Bazar günü günü, 09 avqust 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
DƏYƏRLİ DOST, LƏYAQƏTLİ İNSAN - Elşad Həsənov
Tarix: 28.10.2025 / 12:05
Bölmə: Gündəm
Dostum, Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı, ehtiyatda olan polkovnik, nazir müavini işləmiş Elşad Həsənovun 2026-cı il fevralın 12-də 70 yaşı tamam olur. Bu münasibətlə onu dəyərli bir dost, ləyaqətli bir insan kimi təbrik edirəm! Elşad müstəqil düşüncəli, cəsarətli, genişqəlbli, səxavətli, yaşca biz orta məktəb dostlarından bir il kiçik olmağına baxmayaraq boyca hamımızdan hündür, nüfuzlu, ağsaqqal təbiətli bir kişidır. Getdikcə həyatda yüksək mənsəbə çatdı. Cəmiyyətdə dostları arasında da, elita arasında da, ümumiyyətlə xalq kütləsi arasında da hörmət qazana bildi. O, çox sədaqətli dost, dostun dar günündə ona əl uzadan, haqqın, ədalətin müdafiəçisi, qonaqpərvər, elsevər, vətənpərvər bir insandır. Bu yerdə Həzrət Əlinin bir hikmətli sözü yada düşür: "İnsanın əldə etdiyi şey ölənə qədər qalır. Ancaq başqalarına, fəqir-füqəraya etdiyi yaxşılığın əcirnə (savaba) nail olur. Könüllər alan könüllərdə anılar. Uzun sözün qısası, özü üçün yaşayanın adı qalmaz, malı-mülkü özünə fayda verməz. Xalq üçün yaşayanın adı-sanı əbədi qalar". Elşadın mənalı ömrünün 70 ilində nələr qazandıqlarına çoxumuz şahidik. İndi onun ətrafına toplaşanlar qohumlarla yanaşı, orta məktəb, uşaqlıq dostları, işdə, ümumiyyətlə həyatda qazandığı dostlardır. Dostluq və dostlar haqqında onlarla kitablar yazılmış, ona aid yüzlərlə atalar sözləri və məsəllər deyilmiş, neçə-neçə folklor nümünələri həsr olunmuşdur. Biz hamımız həyatda sədaqətli dostluq, hətta dostluğa xəyanət edənlər haqqında da çox eşitmişik, çox görmüşük. Dünyanın ən müqəddəs hisslərindən biri olan "dostluq insanlar arasında qarşılıqlı sevgi, hörmət, inam, dəstək və ortaq maraqlara əsaslanan yaxın, sabit və fədakar münasibətdir. Dostlar bir-birini dəstəkləyir, fikir və hisslərini bölüşür, səmimiyyət və səbir nümayiş etdirirlər. Dostluq insanların həyatın çətinliklərinin öhdəsindən gəlməyə və özlərini daha az tək hiss etmələrinə kömək edən ən mühüm sosial və mənəvi dəyərlərdən biridir." Dostluq incə çalarları, nəcib xüsusiyyətlərilə, insanlar arasında bağlılığı möhkəmləndirən ümumbəşəri bir fenomen olmaqla aktualılığını heç vaxt itirməyir. Müdriklərdən biri demişdir: "Dostluq insana fayda verən yaxınlıqdır. Dostluq yaxınlığa möhtacdır, onunla tamamlanır. Fəqət yaxınlıq dostluğa, sevgiyə daha çox möhtacdır, yaxınlıq sevgi ilə olur." Mən Elşadı uşaqlığdan tanıyıram. Bizim tanışlığımızın 63-dən çox, dostluğumuzun isə 63 yaşı vardır. Taleyimiz elə gətirmişdir ki, biz qonşu və sonralar isə orta məktəb yoldaşı, uşaqlıq dostu olmuşuq. Onun həyatının bütün mərhələləri – məktəbdə oxuduğmuz günlərdən yetkinliyə, sonralar cəmiyyətdə pillə-pillə yüksəldiyi dövrlərə və bugünkü xoşbəxt həyatına qədər, bir sözlə, bütün şərəfli həyat salnaməsi gözümün qabağındadır. Orta məktəbdə Elşad özünün