çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Dissertasiyasına iki dəfə imtina verilən dosent Prezidentdən kömək istədi

Image


Əsəd Əliyev: "Haqq-ədalətin bərpa olunacağına inanır, göydə Allahdan, yerdə isə Sizdən kömək istəyirəm" AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru dosent Əsəd Əliyev Prezident İlham Əliyevə müraciət edib. Əsəd Əliyev Prezidentə ünvanladığı müraciətin mətnini "Bakı-Xəbər"ə də göndərib. Alim müraciətində bildirir ki, o, Ali Attestasiya Komissiyasının Tarix və antropologiya üzrə ekspert şurasının müəllifi olduğu "XIX-XX əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının məişət və mədəniyyəti (tarixi-etnoqrafik tədqiqat)" adlı doktorluq dissertasiyasına ikinci dəfə imtina cavabı verməsindən narazıdır: "Mən ekspert şurası üzvlərinin münasibətindən və onların işim haqqında çıxardığı qərarla razı deyiləm. Uzun illər üzərində işlədiyim, müvəffəqiyyətlə müdafiə etdiyim dissertasiya işimə adlı-sanlı yerli və xarici etnoqraf alimlər (AMEA-nın müxbir üzvü H.F.Səfərli, qazax alimi t.e.d., prof. J.Artıkbaev və b.) müsbət rəy vermişlər. Mənfi rəy aldığım gürcü alimi L.M.Caniaşvili də mənim etnoqrafik tədqiqatıma ciddi irad bildirmədən, əsasən Gürcüstan azərbaycanlılarının yaşadığı torpaqlarda aborigen olduğunu yazdığımla razılaşmadığını qeyd edir. Halbuki, mənbə və çoxsaylı müxtəlif tədqiqatlar Gürcüstan azərbaycanlılarının yerləşdikləri ərazilərin aborigen əhalisi olduğunu təsdiq edir. Bu barədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Tiflisdə azərbaycanlılar qarşısında çıxışında (Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. V kitab. 9 mart 1996. s. 440-441) deyib: "Azərbaycanlılar Gürcüstanda öz vətənlərində yaşayır, öz torpaqlarında, öz əcdadlarının, öz ulu babalarının yaşadıqları diyarda, eldə, obada yaşayırlar. Borçalı Azərbaycan xalqının ən dəyərli diyarlarından biridir. Borçalı diyarı Gürcüstan üçün əziz olduğu kimi, Azərbaycan üçün də əziz olmuşdur, bu gün də əzizdir. Mənim dostum Eduard Şevardnadze doğru deyir, Gürcüstanda yaşayan azərbaycanlılara heç diaspor demək olmaz. Çünki kənardan gəlmiş azərbaycanlılar deyil ki, onlara diaspor deyək. Onlar burada əsrlər boyu yaşamış, yaratmış azərbaycanlılardır". Alim qeyd etdi ki, o, elmə təsadüfi gəlməyib:"AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, eyni zamanda həmin institutda ED 1.30 Dissertasiya Şurasının "etnoqrafiya-etnologiya" ixtisası üzrə Elmi Seminarının üzvüyəm. Həyatımın mənasını elmdə görərək, pedaqoji və digər fəaliyyətlə məşğul olmadan ömrümü yalnız etnoqrafiya elminin tədqiqinə həsr etmişəm. 4 monoqrafiyam, 50-dən çox elmi məqaləm daxili və xarici jurnallarda çapdan çıxıb, eyni zamanda 3-ü xaricdə olmaqla, 4 monoqrafiyanın həmmüəllifiyəm: 1. Gürcüstan azərbaycanlılarının mənəvi mədəniyyəti. Bakı, Elm, 1995 2. Haqqın gözü tərəzidir... (etnoqrafik düşüncələr). Bakı: Azərnəşr, 2006 3. XIX-XX əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti (tarixi-etnoqrafik tədqiqat). Bakı: Elm və təhsil, 2012 4. Gürcüstan azərbaycanlılarının etnoqrafiyası (təsərrüfat məişəti və maddi mədəniyyəti). Bakı: Avropa, 2019 5. Qəbələ tarixi. İstanbul: Ihlas Gazetecilik A.Ş. – 2016 (Üç dildə: Azərbaycanca, rusca və ingiliscə) həmmüəllif. 6. Qəbələ folkloru. İstanbul: Ihlas Gazetecilik A.Ş. – 2016 (Üç dildə: Azərbaycanca, rusca və ingiliscə) həmmüəllif. 7. Qəbələ etnoqrafiyası. Istanbul: Ihlas Gazetecilik A.Ş. 2017 (Üç dildə: Azərbaycanca, rusca və ingiliscə) həmmüəllif. 8. Qarabağ: tarixi-etnoloji tədqiqat (maddi, mədəni və mənəvi irs). Bakı, 2023 həmmüəllif. Cənab Prezident, xahiş edirəm azərbaycançılıq ideologiyası baxımından ilk dəfə tərəfimdən məişət və mədəniyyəti kompleks halda işlənib, tarixin yaddaşına ötürülən Gürcüstan azərbaycanlılarının heç kəsin istəyinə, düşüncəsinə qurban getməsinə yol verməyəsiniz! Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev çoxsaylı çıxış və nitqlərində dönə-dönə milli-mənəvi dəyərlərimizin toplanması, qorunması və öyrənilməsini (Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir: Çoxcildlik əsərləri. Bakı: Azərnəşr, 2016. s. 18) tövsiyə edib: "Milli ideologiyamızın əsas hissəsi bizim milli-mənəvi dəyərlərimizdir. Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz"". O qeyd edib ki, uzun illər boyu Gürcüstanda yaşayan soydaşlarımızın milli-mənəvi dəyərlərini, məişəti ilə bağlı müxtəlif məsələləri işıqlandırıb: "Bu isə kimlərinsə xoşuna gəlmir. Xalqın tarixi təkcə yazılı mənbələrdə deyil, eləcə də onun yeməyində, geyimində, yaşayış evlərində, habelə əfsanə və epik dastanlarında, rəvayətlərində, etnos tərəfindən yaradılıb, onu başqalarından fərqləndirən mədəniyyətin bütün sferalarında qorunur. Ona görə də Gürcüstanda yaşayan soydaşlarımız haqqında nə yazılırsa, dəyərləndirilməli, kimlərinsə subyektiv münasibətinə qurban verilməməlidir. 500 mindən artıq əhalinin taleyi ilə oynamaq, onların ərazinin yerli sakinləri olmalarına, məişət və mədəniyyətinə barmaqarası baxmaq nə AAK-a, nə də onların üzvlərinə üzağlığı gətirməz. Uzaq-yaxın haqqın yerini tapacağına inanıram". O qeyd etdi ki, AAK-ın Tarix və antropologiya ekspert şurasının üzvlərindən olan professor Məhəbbət Paşayevanın işi barəsində iki müsbət rəyi, eyni zamanda, seminarda dissertasiyam haqqında söylədiyi çıxışı var:"Ekspert şurasında isə əleyhimə səs verib. Budurmu Prezident yanında Ali Attestasiya Komissiyasının ekspert şurası?! AAK-a 1-ci ekspert şurasının iclasına çağırıldığım vaxt professor Əliağa Məmmədlinin "Bütün suallara yaxşı cavab verdin. Düzdür, səni çox sıxdıq, lakin yaxşı müzakirə keçdi. Get, bir və ya bir ay yarıma cavab gələcək" deməsinə baxmayaraq, neçə aydan sonra mənə imtina məktubu gəldi. Niyə? Kimdir dissertasiyasını əzmlə yazıb, bu yolda canını-qanını verən mənim kimi adamların işinə mane olan, AAK-a nifrət yaradan? Kimdir Borçalı türklərinin varlığına, eyni zamanda, onların məişət və mədəniyyətinə darılan? Yaxşı olardı ki, ekspert şurasında etnoqrafik tədqiqatlara fikir bildirən şəxslərin elmi rəhbəri olduqları doktorantlarının dissertasiya işlərinə nəzər salınsın. Şəxsi nüfuz və tutduğu mövqedən istifadə edərək AAK-dan "etnoqrafiya və etnologiya" ixtisası üzrə çox zəif və elm üçün əhəmiyyəti olmayan bəzi dissertasiya işləri təsdiq alır. AAK-da çıxışıma gəldikdə isə ardıcıl oxunan çoxsaylı və əksəriyyəti qeyri-elmi iradları yazılı qeyd etməyimə macal verilmir, şifahi yaddaşımda qalanlara cavab verməli oldum. Mənim 65 yaşım var. Ağır bronxial-astma xəstəliyimə görə təngənəfəsliyimdən bəzən fikrimi başa çatdıra bilmir və bununla bağlı gərginlik yaşayıram. Xəstəliyimlə bağlı yaddaş və nəfəs darlığı problemimin olması, eyni zamanda, bəzən ləhcə ilə danışmağım işim haqqında mənfi rəy yaradılmasına rəvac verməli deyil. Bu hal illərlə araşdırdığım mövzunun - dissertasiya işimin zəifliyinə dəlalət etmir. 30 ildən artıq bir müddətdə bu dissertasiya işimi canıma-qanıma hopdurmuşam. Təqdim etdiyim dissertasiya mənim taleyimin, eyni zamanda doğulub boya-başa çatdığım ərazinin sakinlərinin həyatlarının ən gərəkli səhifəsidir". Müraciət müəllifi uzun illər ərzində yazdığı dissertasiya işinə şəxsi münasibət fonunda qərəzli və subyektiv münasibətin qarşısının alınmasını istəyir: "Xahiş edirəm, ekspert şurası üzvlərinin subyektiv və qərəzli mövqeyini nəzərə alaraq, dissertasiya işimə yeni ekspert şurasında ədalətli şəkildə baxılmağa və layiq olduğum doktorluq diplomumu almağa kömək göstərin. Haqq-ədalətin bərpa olunacağına inanır, göydə Allahdan, yerdə isə Sizdən kömək istəyirəm. İnanıram ki, Sizin sayənizdə AAK-ın bütün dolaşıq məsələlərinə son qoyulacaq". İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