HƏMAS ABŞ-a etiraz bəyanatı yayımlayıb. Təşkilatın nümayəndəsi Hazem Kasem Vaşinqtonun Qəzza üzrə təqdim etdiyi qətnamə layihəsinə qəti etiraz etdiklərini açıqlayıb. Kasemin sözlərinə görə, ABŞ-ın sənədi hazırkı vəziyyəti dəyişmir və humanitar atəşkəsin möhkəmləndirilməsinə real töhfə vermir.
O bildirib ki, amerikan qətnaməsinə alternativ olaraq, Qəzzada qalıcı atəşkəs rejimini gücləndirəcək və bölgədə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə imkan verəcək yeni bir sənəd hazırlanmalıdır.
Mətləb