Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin bir qrupu 21 noyabrda Azərbaycana səfər edib.
Səfər 21-22 oktyabr tarixlərində Azərbaycan nümayəndə heyətinin İrəvana səfərinə cavabdır.
Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri 8 avqustda Vaşinqtonda birgə bəyannamənin qəbulundan sonra ortaya çıxan sülh gündəliyi çərçivəsində dialoqlarını davam etdirirlər.
Qeyd etmək lazımdır ki, 22 oktyabrda İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri ilə ikitərəfli dəyirmi masa müzakirəsi keçirilib.
Müzakirələrdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da iştirak edib.
Vətəndaş cəmiyyəti görüşləri təşəbbüsü sülh gündəliyini irəli aparmağı hədəfləyir.
SAMİRƏ