şənbə günü, 08 avqust 2026
     

Vüqar Rəhimzadə: Azərbaycanın uğurlu xarici siyasəti ölkəmizin nüfuzunu artırır, yeni tərəfdaşlar qazandırır

Image


Azərbaycanın iqtisadi müstəqilliyi beynəlxalq aləmdə onun siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadə etməsi regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilməsini şərtləndirir. Azərbaycanın dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməsi ölkəmizin həm iqtisadi, həm də siyasi müstəqilliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Daim malik olduğu təbii resurslara görə dünyanın diqqətində olan Azərbaycanın bu ehtiyatlardan səmərəli istifadə etmək məqsədilə iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrini uğurla həyata keçirməsi yeni körpülərin qurulmasında, əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsində öz sözünü deyir. Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüzə və gələcəyimizə xidmət edən mühüm addımlardan biri oldu. Öncə regional çərçivədə qurulan əməkdaşlıq zaman keçdikdə coğrafiyasını genişləndirdi, beynəlxalq miqyas aldı. Cənub Qaz Dəhlizi, onun əsas tərkib hissəsi olan TANAP və TAP layihələri bu gün dünyanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əsas tərkib hissəsi olan "Əsrin müqaviləsi"nin davamı olaraq imzalanmış "Yeni əsrin müqaviləsi" bu gün Azərbaycana beynəlxalq arenada iqtisadi və siyasi dividendlər qazandırır. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi qeyri-neft sektorunun uğurlu inkişafına yol açır. Artıq bugünün çağırışı yaşıl enerjiyə keçiddir. Bu baxımdan ötən ilin noyabrında Bakıda keçirilən COP29 tədbiri Azərbaycanın bütün imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı. Ötən ilin diplomatik uğuru olan COP29 iqlim konfransına ev sahibliyimizi, eyni zamanda, Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsini xatırlasaq bu gün ölkəmizin beynəlxalq münasibətlər sistemində yerini və rolunu aydın şəkildə görə bilərik. "Yaşıl dünya naminə həmrəylik ili"nə təsadüf edən bu mühüm hadisələr Azərbaycanın beynəlxalq nüfuzunun təqdimatı oldu. Azərbaycanın COP29 iqlim konfransına yüksək səviyyədə ev sahibliyi bu sahədə zəngin təcrübəyə malik olduğunu nümayiş etdirdi. Qısa müddətdə Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib. Milli Məclisin deputatı qeyd edib ki, Bakıda keçirilən COP29 tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşdü. 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un yüksək səviyyədə təşkili və əldə olunan nəticələr qonaqlar tərəfindən yüksək dəyərləndirildi. COP29-a hazırlıq dövründə genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. "Yaşıl dünya naminə həmrəylik!" şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu Azərbaycan inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdi. Azərbaycan, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdi. Eyni zamanda, Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. COP29-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi. Ən əsası, Bakı iqlim konfransı 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədini qəbul etdi. Şübhəsiz, bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Bakı nailiyyəti çoxtərəfliliyin təntənəsi, iqlim diplomatiyasında dönüş nöqtəsi oldu. Vüqar Rəhimzadə vurğulayıb ki, COP29 ilə Braziliyada keçirilən COP30 arasında müqayisəli təhlil aparsaq tamamilə fərqli bir mənzərənin şahidi olarıq. Möhtəşəmliyi, yüksək təşkilatçılığı, iştirakçıların say tərkibi, qəbul olunan qərarları ilə tarixə yazılan COP29-u heç bir baxımdan yadda qalmayacaq, ardıcıl problem yaşayan COP 30-u müqayisə etmək belə mümkün deyil. Bu gün Azərbaycanın ev sahibliyi ilə Braziliyanın ev sahibliyi arasında fərq diqqətdən kənarda qalmır. Braziliya iqlim konfransına hazırlıq prosesi zamanı COP30-un təyin olunmuş prezidenti, braziliyalı səfir Andre Korrea do Lago mətbuata