ABŞ Prezidenti Donald Trampın Ukrayna üçün sülh planına NATO-nun Artikl-5 maddəsinə əsaslanan təhlükəsizlik zəmanəti daxildir.
Bu barədə Axiosun məlumatında deyilir.
Qeyd edək ki, bu maddə ABŞ və Avropa müttəfiqləri üzərinə Ukraynaya hücumu bütün "transatlantik icmaya" hücum kimi qəbul etmək öhdəliyi qoyur.
Məlumata görə, bu ona görə vacibdir ki, Trampın planı Ukraynadan ağrılı güzəştlər tələb edir, eyni zamanda bura misli görünməmiş bir vəd də daxildir. Prezident Volodimir Zelenskinin sülh danışıqlarındakı əsas məqsədi ABŞ və Avropadan möhkəm təhlükəsizlik zəmanəti əldə etməkdir və Tramp ilk dəfədir ki, bu zəmanəti masa üzərinə gətirməyə hazırdır.
SAMİRƏ