D-8 Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmam D-8 Media Forumunun açılış mərasimində müjüm fikirlər səsləndirib. O qeyd edib ki, D-8 təşkilatına üzv olan ölkələrin əməkdaşlığı təkcə iqtisadiyyatda deyil, həmçinin media və kommunikasiya sahəsində böyük önəm daşıyır. SİTAT: "Azərbaycan D-8-ə üzv seçilən gündən öz töhfəsini əsirgəməyib, bu təşkilatda qeyri-adi təşəbbüslərlə çıxış edib. Keçən ay keçirilən D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoqunda yol xəritəsi müəyyən olunub."
O, Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edərək, ölkəmizə artıq dəfələrlə səfərə gəldiyini və özünü evindəki kimi hiss etdiyini bildirib: “Azərbaycanın bu mötəbər təşkilata qoşulmasından sonra canlanmalar hiss olunur. D-8 Media Forumunun Bakı şəhərində ilk dəfə olaraq keçirilməsindən çox məmnunuq”.
Mətləb Salahov