Qazaxıstan Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə malların çatdırılması üçün yeni marşrut aça bilər.
Belə bir açıqlama ilə Qazaxıstanın milli iqtisadiyyat naziri Serik Jumanqarin çıxış edib. O bildirib ki, hazırda mallar Azərbaycan vasitəsilə Gürcüstana, daha dəqiq desək, Qara dəniz limanlarına daşınır.
"Yeni marşrut Naxçıvana, daha sonra isə birbaşa Türkiyəyə, Türkiyənin dəniz limanlarına çıxış imkanı verəcək"- qazaxıstanlı nazir deyib.
SAMİRƏ