müsahibəsində "Ötən il noyabrda Azərbaycan COP29-a ev sahibliyi etdi. Azərbaycanın bu prosesdəki rolunu necə qiymətləndirirsiniz" sualını cavablandırarkən bildirmişdir ki, bu, həqiqətən də çox məhsuldar və uğurlu bir il idi. Azərbaycanın nümayəndə heyətində, hökumətində və işgüzar dairələrində çoxlu dəyərli tərəfdaşlar qazandıq. Bakı COP-u konkret hədəflərlə yadda qaldı. Həmçinin COP29 bir sıra hədəflərə nail oldu. Hazırda da Azərbaycanla sıx əməkdaşlıq edirik, çünki ölkəniz hələ də Sədrlik funksiyasını yerinə yetirir. COP-un təşkili sahəsində Azərbaycan hansı istiqamətlərdə Braziliyaya dəstəyinə gəldikdə isə COP30-un prezidenti qeyd etmişdir ki, Azərbaycan bu prosesdə çox böyük dəstək göstərir. Millət vəkili bildirib ki, ötən ilin mühüm uğurlarından biri də ölkəmizin dekabrın 19-da D-8 təşkilatına üzv qəbul olunması oldu. D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı 1997-ci ildə, inkişaf etməkdə olan səkkiz ölkə tərəfindən qurulub. Bu təşkilatın məqsədi üzv ölkələr arasında iqtisadi, ticarət, maliyyə və texnoloji əməkdaşlığı inkişaf etdirmək, sosial və mədəni əlaqələri gücləndirməkdir. Misirin paytaxtı Qahirə şəhərində inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammitində ölkəmiz yekdilliklə D-8 təşkilatının üzvü seçildi. Azərbaycanın quruma üzvlüyü uğurlu siyasətinin, beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyinin, söz sahibliyinin nəticəsi kimi dəyərləndirildi. Təşkilatın məqsəd və məramını nəzərə alsaq Azərbaycanın bu quruma üzvlüyünün məhz dünyanı Azərbaycana toplayan COP29 tədbirindən sonrakı dövrə təsadüf etməsi özündə bütün məqamları ehtiva etdi. Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsi olan D-8-ə üzvlüyümüz təşkilat yarandığı gündən ilk genişlənmə kimi əlamətdar oldu. Bu baxımdan Bakıda "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda D-8 Media Forumunun keçirilməsi böyük əhəmiyyət kəsb edir. D-8 Media Forumu olduqca böyük əhəmiyyət kəsb edən bir platformadır. Forum ölkələrimiz arasında mövcud olan dostluğun, əməkdaşlığın və qarşılıqlı etimadın bariz təzahürüdür. Dövlət başçısı İlham Əliyev D-8 Media Forumunun iştirakçılarına müraciətində də bildirdi ki, əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən bu təşkilat ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir. Bu, ölkəmizə olan beynəlxalq etimadın göstəricisi, təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürü idi. 1,2 milyard əhalini əhatə edən və böyük iqtisadi potensiala malik D-8 təşkilatına üzv olan dövlətlər ortaq dini-mədəni dəyərləri bölüşürlər. Bu gün artıq üç qitəni əhatə edən D-8 platforması dayanıqlı iqtisadi artım, rəqəmsal transformasiya, süni intellekt, qlobal iqlim dəyişmələri ilə mübarizə və enerji təhlükəsizliyi kimi mühüm sahələrdə inkişafı irəli aparmaq üçün geniş imkanlara malikdir. Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır. D-8 Media Forumunun əsas vəzifələrindən biri – doğru, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya mühitinin qurulması üçün üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlığın formalaşdırılmasıdır. Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın D-8-ə üzvlüyə qəbul edilməsindən ötən bir ilə yaxın müddət ərzində ölkəmizin təşəbbüsü ilə Bakı şəhərində D-8 ölkələrinin QHT-lərinin ilk dəfə görüşü təşkil olundu, D-8 Həftəsi çərçivəsində "D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoq"u baş tutdu. Dövlət başçısı İlham Əliyev müraciətində bu əminliyi də ifadə edir ki, Azərbaycan bundan sonra da təsisat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinə öz töhfəsini verməyə davam edəcək. Milli Məclisin deputatı bu ümumiləşdirməni aparıb ki, Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri onun daim yeni tərəfdaşlar qazanmasında əhəmiyyətli rol oynayır.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

