çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

İşğaldan Zəfərə, Zəfərdən quruculuğa: Kəlbəcərin beşillik yolu

Image


Bu gün Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən beş il ötür. Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 25-də Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. Kəlbəcər qədim tarixi, minilliklərə söykənən mədəni irsi, təbii sərvətləri və strateji mövqeyi ilə Azərbaycanın ən dəyərli bölgələrindən biridir. İşğaldan əvvəl burada aşkar edilmiş 30 min illik yaşayış izləri, qədim qaya təsvirləri, türk əlifbası nümunələri və tarixi abidələr regionun Azərbaycan mədəniyyətinin mühüm beşiyi olduğunu təsdiqləyir. Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib. S.Mikayılova qeyd edib ki, 1993-cü ildə Kəlbəcərin işğalı xalqımız üçün böyük faciə olmuş, yüzlərlə dinc sakin qətlə yetirilmiş, on minlərlə insan öz doğma yurdlarından didərgin düşmüş, rayonun mədəniyyət, təhsil, səhiyyə və sosial infrastrukturu tamamilə dağıdılmışdı:

"Ermənistanın bölgədə həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasəti, ərazilərə vurduğu ağır ekoloji və maddi ziyan beynəlxalq hüququn kobud şəkildə pozulmasının bariz nümunəsi idi. Vətən müharibəsində Azərbaycan Ordusunun şücaəti və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi nəticəsində Kəlbəcər rayonunun şimal hissəsində mühüm strateji yüksəkliklər azad edildi. Bu, Ermənistan ordusunun hərbi-logistik təminatını iflic edərək 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatında Kəlbəcərin Azərbaycanın nəzarətinə qaytarılmasını təmin edən əsas amillərdən biri oldu. 25 noyabr 2020-ci ildə Kəlbəcərin bir güllə atılmadan, diplomatik üstünlük yolu ilə Azərbaycana təhvil verilməsi müasir tariximizin ən böyük siyasi nailiyyətlərindəndir."

Deputat qeyd edib ki, 1993-cü il 30 aprel tarixli 822 saylı BMT Təhlükəsizlik Şurası Qətnaməsi Ermənistan–Azərbaycan münaqişəsi üzrə qəbul edilmiş ilk beynəlxalq sənəddir və Kəlbəcərin işğalına dünya birliyinin verdiyi rəsmi reaksiyanı əks etdirirdi:

"Qətnamədə Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Bu sənəd beynəlxalq hüquq baxımından Ermənistanın işğalçı tərəf olduğunu təsdiqləyən fundamental normativ akt idi. Lakin rəsmi İrəvan bu tələbə əməl etmədi və uzun illər ərzində qətnamənin icrasından imtina etdi. BMT TŞ-nin daimi üzvləri də daxil olmaqla beynəlxalq təşkilatlar qətnamənin icrası üçün mexanizmlər tətbiq etmədilər. Qətnamənin yerinə yetirilməməsi beynəlxalq hüquq sisteminin selektivliyini və ikili standartlar siyasətinin mövcudluğunu bir daha üzə çıxardı. Nəticədə Kəlbəcər və digər ərazilər 2020-ci ilədək faktiki işğal altında qaldı və milyonlarla azərbaycanlının fundamental hüquqları pozuldu."

S.Mikayılova əlavə edib ki, 1999-cu ildən etibarən Ermənistan Kəlbəcər də daxil olmaqla işğal olunmuş Azərbaycan ərazilərində məqsədyönlü və planlı şəkildə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməyə başladı:

"Bu fəaliyyət Cenevrə Konvensiyalarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT prinsiplərinə, beynəlxalq humanitar hüququn əsas normalarına tam zidd idi."

Deputat qeyd edib ki, 2020-ci ilin noyabrın 25-də Kəlbəcər nəzarətimizə keçəndən sonra rayonda böyük quruculuq işləri görülməyə başlandı:

"Kəlbəcər şəhəri və rayonunun bütövlükdə yenidən qurulması Azərbaycan Respublikasının azad edilmiş ərazilərdə həyata keçirdiyi ən böyük urbanizasiya, infrastruktur və sosial-iqtisadi inkişaf layihələrindən biridir. İşğal nəticəsində tamamilə dağıdılmış Kəlbəcər bu gün ölkədə “ağıllı şəhər”, “yaşıl enerji zonası”, müasir kənd təsərrüfatı və turizm mərkəzi konseptlərinin tətbiq edildiyi əsas regionlardan birinə çevrilir. Bütün bu proseslər həm dövlət siyasətinin prioritetlərindən, həm də Prezident İlham Əliyevin bölgəyə ardıcıl səfərləri zamanı müəyyən etdiyi strateji inkişaf vizyonundan irəli gəlir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Kəlbəcər şəhərinin 2040-cı ilədək Baş planı” rayonda müasir, funksional və ekoloji dayanıqlı şəhər modelinin qurulmasını nəzərdə tutur. Şəhərin ərazisi iki dəfədən çox genişləndirilir, yeni yaşayış məhəllələri, inzibati binalar, parklar, məktəblər, bağçalar, xəstəxanalar və idman obyektləri inşa olunur. Yaşıllıq sahəsinin adambaşına düşən norması ölkə üzrə ən yüksək göstəricilərdən biridir. "

S.Mikayılova qeyd edib ki, Vətən müharibəsində Zəfərdən sonra Kəlbəcərdə həyata keçirilən yenidənqurma və bərpa proqramı Azərbaycan dövlətinin azad olunmuş ərazilərdə apardığı ən böyük və ən çətin layihələrdən biridir:

"İşğal zamanı tamamilə dağıdılmış şəhər və kəndlərin, yol-nəqliyyat, enerji, təhsil, səhiyyə və turizm infrastrukturunun bərpası qısa müddətdə geniş miqyasda həyata keçirilir və Kəlbəcər bu gün ölkənin ən sürətli dəyişən bölgələrindən birinə çevrilir. Kəlbəcərə ilk köç bu ilin avqustun 21-də həyata keçirildi. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev Kəlbəcər şəhərində birinci yaşayış kompleksinin açılışını etdi, sakinlərə mənzillərinin açarını təqdim etdi, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva yeni Kəlbəcərin ilk sakinlərini təbrik etdi."

S.Mikayılova əlavə edib ki, Kəlbəcər şəhərində yüzlərlə ailənin yaşayacağı yeni məhəllələr tikilir: "Hazırda 524 ailəlik kompleksin ilk mərhələsinə köçürmə həyata keçirilir, yeni çoxmənzilli binalar, sosial obyektlər, park və istirahət zonaları istifadəyə verilir. Digər yaşayış komplekslərinin də təməlləri qoyulub və sürətlə tikinti gedir. Yanşaq, Zallar, Zar kimi böyük kəndlərin tamamilə yenidən layihələndirilməsi və qurulması aparılır. Bu kəndlərdə yüzlərlə fərdi ev, məktəblər, bağçalar, ictimai obyektlər inşa edilir. Məskunlaşdırma mərhələli şəkildə həyata keçirilir və hər bir kənd müasir kənd modeli kimi formalaşır. Bundan başqa yol–nəqliyyat, enerji infrastrukturu, turizm, sosial infrastruktur layihələri sürətlə həyata keçirilir."



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana 1 milyon rubldan artıq nağd pulun çıxarılmasına qadağa qoydu

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