Bu gün saat 14:00 radələrində Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Səbail rayonunda Dəniz kənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 800 metr sağa, nəzarətsiz ərazidə) 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub. Baki-xeber.com-un xəbərinə görə, dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə gələrək həmin şəxsi xilas edib və aidiyyəti üzrə təhvil verib. İntihara cəhdin səbəbi bəlli deyil.