dərrakəsinə, dərin düşüncəsinə, hərtərəfli qabiliyyətinə, əxlaqi davranışına, sinif yoldaşlarına, müəllimlərinə mehriban münasibətlərinə, kəndlilərilə, böyüklərlə, kiçiklərlə rəftarına görə fərqlənirdi. Zahirən sakit, təmkinli, ehtiramlı, həssas olan Elşad getdikçə coşqunluğu, cəsarətliyi, mərdliyi, doğruluğu, bir sözlə özünəməxsusluğu ilə seçilən bir yeniyetmə kimi böyüyür, özündə elsevərliklə milli ruhu birləşdirən yüksək insani keyfiyyətlər qazanırdı. Biz orta məktəb illərində bütün milli və sovet bayramlarını bir yerdə şənlik məclislərində qeyd edərdik. Həmin məclislərdə ağsaqqallarımıza-ağbircəklərmizə, valideyinlərimizə, elimizə-obamıza, vətənimizə, qohumlarmıza, özləri bizimlə olan, eləcə də bizdən uzaqda yaşayan, ancaq ürəkləri bizimlə olan dostlarmıza hörmət ifadə edən tostlar deyirdik, gələcək arzularmız haqqında danışırdıq. Elşad jurnalist olmaq niyyətində idi. Onun atası, hamımızın sevimlisi, II Dünya müharibəsinin odu-alovu içərisindən çıxmış, qəhramanlıqla vuruşa-vuruşa Berlinə qədər getmiş, sərt, eyni zamanda həssas, mehriban, qorxmaz cəsarətli, qonaqpərvər, qoçaq, sözü üzə şax deyən, ağsaqqal təbiətli rəhmətlik Yolçu əmi (biz hamımız Elşadın dililə ona "Yolçüm" deyirdik) oğlu Elşadın hərbiçi olmasını istəyirdi. Elşadın ailəsi çox imkanlı olmasa da ən qonaqpərvər ailələrdən biri idi. Yolçum özünün opta təhsili olmasına baxmayaraq ali təhsil almağın tərəfdarı idi. Elşadın anası rəhmətlik Şölə xala da olduqca mehriban, gülərüz, mülayim, həlim xasiyyətli bir ana idi. O, bizi də öz övladları kimi sevirdi. Biz də onu öz anamızdan ayırmırdıq.Valideynlərinin bütün bu dəyərli mənəvi keyfiyyətlərini əxz edən Elşad həyatın enişli, yoxuşlu yolları ilə irəliyə doğru addımlayırdı. Elşad Bakıda yeganə universitetin (o vaxtlar rus-sovet bolşevik liderlərindən biri olan S.M.Kirovun adını daşıyan Azərbaycan Dövlət Universitetinin – indiki Bakı Dövlət Universitetinin) jurnalistika fakültəsinə daxil oldu. Biz Bakının ən kriminal məhəllələrindən biri hesab olunan Oktyabr rayonunun (indiki Yasamal rayonunun) tarixi məhəlləsi olan "Sovetskinin" Qədirli küçəsi 75-də bir yerdə kirayənişin qalırdıq. (İndi həmin məhəllə Nəriman Nərimanov prospektidir). Məhəllədə narkomanlar və cinayətkar ünsürlər çox idi. Ev sahibi Xavər xala idi. Oğlanlarından böyük oğlu Sabutay alim idi, sonra hansısa siyasi partiyanın rəhbərlərindən biri oldu. Kiçik oğlu Cavanşir narkoman idi. Biz Elşadla belə bir mühitdə təhsilimizi uğurla davam etdirirdik. Bir dəfə belə qərara gəldik ki, valideyinimizə kömək məqsədilə, dərsdən sonra işləyək. Amma buna valideyinlərimiz razı olmadılar."Biz sizi Bakıya ali təhsil almağa göndərmişik"-dedilər. Bizim qaldığımız otağa Elşadla mənim dostlarmız, həm qrup yoldaşlarımız, həm də ümumi dostlarmız, Elşadın qrup yoldaşları, eləcə də zarafatcıl insan, gözəl şair Əli Səfəroğlu, Ağalar Mirzə, sonralar "Səhər" qəzetinin baş redaktoru olmuş ciddi təbiətli Məzahir Süleymanzadə gəlirdi.