çərşənbə günü, 30 sentyabr 2026
     

Əkrəm Babayev: “Bu döyüş təkcə torpaq uğrunda deyildi, Vətənimizin şərəfi, şəhidlərimizin ruhu uğrunda idi”

Image


Əkrəm Babayev: "Bu döyüş təkcə torpaq uğrunda deyildi, Vətənimizin şərəfi, şəhidlərimizin ruhu uğrunda idi"

Vətən Müharibəsində iştirak edən qəhrəmanlardan biri də hazırda Qəbələ–Oğuz Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsində çalışan Əkrəm Kərəm oğlu Babayevdir. Onun həyat yolu və döyüş salnaməsi gənclər üçün nümunə, vətənə sədaqətin parlaq göstəricisidir. Əkrəm Babayev 1976-cı il aprelin 24-də İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. 1982-ci ildə kənd məktəbində birinci sinfə gedib, orta təhsilini fərqlənmə ilə başa vurub. Daha məktəbdə oxuyarkən – 1992-ci ilin noyabr ayında – I Qarabağ müharibəsinə könüllü olaraq yollanıb. 1993-cü ilin mayında döyüşlərdən qayıtdıqdan sonra həm buraxılış, həm də ali məktəb imtahanlarında iştirak edib və elə həmin il Azərbaycan Dövlət Aqrar Universitetinin (keçmiş Kənd Təsərrüfatı Akademiyası) Meşəçilik fakültəsinə qəbul olunub. 1997-ci ildə ali təhsilini bitirərək İsmayıllı rayon Meşə İdarəsində əmək fəaliyyətinə başlayıb. 1998-ci ildə Yeni Azərbaycan Partiyasının üzvü seçilən Əkrəm müəllim, sonrakı illərdə peşəkarlığı ilə fərqlənərək nazirliyə işə dəvət alıb, burada baş mütəxəssis vəzifəsində çalışıb. O, 2010-cu ildən Oğuz, 2013-cü ildən Qusar rayon Meşə İdarələrinin müdiri vəzifələrində çalışıb. 2021-ci ildə Şəki–Qax Regional Meşə Təsərrüfatı Mərkəzinə direktor, 2023-cü ilin fevralından isə Qəbələ–Oğuz Regional Mərkəzinə direktor təyin olunub. İki dəfə müharibə iştirakçısı olmuş Əkrəm Babayevin döyüş yolu qəhrəmanlıq və vətənpərvərlik nümunəsidir. O, I Qarabağ müharibəsində Mərzili, Ergid, Əmralı və Ağdam şəhəri uğrunda gedən döyüşlərdə iştirak edib. II Qarabağ müharibəsində isə leytenant kimi döyüşlərə qatılıb, Murov istiqamətində göstərdiyi şücaətə görə baş leytenant, daha sonra isə kapitan rütbəsinə yüksəlib. Əkrəm Babayevin qəhrəmanlığı dövlət tərəfindən yüksək qiymətləndirilib. O, "Kəlbəcərin azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə", "Vətən Müharibəsi iştirakçısı" və "Döyüş xidmətlərinə görə" medalları ilə təltif olunub. Ailəlidir, 4 qızı, 2 oğlu və 3 nəvəsi var. – Salam, Əkrəm müəllim! Necəsiniz? Qarşıda Zəfər Gününün 5 illiyini qeyd edəcəyik. İlk olaraq, həmin dövrü necə xatırlayırsınız? — Salam. Zəfər Günü bizim üçün ən müqəddəs tarixlərdən biridir. 44 günlük Vətən Müharibəsində qazandığımız Qələbə həm xalqımızın, həm də dövlətimizin iradəsinin təntənəsi oldu. O günləri xatırlamaq həm qürurverici, həm də kövrəldicidir, çünki biz bu zəfəri çox böyük itkilər hesabına qazandıq. – Necə oldu ki, müharibəyə getməyə qərar verdiniz? — Vətən Müharibəsi başlayan ilk günlərdə mənim kimi minlərlə gəncin və orta yaşlı insanın ürəyində yalnız bir fikir vardı – Vətəni qorumaq!. Bu çağırış bizim qanımızda, ruhumuzdadır. Mən də tərəddüd etmədən səfərbərlik elan olunan kimi könüllü olaraq hərbi komissarlığa müraciət etdim. Biz bilirdik ki, bu döyüş sadəcə torpaq uğrunda deyil. Bu, şəhidlərimizin ruhu, milli ləyaqətimiz və gələcək nəsillərimiz üçün bir