Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Azərbaycan HR İnsitutunun və Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə keçirilən "Women's Entrepreneurship Summit 2025" tədbirində mühüm fikirlər səsləndirib. Səfir qeyd edib ki, Türk dünyasının sahibkarları arasında geniş əməkdaşlıq qurulub. Onun sözlərinə görə, türk dünyası olaraq siyasi, iqtisadi, rifah yolunda böyük səylər göstərilir. SİTAT: "Qadınlarımız həmişə ölkənin inkişafı yolunda böyük işlər görür. Türklər olaraq Türkiyədə cənab Prezident Rəcəb Tayyib Ərdoğanın yanında, xüsusilə də Əminə Ərdoğanın həyata keçirdiyi sosial layihələr türk cəmiyyətinə daim dəstək olub və nümunə göstərib. Birləşmiş Millətlərdə belə geniş dəstək qazanan və artıq dünya markasına çevrilən "Sıfır Atıq" layihəsi - yəni dayanıqlı inkişafı, irəliləyişi və bu prosesdə qadının xüsusi rolunu önə çıxaran bir təşəbbüs - nümunəvi bir layihə kimi qəbul olunub.
Mətləb