Çox təəssüf ki, onların hər üçü vaxtsız dünyalarını dəyişdilər.Allah hər üçünə rəhmət eləsin! Əli Səfəroğlunun sonralar "Hələ ki, bu dünya düzələn deyil" adlı şeirlər kitabı çapdan çıxdı. "Bu dünya düzəlir", - deyən bəxtəvər, Hələ ki, bu dünya düzələn deyil. Bəlkə də, düzəldi nə vaxtsa, qardaş, Hələ ki, bu dünya düzələn deyil." Mirzəyev Ağalar Həmzə oğlu (Ağalar Mirzə) 25 dekabr 1954-cü ildə Dəvəçidə anadan olmuşdur - 5 mart 2008-ci ildə Bakı şəhərində vəfat etmişdir .O həm istedadlı şair, həm də tanınmış jurnalist oldu, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1982), Əməkdar incəsənət xadimi (1998), "Qızıl qələm" mükafatı laureatı (1996) kimi ictimaiyyət arasında geniş şöhrət qazandı. Hamiya məlum olduğu kimi, rəhmətlik Məzahir Süleymanzadənin baş redaktor olduğu "Səhər" qəzeti müstəqilliyimizin ilk illərinin salnaməsidir. Məhz bu qəzet 1990-cı il 20 Yanvar qırğınından sonra - yanvarın 25-də 2 milyon tirajla çap olundu. O zaman informasiya blokadasını yaran "Səhər" bununla Azərbaycanın haqq səsini dünyaya çatdırmışdı. Qəzet fəaliyyəti dövründə ictimai fikrə təsir edən, xarici kütləvi informasiya vasitələrinin istinad etdiyi ən etibarlı xəbər mənbəyi rolunu oynayıb... 20 Yanvar qırğınından dərhal sonra baş redaktor Məzahir Süleymanzadənin iş otağındakı hökumət telefonu vasitəsilə SSRİ-nin bütün müttəfiq respublikalarına çatdırılmışdır. Yeri gəlmişkən, 20 Yanvar şəhidlərinin siyahısı da ilk dəfə "Səhər" qəzetinin 1990-cı il 3 fevral tarixli nömrəsində dərc edilmişdi. Bizim qaldığımız balaca otaqda Bakıda təhsil alan orta məktəb yoldaşlarımız, Elşadın əmisi oğlu, mülayim xasiyyətli Elbrus Həsənov qonağımız olurdu.Bizim otağın açarının yerini bütün dostlarımız bilirdi.Bəzən elə olurdu ki, biz dərsdən gələndə gəlib görürüdük ki, otağımıza qonaqlar gəliblər. Qardabanidən olan sakit təbiətli, olduqca mehriban, sadiq dostlar, sonralar bizneslə məşğul olan Ağa Hüseynov, Alxan Sadıqov, Məmməd Əliyev (biz ona Mamed deyirik), mənim qrup yoldaşlarımdan Muxtar İmanov (sonralar akademik oldu), rəhmətlik Nizaməddin Babayev (sonralar professor oldu, Şəmsizadə imzası ilə çoxlu əsərləri nəşr olundu) tez-tez bizim qaldığımız otağa gəlirdilər.Onlar bizim hər ikimizin ortaq dostlarımıza cevrildilər. Muxtar Kazım oğlu İmanov 28 may 1955-ci ildə Naxçıvan MR Şərur rayonunun Axura kəndində anadan olub. 2016-cı ildə professor elmi adını aldı. AMEA-nın həqiqi üzvü, akademik seçildi.Akademik Muxtar İmanov ədəbiyyatşünaslıq və folklorşünaslığa aid çoxsaylı dəyərli əsərlərin müəllifi oldu.Folklorun toplanması, tərtib və nəşr olunması ilə də ardıcıl məşğul olan alim bu sahədə bir çox kitabların, toplularının layihə rəhbəri və tərtibçilərindən biri oldu. Uzun müddət AMEA-nı Folklor İnstitutunun direktoru oldu. Hazırda Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiridir. Mərhum Nizaməddin Şəmsizadə (Nizaməddin Şəmsəddin oğlu Şəmsizadə) 30 dekabr 1954 cü ildə Quba rayonunun İspik kəndində anadan olmuş, 24 fevral 2025- ci ildə Bakı şəhərində vəfat etmişdir) — Filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi (2019) oldu. N.