Cənubi Qafqazın 3 ölkəsinin xarici ticarəti bir-birindən inanılmaz fərqli imiş...

SON XƏBƏRLƏR

08.08.2026 / 16:25
Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla...

08.08.2026 / 16:08
Ukrayna dronları Rusiyada daha iki neft emalı zavoduna hücum etdi…

08.08.2026 / 15:41
Ukrayna ABŞ-a söz verdi - Qara dənizdə Qazaxıstan tankerlərinə hücum edilməyəcək…

08.08.2026 / 15:23
Rusiya sahillərində Türkiyə gəmisi vuruldu…

08.08.2026 / 15:05
Hikmət Hacıyev: "İlham Əliyev müharibəni də, sülhü də qazandı" - VİDEO

08.08.2026 / 14:03
Britaniya səfirliyi Vaşinqton sammitinin ildönümü ilə bağlı bəyanat yaydı

08.08.2026 / 13:45
ABŞ Azərbaycanın regional liderliyini dəstəkləyir

08.08.2026 / 13:43
Bakının yeraltı mineral suları: Hidrogeoloji xüsusiyyətləri, şəhərsalma tarixi və istifadə perspektivləri

08.08.2026 / 13:12
ABŞ-ın müvəqqəti işlər vəkili: "TRIPP marşrutu Azərbaycanın Naxçıvana maneəsiz çıxışını təmin edəcək" - VİDEO

08.08.2026 / 12:35
Paşinyan Prezident İlham Əliyevə zəng etdi

08.08.2026 / 12:20
Vaşinqton görüşü Cənubi Qafqazın logistika xəritəsində yeni bir səhifə açdı

08.08.2026 / 11:20
8 avqust Vaşinqton görüşü Cənubi Qafqazın müasir siyasi tarixində mühüm dönüş nöqtəsinə çevrildi

08.08.2026 / 11:08
Rusiya Azərbaycan vasitəsilə Ermənistana buğda və daş kömür göndərdi

08.08.2026 / 10:49
Xocavənddə buldozer minaya düşdü

08.08.2026 / 10:16
"Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb" - Paşinyan

08.08.2026 / 09:32
Azərbaycan XİN Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə dəstəyini təsdiqləyib

08.08.2026 / 09:15
Vaşinqton sammitindən bir il ötür - Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən zirvə...

08.08.2026 / 07:18
Tramp indi də Dövlət Departamentinin əmlakına “göz qoydu” - rəsm, ya çilçıraq…

07.08.2026 / 22:37
Rusiya vətəndaşlarını uzunmüddətli müharibəyə hazır olmağa çağırdı - Avropa sülhə imkan vermir…

07.08.2026 / 22:14
Yeni tədris modelli orta məktəblər repetitorluğun alternativi ola bilməz(ər) - mübahisə və şübhələr var...

07.08.2026 / 21:57
Rusiya Cənubi Koreyadan 30 min ton neft məhsulları aldı…

07.08.2026 / 21:45
Zelenskidən ABŞ-a ittihamçı eyham - raketlərin tükənməsi Ukraynanı kapitulyasiyaya məcbur etmək taktikasıdır...

07.08.2026 / 21:21
Əliyev-Tramp-Paşinyan sənədinin imzalanmasından 1 il ötdü... TƏHLİL...

07.08.2026 / 21:06
Azərbaycandan Ukraynaya qaz ixracı yenidən gündəmdə...

