Özbəkistanın Ali Məclisinin Qanunvericilik Palatasının Komitə sədri Babur Bekmuradov Türk Dövlətləri Təşkilatının QHT-lərinin həmrəylik forumu çərçivəsində keçirilən “Zəngəzur dəhlizi: Türk coğrafiyasını birləşdirən körpü” panelində Zəngəzur Dəhlizi barədə danışıb. O qeyd edib ki, Zəngəzur dəhlizi Azərbaycan, Qafqaz və bütöv Türk dünyası üçün strateji əhəmiyyət daşıyır. Bu layihə təkcə iki dövlət üçün deyil, həm də regional ölkələr, Mərkəzi Asiya, o cümlədən Özbəkistan üçün önəmlidir.
B.Bekmuradov deyib ki, Zəngəzur dəhlizi iqtisadi əlaqələrin güclənməsinə, tranzit imkanlarının artırılmasına və bölgədə davamlı sülhün təmin edilməsinə töhfə verəcək. O bildirib ki, Zəngəzur dəhlizi həm regionun birliyi, həm də Türk dünyasının ortaq inkişafı baxımından mühüm rol oynayır.
Mətləb Salahov