Şəmsizadə 10-dan çox monoqrafıyanın, bir sıra hekayə, şeir və esselər kitablarının, 250-dən çox ədəbi-tənqidi, elmi-nəzəri və fəlsəfi-publisistik məqalənin, eləcə də ölkənin ali məktəblərində tədris olunan "Ədəbiyyat nəzəriyyəsi" adlı fundamental dərsliyin müəllifi oldu. O, elmi xidmətlərinə görə akademik Y.Məmmədəliyev mükafatının laureatı adı aldı.Prezident İlham Əliyevin Sərəncamı ilə Nizaməddin Şəmsizadə "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" kitabına görə Dövlət Mükafatına layiq görüldü. Tələbəlik illərində Elşad Sevil xanımla ailə həyatı qurdu. Onlar qarşılıqlı sevgi üzərində ailə qurdular, indi də xoşbəxt ailə həyatı yaşayırlar. Bu yerdə qədim yunan filosofu Demokritin sözləri yerinə düşür: "Xoşbəxtlik qızıl toplamaqda deyil, sağlam bədəndə və ailə səadətindədir". Elşadın ömür-gün yoldaşı Sevil Qiyas qızı Həsənova 1980-ci ildə BDU-nun Jurnalistika fakültəsini bitirdi. Gənc jurnalist kimi Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Komitəsində "Elmi -kütləvi və tədris proqramları" baş redaksiyasında redaktor, "Azərbaycantelefilm" yaradıcılıq birliyində böyük redaktor vəzifəsində işlədi. "Qabil", "İki ömür" və s. televiziya filmlərinin ssenari müəllifidir. "Hüseyn Cavid yaradıcılığının tədrisinin şagirdlərin mənəvi tərbiyasinə təsiri" mövzusunda namizədlik, 2021-ci ildə isə "H.Cavidin ədəbi-bədii irsi Azərbaycanın dövri mətbuatında" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru adına layiq görüldü. O, müstəqillik dövründə jurnalistika fakültəsində elmlər doktoru adına layiq görülmüş ilk qadın alimdir. Tədqiqatçı 2 monoqrafiyanın, 8 proqramın, 1 dərs vəsaitinin, 1 dərsliyin, 35-dən çox elmi və onlarca bədii-publisistik məqalənin müəllifidir.2024-c ü ildə BDU-nun Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi, elmlər doktoru Sevil Qiyas qızı Həsənova professor vəzifəsinə seçildi. Hələ tələbə ikən Elşad Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə köşürülməsinə çalışırdı.O, daim yüksək zirvələrə yüksəlməyə cəhd edirdi. Elşad ali məktəbi bitirdikdən sonra təyinatla "Azərnəşr"də çalışırdı. Nəşriyyatda redaktor vəzifəsində çalışarkən Elşad Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinə qəbul edildi. SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Minsk şəhərindəki Ali Kurslarında təhsil aldı. Elşadın atası Yolçu əmim onun dövlət təhlükəsizliyi komitəsinə işə düzəlməsinə hədsiz sevinirdi: çünki onun arzusu həyata keçmişdi, oğlu hərbiçi olmuşdu.Yolçu əmim oğlunun general olmasını istəyirdi. Yadımdadır: Elşad Dövlət Təhlükəsizliyi Komitəsinin Qazax şöbəsində çalışırdı. Avqust ayı idi. Bir də gördüm o, avtomobillə bizə gəldi və mənə dedi: "Qardaş, bu gün avqustun 21-dir, sənin ad günündür. Bunu qeyd etmək lazımdır." Biz orta məktəb yoldaşlarımızı toplayıb mənim ad günümü qeyd etdik. Bunu məhz Elşadın təşəbbüsü ilə etdik. 