07.08.2026 / 20:48
Dünyanı Bakıya tökdülər, separatçı ermənilər barədə hökmü zərrə qədər dəyişə bilmədilər...

07.08.2026 / 20:34
Ukraynada Rusiyaya qarşı 72 ölkədən 16 min əcnəbi döyüşür…

07.08.2026 / 20:21
Qarşıdakı 4 ildə Bakıda 9 yeni metro stansiyası?...

07.08.2026 / 20:03
Elmi müdafiələrdə “ədəbiyyat tarixi mütəxəssisi opponent ola bilməz (?!)...Niyə?

07.08.2026 / 19:47
Rusiya Ermənistana göndərilən 220 min dolları müsadirə etdi...

07.08.2026 / 19:40
17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu

07.08.2026 / 19:37
Bankomatlardan 7 təqaüdçünün pulunu talayan şəxs qandallandı

07.08.2026 / 19:23
Yaxın Şərqdə tarazlığı dəyişəcək yeni hərbi ittifaq... Türkiyə, Səudiyyə və Pakistan müdafiə paktı imzaladı - “İslam NATO-su”na doğru ilk addım atıldı...

07.08.2026 / 19:13
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (qədim dövr)” kitabı nəşr olunub

07.08.2026 / 19:10
Ermənistan hakimiyyəti müxalifətin bütün biznesini ələ keçirir...

07.08.2026 / 18:54
2 mindən çox sayta müdaxilə edib ələ keçirdilər... kiberpolisdən əməliyyat - 2 haker yaxalandı - VİDEO

07.08.2026 / 18:48
Ukraynanın “Patriot” dalanı: Rusiya Qərbin də səbrini sınayır

07.08.2026 / 18:32
8 avqustdan sonra ilk 1 il, Əliyevlə Trampın doldurduğu boşluq, Putin 9 noyabr sənədini niyə yeniləmədi? - Aydın QULİYEV yazır...

07.08.2026 / 18:17
ATƏT bu dəfə Xəzər regionunda faydalı qurum olduğunu sübut etmək istəyir

07.08.2026 / 17:54
Yanmış, güllələnmiş və yaralanmış Rusiya əsgərləri cəbhə xəttinə geri göndərilir...(?)

07.08.2026 / 17:39
Azərbaycanın Ukrayna və Rusiya ilə münasibətləri Ermənistan üçün böyük dərd olub

07.08.2026 / 17:04
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər məhkəmə qarşısına çıxarılır...

07.08.2026 / 16:49
ABŞ-la Azərbaycanın ən məzmunlu sənədləri Trampla Əliyevin arasında inzalanıb...

07.08.2026 / 16:25
Tramp hələ prezident seçilməzdən öncə İlham Əliyevlə əlaqələrin möhkəm əsasları yaradılmışdı...

07.08.2026 / 16:10
Trampın naziri ilə müavini bir-birini qırdı - "raketlər tükənib" qalmaqalı böyüyür...

07.08.2026 / 15:45
Azərbaycanın Ukrayna ilə "strateji tərəfdaşlığı" Kremli qıcıqlandırdı - Bakıya "dəyişiklik eyhamı"...

07.08.2026 / 15:21
Qafanda Rusiya konsulluğunun açılması gündəmə qaytarıldı - hədəf "dəhlizdir"...

07.08.2026 / 15:05
10 ölkə NATO-nun alternativini yarada bilər - Kiyevdən "NATO köhnəlib" ideyası...

07.08.2026 / 14:47
ABŞ kəşfiyyatından dünyanı silkələyən İDDİA - Rusiya NATO-ya hücum edəcək...

07.08.2026 / 14:21
Doğumla ABŞ-da vətəndaşlıq almaq istəyənlərə pis xəbər – Tramp "doğum turizmi"ni ləğv etdi...

07.08.2026 / 14:06
Husilərdən Səudiyyəyə ağır zərbə - 58 nəfər öldürüldü, onlarla insan yaralandı...

