NATO Rusiyanın yeni silah sistemlərindən ciddi şəkildə çəkinir. Xüsusilə Rusiyanın yeni nəsil “Burevestnik”, “Oreşnik” və “Poseydon” silah sistemləri NATO-nun müdafiə imkanlarını ciddi şəkildə çətinləşdirir. Bu barədə “Die Welt” qəzetinin əldə etdiyi Alyansın kəşfiyyat hesabatında bildirilir.
Hesabatda “Burevestnik”in 900 km/saatdan artıq sürətə və yüksək manevr qabiliyyətinə malik olduğu, həmçinin mobil buraxılış sistemləri sayəsində aşkarlanmasının çətinləşdiyi qeyd olunur. NATO mütəxəssisləri qanadlı raketin uçuş məsafəsini Alyansın mövcud müdafiə sxemləri üçün ən böyük problemlərdən biri kimi qiymətləndirirlər. Qərb ekspertlərini narahat edən digər sistem “Oreşnik” raketidir. NATO-nun hesabatında deyilir ki, bu raket Avropanın istənilən nöqtəsini vura bilər. Sənəddə xüsusi diqqət “Poseydon” sualtı aparatlarına yönəldilir. Bu qurğuların böyük dərinliklərdə uzun müddət aşkarlanmayaraq hərəkət etməsi NATO-nun sualtı müşahidə sistemlərini çətin vəziyyətə salır.
Mətləb