çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Bu, həm də CASCFEN-in arzusunun çin olmasıdır

Image


Nadir İsmayılov: Bizə bu günləri yaşadan cənab Prezident İlham Əliyevə minnətdarıq

“Noyabrın 16-da qardaş Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Orta Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü Azərbaycan və ümumilikdə türk dünyası üçün mühüm qərarla yadda qaldı: bu tədbirdə Azərbaycanın tamhüquqlu üzv qismində Məşvərət Görüşləri formatına qoşulmasına dair qərar qəbul edildi. Bu, olduqca mühüm, tarixi və strateji qərardır.”

Bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir İsmayılov deyib.

O, qeyd edib ki, bu tədbirin və qəbul edilən qərarın əhəmiyyətinə dair geniş müzakirələr aparmaq olar: “Lakin mən bu tədbirlə bağlı bir neçə vacib açıqlama, yaxud çıxışa diqqət yönəltmək istəyirəm. Məsələn, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binali Yıldırım paylaşımında qeyd edib ki, noyabrın 16-da Daşkənddə keçirilən Orta Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycanın tamhüquqlu iştirakçı kimi qəbul edilməsi regional əməkdaşlığın Xəzərin o tayına keçərək türk dünyası istiqamətində yeni mərhələyə yüksəldiyini göstərən tarixi bir addımdır. Özbəkistan Prezidenti Şavkat Mirzizoyev isə tədbirdəki çıxışında regionun Yeni Orta Asiya kimi tarixi dirçəlişi astanasında olduğunu bildirməklə yanaşı, Azərbaycanın tamhüquqlu üzv qismində Məşvərət Görüşləri formatına qoşulması ilə Orta Asiya və Güney Qafqaz arasında möhkəm körpünün qurulacağını, bunun vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacağını deyib”.

N.İsmayılov xüsusilə bu iki fikir üzərində dayanmasının heç də təsadüfi olmadığını bildirib: “Bu iki fikir, əslində CASCFEN-in quruluşundan bəri arzusunun çin olması, təşkilatın qarşısına qoyduğu hədəfin reallaşması deməkdir. Mən həm özüm, həm də rəhbərlik etdiyim təşkilat adından bizə bu günləri yaşadan cənab Prezident İlham Əliyevə minnətdarlıq edirəm. Hələ 22 il öncə 2003-cü ilin 18-20 mart günlərində Bakı şəhərində keçirilən regional konfransın sonunda bu adda bir İctimai Birlik qurulanda bəziləri buna ağız büzüb, hətta türklüyə, türk dünyasının birliyinə yanaşdıqları kimi bu ideyaya da “heç zaman reallaşmayacaq xülya” kimi dəyər veriblər. Lakin biz, həm CASCFEN-in qurucu və ilk başqanı Azər Həsrət və o dövrdə buna dəstək verən Orta Asiyadan olan fəallar, həm də Azər Həsrətdən sonra bu prosesi uğurla davam etdirən bizlər, yəni təşkilatın yeni rəhbər heyəti bu arzumuzdan, hədəfimizdən bir an belə uzaq düşmədik. Xatırladım ki, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi 2003-cü ilin 18-20 mart günlərində Bakı şəhərində keçirilən regional konfransın sonunda təsis edilib. Təşkilatın təşəbbüsçüsü və qurucusu həmin dövrdə Azərbaycan Jurnalistlər Konfederasiyasının baş katibi və Beynəlxalq Mətbuat İnstitutu Azərbaycan Milli Komitəsinin direktoru Azər Həsrət olub. Təsis konfransında Azərbaycandan bu iki təşkilatla yanaşı Jurnalistlərin Həmkarlar İttifaqı, həmçinin Gürcüstan Jurnalistlərinin Müstəqil Assosiasiyası, Qırğızıstandan “Jurnalistlər” İctimai Birliyi, Özbəkistandan “Ozod Ovoz” Təşkilatı, eyni zamanda Söz və İfadə Azadlığı Komitəsi, Tacikistandan Tacikistan Müstəqil KİV-lərinin Milli Assosiasiyası iştirak edib. Sonuncu təşkilatın təmsilçisi üzrlü səbəbdən toplantıya qatıla bilməsə də CASCFEN-in qurucusu kimi öz razılığını bildirib. CASCFEN sonrakı bir il ərzində adı çəkilən coğrafiyanın ən fəal təşkilatlarından birinə çevrilməklə beynəlxalq qurumların diqqətini də cəlb edə bilib. 2003 və 2004-cü illərdə CASCFEN təmsilçisi Azər Həsrət və qurumun Orta Asiya təmsilçiləri Bobomurod Abdulla (Özbəkistan), Kuban Mambetaliyev (Qırğızıstan), Nuriddin Karşiboyev (Tacikistan), Rozlana Taukina (Qazaxıstan) Avrasiya Media Forumunun Almatıda keçirilən toplantılarında əsas məruzəçilər sırasında çıxış ediblər. Eyni zamanda, CASCFEN Azərbaycan qanunlarına uyğun olaraq 7 iyun 2012-ci il tarixində yenidən təsis ediləndən və 29 iyun 2012-ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydə alınandan sonra da biz ideallarımıza sadiq qalmışıq. Bunu ötən müddət ərzində türk dünyası ilə bağlı atdığımız addımlar, reallaşdırıdığımız layihələrə də təsdiq edir”.

“Beliliklə, ötən müddət ərzində əmin olduq ki, bir gün gələcək və bizim təşkilatın adında olduğu kimi Orta Asiya və Güney Qafqaz sözün bütün mənalarında bir araya gələcək. Və bu oldu, arzumuz reallaşdı. Təbii ki, bu arzumuzun reallaşmasının memarı cənab Prezident İlham Əliyevdir”, deyən Nadir İsmayılov daha sonra aşağıdakıları əlavə edib: “Məhz cənab Prezident İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordusunun rəşadəti nəticəsində 5 il öncə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər özü ilə yeni reallıqlar yaratdı. Orta Asiya ilə Güney Qafqaz arasında daha sıx bağların qurulması da bu reallıqlardan doğur. Bu gün o bağları, o körpünü Azərbaycan qurur. Bu gün o yolun əsas istiqamətvericisi cənab Prezident İlham Əliyevdir. Məhz cənab İlham Əliyevin liderliyi və qətiyyətli addımları sayəsində noyabrın 16-da Daşkənddə qəbul edilən qərar, Binali Yıldırımın təbirincə desək, eyni zamanda regional əməkdaşlığın Xəzərin o tayına keçərək türk dünyası istiqamətində yeni mərhələyə yüksəldiyini göstərən tarixi bir addımdır”.

Onu da əlavə edək ki, CASCFEN fəaliyyətinin ilk ilinin tamamında – 2004-cü ildə nüfuzlu beynəlxalq mükafat olan “Azad Media Öncülü”nə (Free Media Pioneer) layiq görülüb. Mükafat Varşavada təntənəli mərasimlə təqdim edilib. Həmin illərdə qurum və onun rəhbəri Azər Həsrət ATƏT, UNESCO, Beynəlxalq Jurnalistlər Federasiyası da daxil olmaqla bir sıra beynəlxalq qurumlar üçün Orta Asiya bölgəsində ekspert qismində çıxış edib.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