1997-ci ildə oğlum Canpoladın Yaponiyaya karate-do üzrə dünya birinciliyi yarışlarına getdiyini eşidən kimi Elşad çox sevindi. Özü və müraciət etdiyi tanışları Canpoladın orada iştirak etməsi üçün xeyli maddi yardım etdi. Mingəçevirdə milli təhlükəsizlik şöbəsinin rəisi işlədiyi zaman oğlum Canpolad opada əsgəri xidmətdə olarkən Eışad və onun həyat yoldaşı, bacım qədər hörmət etdiyim Sevil xanım oğluma öz övladları kimi qayğı göstərdilər.Mən onların bu yaxşılıqlarını ömrüm boyu unutmayacam. Elşad etibarlı, güvənli, dürüst, təmənnasız dostdur.Bütün dostları ona tamamilə güvənir, hiss və düşüncələrini onunla açıq şəkildə bölüşürlər.O, Azərbaycan Respublikasının Qazax, Mingəcevir bölgələrində, Binəqədi, Apşeron rayonlarında, Milli Təhlükəsizlik Nazirliyinin mərkəzi aparatında rəhbər vəzifələrdə, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiciliyinin rəis müavini kimi çalışsa da, tutduğu bütün yüksək vəzifələrdə sadəliyini, təvazökarlığını, ləyaqətini, alicənablığını qoruyub saxlamış, etibarını heç vaxt azaltmamış, tanıdıqlarına, xüsusən bütün dostlarına bir arxa, kömək, maddi-mənəvi dəstək olmuş, indi də dəstəkdir. Bu, onun xeyirxah təbiətindən irəli gəlir.Elşad bütün dostlarına çətin anlarda kömək etməklə, dəstək olmaqla yanaşı bütün dostlarının ümid yerinə çevrilmişdir. İndi də belədir. Elşad ümumi maraqlar, dəyərlər, ortaq baxışlarla birləşən bütün dostlarının arasında əlaqənin daha da möhkəmlənməsinə və güclənməsinə kömək edir. Elşadla dostları arasında qarşılıqlı anlaşma hökm sürür, bütün dostları və o, bir-birilərini sözsüz də başa düşürlər. Elşadın dostluğu qazanc, təmənna üzərində deyil, dostlar üçün təmənnasız fədakar qayğı üzərində qurulmuşdur.Elşad üçün dostluq onun mənəvi aləminin, həyat tərzinin ayrılmaz bir hissəsi, əxlaq kodeksinin ciddi tələblərindən biridir. Dostluq onu daha mehriban və güclü edən, onun mənəvi inkişafına təkan verən mühüm amildir.O, dostlarına və ətrafındakılara dürüst və açıqdır, yaxınlarına münasibətdə səbirli və anlayışlıdır, dostları diqqətlə dinləməyi, başa düşməyi, onların səhvlərini belə bağışlamağı bacarır, işinin ən çox olan vaxtlarında belə onlara vaxt ayıra bilir, imkan düşən kimi onlarla birlikdə vaxt keçirir. Həzrət Əli öz vəsiyyətində oğlu İmam Həsənə belə buyurmuşdur: "Əziz oğlum, zənginliyin ən üstünü ağıldır.Böyüklük, ululuq ürək genişliyi ilə, dözümlə mümkündür. Səxavət şərəfi qoruyan bir sifətdir, bağışlamaq üstünlüyün zəkasıdır." Bütün bunlar sanki Elşad üçün də deyilmişdir. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiciliyinin rəis müavini kimi gəmicilik sahəsinin təhlükəsizliyi ilə məşğul olanda, bu məsuliyyətli vəzifədə çalışanda Elşadla daim əlaqə saxlayırdıq.O, mənim uğurlarımi, yaradıcılığımı diqqətdə saxlayırdı.Elşad mənim müəllifi olduğum "Qarayazı" kitabları çıxanda çox sevindi. Bacardığı qədər onun nəşrinə maddi kömək etdi.O, dostun uğurunu öz uğuru hesab edir. Çünki qəlbi genişdir, nəcibdir, səxavətlidir, xeyirxahdır. Görkəmli