"Hraparak" qəzeti maraqlı iddia ilə çıxış edib. Bu erməni nəşri yazır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan siyasi hakimiyyətdə təmsil olunan komanda yoldaşlarına boşanmağı qadağan edib. Nəşr iddia edib ki, Ermənistan rəhbəri hakim komandada boşanma hallarının çoxalmasının iqtidarın ictimai rəydə gözdən düşməsinə gətirib çıxaracağından ehtiyatlanır: "Əldə etdiyimiz məlumata görə, o, komanda yoldaşlarına boşanmağı qadağan edib. Bu yaxınlarda komanda yoldaşlarından biri ona belə bir qərar verdiyini, həyat yoldaşından boşanaraq yeni həyata başlamaq istədiyini bildirib. Paşinyan bunu əsas gətirərək komanda yoldaşlarına boşanmağı qadağan edib."
Mətləb