdır. "Qalaaltı” kompleksində böyrək, öd kisəsi, Naftalanda revmatizm, oynaq xəstəlikləri müalicə olunur. Bax, bu müxtəliflik artıq Azərbaycanı dünya səviyyəli turizm mərkəzinə çevirir. Nəzərə alsaq ki, bizim gözəl Xəzər dənizimiz var, dəniz boyu yerlərdə otellər tikilir. Avropa Oyunlarının keçirilməsi, əlbəttə ki, turizmin inkişafına çox müsbət təsir göstərmişdir. Biz bunu görürük. Minlərlə qonaq gəldi və Bakıya heyran oldu. Bakının gözəlliyi, abadlığı, yaradılan şərait, insanlarımızın qonaqpərvərliyi, əlbəttə ki, turistləri cəlb edir”.

İlham Əliyev deyib ki, hər bir ölkə, xüsusilə Azərbaycan kimi belə gözəl yerlərə, təbii sərvətlərə malik olan bir ölkə mütləq turizmi inkişaf etdirməlidir:

"Çünki bu, daimi gəlir mənbəyidir. Təbii sərvətlər, neft, qaz - bunlar tükənən sərvətlərdir. Ancaq ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir. Onların içərisində turizm xüsusi yer tutur. Biz bəzi ölkələrin gəlirlərinə fikir versək görərik ki, ən çox gəlir gətirən sahə turizmdir. Bəs turizmin inkişafı üçün nə lazımdır? İlk növbədə gərək səni tanısınlar. Biz ölkəmizi tanıtdırırıq, dünya miqyasında, xarici ölkələrdə təqdimatlar, mədəniyyətimizlə, inkişafımızla bağlı tədbirlər keçiririk. Eyni zamanda, Azərbaycanda mötəbər beynəlxalq yarışlar, mədəni tədbirlər, festivallar, müsabiqələr təşkil olunur. Avropa Oyunları başa çatdı, gələn il "Formula-1” yarışı, iki ildən sonra İslam Həmrəylik Oyunları keçiriləcək. Bütün bunlar qonaqları cəlb edir və ondan sonra qonaqlar da vətənlərinə qayıdaraq öz fikirlərini bölüşürlər. Misal üçün, dünən mən Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti ilə görüşmüşəm, - dünən Qəbələdə dünya kubokunun yarışları başlamışdır, - o, mənə dedi ki, Avropa Oyunlarının açılışında iştirak edərkən, Bakı ilə tanış olarkən şəhərimiz çox xoşuna gəldi və bu dəfə öz ailəsi ilə Bakıya gəldi. Bax, budur bizim imkanlarımız. Biz beynəlxalq tədbirlər keçiririk ki, bizi daha çox tanısınlar. Bu, birinci şərtdir. Turizmin inkişafı üçün ikinci şərt infrastrukturun mövcudluğudur. Bizim Heydər Əliyev Beynəlxalq Aeroportumuz dünya miqyasında ən birinci yerlərdədir. Avtomobil yolları, infrastruktur, xidmət sahəsi və əlbəttə, insanlarımızın qonaqpərvərliyi ki, bu da həmişə var. Bu, bizim bəlkə də ən böyük sərvətimizdir. Ona görə, bax, bütün bu amilləri nəzərə alaraq biz görürük ki, Azərbaycanda turizmin inkişafı üçün çox gözəl imkanlar var. Biz bu imkanlardan maksimum dərəcədə istifadə etməliyik”.

Dövlət başçısı vurğulayıb ki, bölgələrdə yeni gözəl beşulduzlu mərkəzlər tikilir, Bakı şəhərində ən aparıcı dünya otellər brendləri fəaliyyət göstərir:

"Təkcə bu il iki otel açılmışdır - "İnturist”, hansı ki, tarixi ədaləti bərpa etmişik. Vaxtilə "İnturist” oteli tikilmişdi, sonra əfsuslar olsun ki, söküldü. İndi "İnturist” bərpa edildi. Nəinki Azərbaycanın, bölgənin ən böyük oteli "Bulvar” otelidir və bu il istifadəyə verilmişdir.

Ona görə, Bakı artıq bu istiqamətdə dünya miqyasında fərqlənən şəhərlər arasındadır. Mən istəyirəm ki, bizim hər bir şəhərimizdə belə imkanlar yaradılsın. Baxın, son vaxtlar nə qədər gözəl otellər tikilmişdir. Biz "Şahdağ” Xizək Mərkəzini yaratdıq. Orada artıq üç beşulduzlu, iki üçulduzlu və dördulduzlu otellər inşa olunub. Qış aylarında şənbə, bazar günlərində bəlkə də beş minə qədər insan oraya gedib istirahət edir. Buradan Şahdağa qədər avtomaşınla bir saatyarımlıq yoldur.

Qəbələdə ikinci xizək kurortu, eyni zamanda, bir neçə gözəl otel yaradılıb. İki il əvvəl Qubada "Rixos” kimi gözəl otel tikilib. Şamaxıda, Naftalanda, Qalaaltıda, cənub zonasında da otellər inşa olunub. Budur bizim siyasətimiz və inkişafımız və biz bunu dünyada yaşanan maliyyə və iqtisadi böhran dövründə əldə edirik. Bu gün elə bir ölkə tapmaq çətindir ki, bu böhran ona təsir etməsin - hansısa ölkələrə daha çox, hansısa ölkələrə daha az. Amma Azərbaycan böhranlı illərdə inkişaf edir, belə gözəl əsərlər yaradır.

İnfrastruktur layihələri icra edilir, neftin qiyməti keçən ilə nisbətən iki dəfədən çox aşağı düşdü. Əlbəttə ki, bu, bizim gəlirlərimizə mənfi təsir göstərir, az pul qazanırıq, amma bununla bərabər, iqtisadiyyatımızın şaxələndirilməsi hesabına yaradılan potensial imkan verir ki, Azərbaycan vətəndaşı bunu hiss etməsin. Dayanıqlı inkişaf bu istiqamətdə gedəcək. Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq. Gün gələcək neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq. Çünki sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları - Azərbaycanda bu sahələr inkişaf edir və daha da sürətlə inkişaf etməlidir.

Ona görə, "Qalaaltı” müalicəvi istirahət mərkəzinin açılışı sadəcə olaraq bir otelin açılışı deyil, bu, bizim siyasətimizin əksidir və bizim niyyətimizi ifadə edir. Əminəm, yerli və xarici investorlar bu imkanlardan ruhlanaraq Azərbaycanda yeni gözəl otellər, istirahət zonaları yaradacaqlar ki, həm vətəndaşlarımız, həm qonaqlarımız bundan istifadə etsinlər.

Siz, burada işləyən insanlar əminəm ki, öz vəzifə borcunuzu şərəflə yerinə yetirəcəksiniz, qonaqlara yaxşı xidmət göstərəcəksiniz. Əminəm ki, bir dəfə buraya gələn qonaqlar yenidən qayıtmaq istəyəcəklər.

Sizi bir daha ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