filosof Z.Göyüşov göstərir ki, "xeyiyxahlıq insana məhəbbəti ifadə edir. Xeyirxahlıq bütün fəaliyyət dairəsində insanı sevmək, ona qardaş, yoldaş (şübhəsiz ki, həm də dost) gözü ilə baxmaqdır". Bütün bunlar Elşadın əxlaq kodeksinin əsas normalarındandır. Yaxşılıq, xeyirxahlıq ona daxilən xas olan mənəvi keyfiyyətlərdir. O, Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Şübhəsiz ki, Elşad vətənin dar günündə onun taleyinə biganə qala bilməzdi. Elşad 2011-ci ildə atasının arzuladığı general rütbəsinə bir addım qalmış -polkovnik rütbəsində təqaüdə cıxdı. Xidmət illərində əldə etdiyi ciddi əməliyyat nailiyyətlərinə görə mükatatlara layiq görülübdür. "Hərbi xidmətlərə görə", "MTN orqanlarının 90 illiyi", DTX-nın 100 illiyi medalları ilə təltif olunubdur. Elşad "Bahar Enerji Operating Company Limited" Şirkətinin Azərbaycan nümayəndəliyində vitse-prezident vəzifəsində işləyəndə dərhal mənə zəng etdi. Kiçik oğlum Cavanşir işsiz idi. Onu öz yanında işə götürdü. Elşad təqaüddə olsa da ictimai-siyasi fəaliyyət göstərir, peşəkar jurnalistlik istedadına və qabiliyyətinə arxalanaraq kütləvi informasiya sahəsində özünün dərin publistik yazılarıyla,orijinal siyasi şəhrlərilə cıxış edir, bu və digər məsələlərlə bağlı peşəkar politoloq , siyasi ekspert, təhlükəsizlik üzrə ekspert kimi fikirlərini bildirir. Azərbaycan Televiziyasında, ARB-24 də, Baku TV-də aktuallığı ilə fərqlənən sanballı cıxışlar edir. Elşadın son illərdə yazdığı məqalələri "Vətən Naminə" seriyası altında nəşr olunub, artıq o, 14 kitabın və Zəlimxan Yaqub haqqında xatirəıər kitabının müəllifidir.O, sadəcə olaraq təqaüdçü kimi qala bilmir, yenə işləyir, zehni qabiliyyətini işə salır, dövlətçiliyimizə ürəkdən, sidqlə xidmət edir. Elşad başqalarının şəxsiyyətinə hörmət edən ləyaqətli bir insandır. O, təkcə orta məktəb yoldaşları ilə, adi adamlarla, iş yoldaşları ilə deyil, dünya şöhrətli insanlarla, o cümlədən, zəmanəmizin gorkəmli filosofu və böyük şəxsiyyəti Camal Mustafayev, Azərbaycanın və bütün türk dünyasının dahi şairi mərhum Zəlimxan Yaqubla da yaxın ünsiyyətdə olmuş, dünya şöhrətli ictimai və dövlət xadimi, diplomat Həsən Həsənovla sıx, yaxın ünsiyyətdə və səmimi münasibətdədir. "Zirvələrin ən ucası –gözəl insan qəlbidir!"-sözlərini özünə deviz etmiş müdrik Camal Mustafayevdən o, çox şeylər öyrənmişdi. Elşad Camal müəllimin irəli sürdüyü "Əxlaq dərsi vermək, ağıl öyrətmək görünməmiş hünər deyil. Ən çətini əxlaqa, həqiqətə uyğun yaşamaqdır" prinsipinə özünün fəaliyyətində və davranışında daim əməl etmişdir, indi də əməl edir. "Mənim təmiz adım, pak vicdanım mənim tükənməz sərvətimdir" prinsipilə yaşamış Camal müəllimdən o, ən yüksək mənəvi dəyərləri əxz etmişdi. Yeri gəlmişkən: özünün mənəvi atası hesab etdiyi Camal Mustafayevin vəsiyyətinin yerinə yetirilməsində, onun doğma Kosalı kəndində dəfn ounmasında Elşad fəal iştirak etmişdir. Həzrət Əlinin dediyi dəyərli sözlər Elşadın mənəviyyatının əsas sütunlarını təşkil