mübarizə idi. Ailəm və dostlarım qərarımı anlayışla qarşıladılar, çünki bu, hər bir azərbaycanlının Vətən borcudur. – Müharibə dövründə keçdiyiniz döyüş yolu haqqında danışardınız. — Mən Tərtər, Suqovuşan, Murov və Kəlbəcər istiqamətlərində gedən döyüşlərdə iştirak etmişəm. Hər gün, hər saat gərgin idi. Amma bizim birliyimiz, əsgərlərimizin ruh yüksəkliyi, zabitlərimizin peşəkarlığı bizə güc verirdi. Xüsusilə Cəbrayılın azad olunduğu gün heç vaxt yadımdan çıxmaz. O an sanki bütün Azərbaycan əsgərinin qəlbi bir döyünürdü. Hamı bilirdi ki, bu zəfərin sonu Şuşa olacaq. Şuşanın azadlığı xəbəri gələndə sanki bütün yorğunluq, ağrı, itkilər bir anlığa unuduldu. Hər kəs göz yaşlarını gizlədə bilmirdi. Biz bilirdik ki, artıq Azərbaycan qalib gəlir, 30 illik həsrət bitir. – Qazandığımız Qələbə bizə nə verdi – istər daxildə, istər xaricdə? — Qələbə bizə hər şeydən əvvəl qürurumuzu və birliyimizi qaytardı. Bu, xalqımızın öz gücünə, öz dövlətinə inamının bərpası idi. Daxildə həm siyasi, həm mənəvi həmrəylik formalaşdı. Hər kəs bir məqsəd ətrafında birləşdi – dövlətçiliyi qorumaq və inkişaf etdirmək. Xaricdə isə Azərbaycanın nüfuzu daha da artdı. Dövlətimizin regional liderə çevrilməsi, ordumuzun peşəkarlığının dünya miqyasında tanınması məhz bu Qələbə sayəsində mümkün oldu. Bu gün azad edilmiş torpaqlarda yeni həyat başlayır. Məktəblər, yollar, hava limanları, kəndlər, enerji xətləri tikilir. Bu, həm şəhidlərimizin ruhuna ehtiram, həm də gələcəyə inamın rəmzidir. Biz artıq təkcə döyüş meydanında deyil, həyat meydanında da qalib gəlirik. – Əkrəm müəllim, sonda oxucularımıza nə demək istərdiniz? — Mən bütün Azərbaycan xalqını qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edirəm. Bu qələbəni bizə bəxş edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Ordumuza və xalqımıza minnətdaram. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Biz birlikdə güclüyük, birlikdə qalib gəlmişik və bu birliyi qorumaq bizim borcumuzdur. PS: Əkrəm müəllim keçdiyi döyüş yolundan, müharibənin amansızlıqlarından qürurla danışdı. Müharibədir, təbii ki, şəhid də olacaq, yaralı da. Amma əsas komandir kimi əsgəri ruhlandırıb özü ilə döyüşə apara bilmək, döyüşdən qalib çıxmaq əzmini yaratmaqdır. Qorxmamaqdır!.. Əkrəm Babayev də qorxmadı. Geriyə belə boylanmadı. Qoyub gəldiyi 6 övladını düşünmədən döyüşlərə atıldı. Əslində yanında olanlar da onun övladları idilər. Əsgərlərini övladı kimi sevdi, əzizlədi. Hamımız Murov dağlarında daim qar, şaxta, çovğun və soyuq olur. Amma Əkrəm kimi mərd və qorxmaz zabitlərimizin, əsgərlərimizin hesabına yenilməz dağları aşdıq və 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımız geri alındı. Var ol Murov Qartalı! Qarşıdan 8 noyabr Zəfər günümiz gəlir. Bu günü qeyd eləmək ən çox da Əkrəm müəllimin, müharibədə kişi kimi döyüşən minlərlə zabit və əsgərin haqqıdır. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. Vətən sizin kimi oğulları ilə Vətəndir! Sən də baban kimi şərəfli döyüş yolu keçdin. Bu gün övladların və nəvələrin sənlə qürur duyur Əkrəm Ata, Əkrəm Baba! Zəfər Günün mübarək olsun Vətən oğlu! SƏNƏM SALAHOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