Dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva vəzifəsindən azad edilib. “Qafqazinfo”-nun məlumatına görə, bu barədə müvafiq əmr imzalanıb. Nigar Mehdiyeva Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri-bölmə rəhbəri vəzifələrini icra edirdi. Məlumatı klinikadan təsdiq ediblər. N.Mehdiyevanın bu günlərdə klinikadakı vəzifəsindən kənarlaşdırıldığı bildirilib.
Mətləb