edir: "Ağıldan faydalı dövlət, özünü bəyənməkdən qorxunc yalnızlıq, tədbir kimi ağıl, təqvə kimi kərəm, gözəl xasiyyət kimi yaxın dost, ədəb kimi miras, qabiliyyət kimi başçı, haramdan özünü gözləmək kimi zahidlik, düşünmək kimi bilgi, vacibatı yerinə yetirmək kimi ibadət, utanmaq və səbr etmək kimi iman, könül mütiliyi kimi əsil-nəcabət, bilgi kimi ucalıq, danışmaq kimi arxa yoxdur" 2024-cü ildə mən ağır xəstələnəndə o, bir dost kimi, bir qardaş kimi mənə hərtərəfli kömək etməyə hazır olduğunu bildirdi.Mən isə göydə Allahdan, yerdə güclü həkimlərdən, əvəzsiz dayağım olan ailəmdan kömək gördüm.Lakin doğma qardaşımın belə mənə demədiyini Elşad mənə təklif etdi, "yaxşı həkimlər, təsirli dərmanlar tapmağa, əgər lazımdısa maddi yardım etməyə mən hazıram!"-dedi Elşadın sözü ilə əməli vəhdət təşkil edir. Elşadın sözü sözdür.Əgər o, söz verirsə onu mütləq yerinə yetirir. O, dediyi sözün, verdiyi vədin gerçəkləşməsinə məsul olan bir şəxsdir. O, sözün həqiqi mənasında ləyaqətli şəxsiyyətdir: xeyirxahlıq, səmimilik, yaxşılıq və düzgünlük onun bir şəxsiyyət kimi mənəviyyatının əsasını təşkil edir. Eyni zamanda o, nəcibliyə, alicənablığa, qüvvətli, güclü ruha, polad iradəyə, dərin ağıla malik bir insandır. Elşad ideal dost, sədaqətli həyat yoldaşı, qayğıkeş ata, müdrik baba, mehriban qardaşdır. Bir sözlə, Allah ona bəxtəvərliyi, hər şeyin yaxşısını, idealını bəxş etmişdir.Biz ona bundan sonra da mənalı, sağlam, xoşbəxt ömür arzulayırıq! Hörmətlə, dostu Vahid Ömərov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Enerji təhlükəsizliyi siyasəti və gürcüstanşünaslıq şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,
DİGƏR XƏBƏRLƏR
Tarix: 08.08.2026 / 07:18
Tramp indi də Dövlət Departamentinin əmlakına “göz qoydu” -
rəsm, ya çilçıraq…
Tarix: 05.08.2026 / 07:23
Trampa qarşı yeni sui-qəsd cəhdi?..
Tarix: 04.08.2026 / 17:17
“ƏBƏDİ BİRLİK – 5 İL: BİRLİKDƏN GƏLƏCƏYƏ” Yubiley tədbiri keçirildi
Tarix: 04.08.2026 / 05:33
İran Ukraynanı üç istiqamətdən vuracaqmış…
Tarix: 03.08.2026 / 09:24
Rinqə erməni bayrağı ilə çıxdı -
bu da tacik…
Tarix: 01.08.2026 / 08:00
Tramp amerikalılara çağırış etdi -
“…mənimlə qürur duyun”…
Tarix: 01.08.2026 / 07:49
ABŞ İranın Pikaks dağındakı nüvə obyektlərini də vuracaq…
Tarix: 01.08.2026 / 07:35
Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
Tarix: 31.07.2026 / 06:55
Uitkoff və Kuşner Ukraynaya gedir -
həm də “foto çəkiliş xatirinə” yox…
Tarix: 31.07.2026 / 06:47
Tramp HƏMAS-ın tam silahsızlaşdırılması ilə bağlı Sazişi elan etdi
Tarix: 30.07.2026 / 10:41
Kalkınma Elçilərinin ilk səfəri Nuru Paşanın anısı ilə Bakıdan başladı
Tarix: 28.07.2026 / 23:30
BRTK Nümayəndə Heyəti Azərbaycan-ŞKTC Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Feyziyevlə görüşdü
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 08.08.2026 / 19:20
Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub
Tarix: 06.08.2026 / 20:42
Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...
