çərşənbə günü, 30 sentyabr 2026
     

Üçrəngli Qürur – Azərbaycan Bayrağına Ehtiram Günü

Image


"Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir." – deyirdi Ümummilli Lider Heydər Əliyev. Bu sözlər təkcə bir rəmzin mahiyyətini deyil, bütöv bir millətin azadlıq fəlsəfəsini ifadə edir. Hər il noyabrın 9-da bu müqəddəs rəmz qarşısında baş əyir, üçrəngli bayrağımızın dalğalandığı səmanın mavi təravətində tariximizi, qırmızı alovunda azadlıq uğrunda mübarizəmizi, yaşıl parlaqlığında isə milli-mənəvi dəyərlərimizi görürük. Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabrın 9-u Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu günün dövlət səviyyəsində bayram elan edilməsi xalqımızın öz rəmzinə, milli kimliyinə və dövlətçiliyinə olan dərin ehtiramının göstəricisidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycan Xalq Cümhuriyyətinin parlaq səhifələrindən başlanır. 1918-ci il noyabrın 9-da Bakıda keçirilən hökumət iclasında təsdiqlənən bu bayraq, cəmi 23 ay yaşamasına baxmayaraq, bütöv bir xalqın milli ruhunu, istiqlal idealını və gələcək azadlığının bünövrəsini qoydu. Mavi – türk kimliyimizi, qırmızı – müasir dünyaya açılan qapımızı, yaşıl isə – İslam mədəniyyətinə, mənəviyyatımıza sadiqliyimizi ifadə etdi. Bu üç rəngin müəllifi olan böyük mütəfəkkir Əli bəy Hüseynzadə, sanki xalqın gələcək yol xəritəsini müəyyənləşdirmişdi: "Türkləşmək, islamlaşmaq, müasirləşmək." Tarix bəzən rəmzləri sınağa çəkir. 1920-ci ilin aprelində sovet imperiyasının işğalı nəticəsində üçrəngli bayraq endirildi. Amma o, xalqın qəlbindən heç vaxt enmədi. Aradan 70 il keçdikdən sonra bu müqəddəs simvolu yenidən göylərə qaldıran şəxs məhz xalqımızın xilaskarı, Ümummilli Lider Heydər Əliyev oldu. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi o, Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi üçrəngli bayrağı Naxçıvanın dövlət rəmzi elan etdi. O gün Naxçıvanda ucaldılan bayraq əslində Azərbaycanın gələcək istiqlalının müjdəçisi idi. Azərbaycanın böyük oğlu Məmməd Əmin Rəsulzadənin dediyi kimi, bir kərə yüksələn bayraq bir daha enmədən yenidən yüksəldi. Heydər Əliyev bu hadisəni belə xatırlayırdı: "Biz 1918-ci ildə qəbul olunmuş milli bayrağı Naxçıvan Ali Sovetinin sessiyasında qaldırdıq. Qərar verdik ki, bu bayraq Naxçıvanın milli bayrağı olsun. O bayraq o gündən başımızın üstündə dalğalanır." Bu qərar Azərbaycan tarixində dönüş nöqtəsi oldu. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti də bu bayrağı rəsmi dövlət atributu kimi qəbul etdi və o gündən etibarən üçrəngli bayraq bütün ölkənin üzərində ucaldı. 1991-ci il oktyabrın 18-də qəbul edilən "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" ilə Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlət rəmzləri – o cümlədən üçrəngli bayraq – yenidən bərpa edildi. Artıq bu bayraq yalnız bir dövlət simvolu deyil, azadlıq və milli qürurun ifadəsi idi. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Dövlət Bayrağı eni bərabər üç üfüqi zolaqdan ibarətdir: mavi, qırmızı və yaşıl. Qırmızı zolağın ortasındakı ağ aypara və səkkizguşəli ulduz türk mənşəyimizi və milli birliyimizi təcəssüm etdirir. Bu bayraq müstəqil Azərbaycanın göylərində dalğalanmaqla xalqın iradəsinin, dövlətin əbədiliyinin, milli birliyin rəmzinə çevrilib. Prezident İlham Əliyevin 17 noyabr 2007-ci il tarixli Sərəncamı ilə Bakıda Dövlət Bayrağı Meydanının yaradılması üçrəngli rəmzimizin müqəddəsliyini əbədiləşdirdi. 2010-cu ildə istifadəyə verilən bu meydan bu gün Azərbaycanın qürur məkanı, milli birliyimizin, dövlətçilik ideologiyasının simvolu kimi tanınır. Meydanda fəaliyyət göstərən Dövlət Bayrağı Muzeyi Azərbaycan dövlətçiliyinin yüzillik tarixini əyani şəkildə nümayiş etdirir. 2024-cü ilin noyabrında yenidən açılan Dövlət Bayrağı Meydanında bu gün dünyanın ən böyük bayrağı dalğalanır. Burada yaradılan "Zəfər qalereyası" 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbəni, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda ucaldılan bayraqların əzəmətini əks etdirir. Vaxtilə Ümummili lider Heydər Əliyev demişdi: "Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun. Bu bayraq tək rəsmi yerlərdə yox, hər bir ailənin həyatının əziz bir hissəsi olmalıdır." Bu, sadəcə bir tövsiyə deyil, milli kimliyimizi yaşadan bir vəsiyyət idi. Azərbaycan Konstitusiyasının 75-ci maddəsi də bu mənəvi dəyərləri hüquqi norma səviyyəsinə yüksəldir — hər bir vətəndaş dövlət rəmzlərinə hörmət etməlidir. 44 günlük Vətən müharibəsindən sonra üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda dalğalananda xalqın yüzillik arzusu gerçəkləşdi. O bayraq Şuşada, Xankəndidə, Laçında, Füzulidə, Cəbrayılda qaldırılarkən, minlərlə şəhidin ruhu rahatlıq tapdı. Bayraq artıq yalnız dövlətin deyil, həm də Qələbənin, dirçəlişin, milli qürurun rəmzidir. Prezident İlham Əliyevin sözləri ilə desək: "Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. O, canımızdır, ürəyimizdir." Bu gün üçrəngli bayraq Azərbaycan xalqının birliyinin, azərbaycançılıq ideologiyasının, müstəqil dövlətimizin əbədi simvoludur. Hər bir azərbaycanlı bu bayrağın altında həm tarixini, həm kimliyini, həm də gələcəyini görür. Heydər Əliyev demişdi: "Kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir." Azərbaycanın müstəqilliyinin, xalqımızın azadlıq eşqinin və milli həmrəyliyinin bu rəmzi əbədi olaraq göylərdə dalğalanacaq. Çünki bu bayraq yalnız parça deyil – bu, bir xalqın keçmişi, bu günü və gələcəyi, bir millətin vüqarı, azad nəfəsi, sonsuz inamıdır. 9 noyabrda dalğalanan üçrəngli bayrağımız hər bir azərbaycanlının qəlbində elə bir ucalığa yüksəlir ki, o ucalıqdan yalnız azadlıq görünür.

Elnarə Akimova Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