07.08.2026 / 13:50
XƏBƏRDARLIQ - sabah temperatur 39 dərəcəyədək yüksələcək...

07.08.2026 / 13:24
Xəzər Fərhadov Azərbaycan Malayziyadakı səfiri təyin edildi

07.08.2026 / 13:22
Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradıldı

07.08.2026 / 13:17
İrfan Davudov Azərbaycanın Pakistandakı səfiri təyin edildi

07.08.2026 / 13:15
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi

07.08.2026 / 13:10
Azərbaycan və Tacikistan arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında saziş təsdiqləndi

07.08.2026 / 12:58
Media və Yayım Şurasının strukturu təsdiqləndi

07.08.2026 / 12:42
Neft Fondu Perunun ən böyük enerji şirkətinə investisiya yatırdı

07.08.2026 / 12:34
Türkiyənin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilən unikal tarixi abidəsi - Kadıkalesi

07.08.2026 / 12:20
"TRIPP vasitəsilə Azərbaycan və Ermənistanla münasibətlərimizi yenidən başlatdıq" - ABŞ rəsmisi

07.08.2026 / 12:12
Bakının mərkəzində obyekt yanır - insanlar təxliyə edildi

07.08.2026 / 11:56
Zərdabda qəsdən yanğın törədən şəxs saxlandı

07.08.2026 / 11:31
Tərtərdə ər-arvadı evdə yandırıb pullarını oğurladı, ancaq çox uzağa gedə bilmədi...

07.08.2026 / 11:27
Paşinyan Aİİ-nin büdcəsinə 319 milyon köçürdüklərini xatırlatdı və baryerlərin qaldırılmasını istədi

07.08.2026 / 11:10
Yetmiş min manatlıq elektrik naqilləri oğurlayan şəxs yaxalandı

07.08.2026 / 10:48
"Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir" - Ali Məhkəmə

07.08.2026 / 10:09
Moskva İrəvana sərt xəbərdarlıq etdi - Ermənistana rus turistlərin axını dayandırıla bilər...

07.08.2026 / 09:52
Rusiya Azərbaycan üzərindən Ermənistana buğda və daş kömür göndərəcək

07.08.2026 / 09:25
Paşinyanın milyardlarla dollar tələbi Moskvanı qəzəbləndirdi – bizi şantaj etməyə çalışırlar...

07.08.2026 / 07:56
Mossad iki yüksək rütbəli məmurunu işdən çıxardı - İranda uğursuz çevriliş planı üzündən…

07.08.2026 / 06:14
Tramp etiraz etdi - “külli miqdarda sursatımız var…”

07.08.2026 / 05:57
Rusiya kəşfiyyatı Almaniyanın dron istehsalçısının izində - sui-qəsd cəhdi alınmadı

07.08.2026 / 00:55
İran Hörmüzün açılması üçün təzə şərtlər qoydu...

07.08.2026 / 00:25
Rubinyan vəzifədə oturan kimi Türkiyə rəhbərlərini kabab yeməyə dəvət etdi...

07.08.2026 / 00:15
Saakaşvili: “Tiflisdə işığın ümumi kəsilməsi İvanişvilinin biznesi üzündən baş verir"...

06.08.2026 / 23:28
ABŞ Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə kömək etdiyini etiraf etdi...

06.08.2026 / 23:11
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi - Lənkəran üsyanı (iyul 1920 – fevral 1921)

06.08.2026 / 22:46
“Azərbaycan öz milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici siyasət yürüdür” - Hikmət Hacıyev

06.08.2026 / 22:35
Rusiya XİN Ermənistan hakimiyyətinin Kiyevlə yaxınlaşmasına münasibət bildirdi - ciddi şübhələr yaradır…

06.08.2026 / 22:17
Ceyhun Bayramov Zelenski ilə görüşdü - FOTO

06.08.2026 / 22:08
Azərbaycan Mədəniyyəti sosial platforması Yayfest-də uğurla çıxış edib...

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