şənbə günü, 21 noyabr 2026
     

Konstitusiyamız – dövlət müstəqilliyimizin əbədi təminatı

Image


"Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir."

Ulu Öndər Heydər

Əliyev Azərbaycan xalqının tarixində elə sənədlər var ki, onların əhəmiyyəti zaman keçdikcə daha da aydın görünür, dövlətçilik yolumuzun istiqamətini müəyyən edir. 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası da məhz belə tarixi sənədlərdəndir. Bu sənəd müstəqil dövlətimizin ideoloji, siyasi və mənəvi təməl daşı, xalq iradəsinin rəmzidir. Müasir Azərbaycan Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanaraq xalqın iradəsi ilə qəbul olunub. Bu, sadəcə hüquqi sənədin qəbul edilməsi deyildi – əslində azad, müstəqil və suveren Azərbaycanın gələcək taleyinin yazılması idi. Prezident İlham Əliyevin sözləri ilə desək, "Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır." Azərbaycanın konstitusiya tarixinin kökləri XX əsrin əvvəllərinə gedib çıxır. 1918–1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul etməyə macal tapmasa da, xalqın müstəqillik arzusu o dövrdə özünü bütün gücü ilə büruzə verdi. Sonrakı illərdə – sovet dönəmində – 1921, 1927, 1937 və 1978-ci illərdə qəbul olunmuş konstitusiyalar Azərbaycan SSR-in hüquqi statusunu müəyyənləşdirsə də, həmin sənədlər o dövrün ideoloji məhdudiyyətləri çərçivəsində formalaşmışdı. Bununla belə, 1978-ci il Konstitusiyasına Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə daxil edilən "Azərbaycan dilinin dövlət dili olması" maddəsi milli kimliyimizin qorunmasında dönüş nöqtəsi oldu. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, ölkə dərin siyasi və sosial böhran içində idi. Qanunçuluq pozulmuş, idarəetmə mexanizmləri dağılmışdı. 1993-cü ildə xalqın çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni xaosdan çıxardı, dövlətçiliyi xilas etdi, sabitlik və hüquqi nizam yaratdı. Məhz həmin sabitlik yeni Konstitusiyanın hazırlanması üçün zəruri zəmin oldu. Ulu Öndər demişdi: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun." 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın lehinə səs verdi. Beləliklə, Azərbaycan tarixində ilk dəfə xalqın iradəsi ilə öz dövlətinin gələcəyini hüquqi şəkildə təsbit edildi. Bu gün həmin tarix milli yaddaşımıza "Konstitusiya Günü" kimi həkk olunub. Konstitusiyanın qəbulu Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biridir. Bu sənəd müstəqil dövlət quruculuğunu tənzimləyən, demokratik inkişafa təminat verən, insan hüquqlarını və azadlıqlarını qoruyan mükəmməl hüquqi baza yaratdı. Prezident İlham Əliyevin dediyi kimi, "1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir." Azərbaycan Respublikasının Konstitusiyası həmçinin hüquqi dövlətin əsas prinsiplərini müəyyən etdi – hakimiyyət bölgüsü, qanunların aliliyi, vətəndaşların bərabərliyi, insan hüquqlarının toxunulmazlığı. Əsas Qanunun 48 maddəsi bilavasitə insan hüquq və azadlıqlarına həsr edilmişdir. Bu, dövlətin vətəndaşa münasibətində humanist yanaşmanın, demokratiyanın və hüquqi düşüncənin ən bariz ifadəsidir. Müstəqil Azərbaycan Konstitusiyası qəbul edildikdən sonra hüquqi və institusional sahədə mühüm addımlar atıldı. 1998-ci ildə Konstitusiya Məhkəməsinin yaradılması, sonrakı illərdə – 2002, 2009 və 2016-cı illərdə keçirilən referendumlarla sənədə edilən dəyişikliklər dövlət idarəçiliyinin daha çevik və müasir prinsiplərlə uyğunlaşdırılmasına, insan hüquqlarının daha səmərəli qorunmasına yönəlmişdi. 2016-cı ildə yaradılmış Birinci vitse-prezidentlik institutu idarəetmə sisteminin yenilənmiş, daha çevik və məsuliyyətli modelinin əsasını qoydu. Müstəqilliyimizin bərpasından bu yana keçən illər ərzində Azərbaycan Konstitusiyası dövlətin inkişafını, sabitliyini və hüquqi sistemin təkmilləşməsini təmin edən əsas dayaqlardan biri olub. Xüsusilə 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Qələbə və 2023-cü ilin antiterror əməliyyatlarından sonra ərazi bütövlüyümüzün tam bərpa edilməsi Konstitusiyanın real qüvvəsini bütün torpaqlarımızda bərqərar etdi. Bu, yalnız hərbi və siyasi uğur deyil, həm də Konstitusiyanın bəyan etdiyi milli suverenliyin tam şəkildə həyata keçməsidir. Məhz bu səbəbdən Prezident İlham Əliyevin 2024-cü il sərəncamı ilə 2025-ci il "Konstitusiya və Suverenlik İli" elan olundu. Bu qərar həm Konstitusiyamızın qəbulunun 30 illiyi, həm də Vətən müharibəsində qazanılan qələbənin 5 illiyi münasibətilə dövlətçilik tariximizin iki ən uca zirvəsini birləşdirir. Bu il, həmçinin Prezidentin təşəbbüsü ilə "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)" yubiley medalı təsis edilib. Bu medal ölkəmizin hüquq sisteminin inkişafına, Konstitusiyanın aliliyinin təmininə, dövlət müstəqilliyinin möhkəmlənməsinə, insan hüquqlarının müdafiəsinə və konstitusion dəyərlərin təbliğinə mühüm töhfə vermiş şəxslərə təqdim ediləcək. Bu gün Azərbaycan dövləti öz inkişaf yolunu Konstitusiyanın prinsiplərinə əsaslanaraq inamla davam etdirir. Qanunun aliliyi, vətəndaş azadlığı, sosial ədalət, dövlət suverenliyi kimi dəyərlər artıq təkcə hüquqi terminlər deyil – hər bir vətəndaşın gündəlik həyatında hiss etdiyi reallıqdır. Konstitusiyamız bu gün də xalqımızın azadlıq iradəsinin, dövlət müstəqilliyinin və milli birliyinin ən ali simvoludur. 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü təkcə hüquqi bayram deyil, həm də milli kimliyimizin, dövlətçiliyimizin, suverenliyimizin bayramıdır.

Bu sənədin müəllifi Ulu Öndər Heydər Əliyevin uzaqgörən ideyaları və Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasəti sayəsində Azərbaycan bu gün regionun ən güclü, ən sabit və ən hüquqi dövlətlərindən birinə çevrilmişdir. Konstitusiyamız – dövlətimizin vicdanı, xalqımızın iradəsi və gələcək nəsillərə əmanət olan müqəddəs and yeridir.

Elnarə Akimova Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