Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin QHT-lərinin Həmrəylik Forumunda çıxışı zamanı mühüm fikirlər səsləndirib. O qeyd edib ki, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində çoxşaxəli əməkdaşlıqlar var. "TDT çərçivəsində bizim çoxşaxəli əməkdaşlıqlarımız var. 34 istiqamət üzrə dövlət təşkilatlarını bir araya gətirən müxtəlif formatlar mövcuddur, lakin qeyri-hökumət təşkilatlarını birləşdirən belə bir format indiyədək olmamışdı. Bu gün böyük məmnuniyyətlə deyə bilərik ki, türk dünyasını bir araya gətirən, insanlararası təmasların vacib tərkibi və aparıcı qüvvəsi olan qeyri-hökumət təşkilatları, sivil vətəndaş cəmiyyəti təşkilatları ilə birlikdə bu formatın əsası yaradılılır".
Mətləb