Tarix: 06.08.2026 / 16:25
Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...
SON XƏBƏRLƏR
08.08.2026 / 21:20
İsrail İrana hücum etməyə hazırlaşır…
08.08.2026 / 20:53
Xocavənddə buldozer minaya düşdü
- YENİLƏNDİ
08.08.2026 / 20:37
Prezident İlham Əliyev Donald Trampa məktub ünvanlayıb
08.08.2026 / 19:57
İrandan PUA ilə Füzuliyə keçirilən narkotiki satmaq üçün Bakıya gətirənlər Sabunçuda yaxalandı
- VİDEO
08.08.2026 / 19:42
“Birgə Bəyannamə Cənubi Qafqazda onilliklərdir davam edən münaqişəyə son qoydu və TRIPP layihəsinə start verdi”
- ABŞ dövlət katibi
08.08.2026 / 19:35
Prezident sülh gündəliyinə töhfələrinə görə Trampa minnətdarlığını bildirdi
08.08.2026 / 19:28
Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirdi
08.08.2026 / 19:20
Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub
08.08.2026 / 18:57
"Tramp Azərbaycan və Ermənistan arasında sülhü təmin edib"
- Rubio
08.08.2026 / 18:23
"Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır"
- Stiv Uitkoffdan 8 avqust paylaşımı...
08.08.2026 / 17:22
Hörmüzdə BƏƏ tankeri vuruldu
- Əbu-Dabi İranı günahlandırdı…
08.08.2026 / 16:55
“Ermənistan "Rusiyaya qarşı qoç" kimi əhəmiyyətini itirən kimi Qərb onlara arxa çevirəcək”
- Medvedev
08.08.2026 / 16:25
Tarixi Vaşinqton Zirvə Görüşü
xronoloji ardıcıllıqla...
08.08.2026 / 16:08
Ukrayna dronları Rusiyada daha iki neft emalı zavoduna hücum etdi…
08.08.2026 / 15:41
Ukrayna ABŞ-a söz verdi
- Qara dənizdə Qazaxıstan tankerlərinə hücum edilməyəcək…
08.08.2026 / 15:23
Rusiya sahillərində Türkiyə gəmisi vuruldu…
08.08.2026 / 15:05
Hikmət Hacıyev: "İlham Əliyev müharibəni də, sülhü də qazandı"
- VİDEO
08.08.2026 / 14:03
Britaniya səfirliyi Vaşinqton sammitinin ildönümü ilə bağlı bəyanat yaydı
08.08.2026 / 13:45
ABŞ Azərbaycanın regional liderliyini dəstəkləyir
08.08.2026 / 13:43
Bakının yeraltı mineral suları: Hidrogeoloji xüsusiyyətləri, şəhərsalma tarixi və istifadə perspektivləri
08.08.2026 / 13:12
ABŞ-ın müvəqqəti işlər vəkili: "TRIPP marşrutu Azərbaycanın Naxçıvana maneəsiz çıxışını təmin edəcək"
- VİDEO
08.08.2026 / 12:35
Paşinyan Prezident İlham Əliyevə zəng etdi
08.08.2026 / 12:20
Vaşinqton görüşü Cənubi Qafqazın logistika xəritəsində yeni bir səhifə açdı
08.08.2026 / 11:20
8 avqust Vaşinqton görüşü Cənubi Qafqazın müasir siyasi tarixində mühüm dönüş nöqtəsinə çevrildi
08.08.2026 / 11:08
Rusiya Azərbaycan vasitəsilə Ermənistana buğda və daş kömür göndərdi
08.08.2026 / 10:16
"Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb"
- Paşinyan
08.08.2026 / 09:32
Azərbaycan XİN Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə dəstəyini təsdiqləyib
08.08.2026 / 09:15
Vaşinqton sammitindən bir il ötür
- Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən zirvə...
08.08.2026 / 07:18
Tramp indi də Dövlət Departamentinin əmlakına “göz qoydu” -
rəsm, ya çilçıraq…
07.08.2026 / 22:37
Rusiya vətəndaşlarını uzunmüddətli müharibəyə hazır olmağa çağırdı
- Avropa sülhə imkan vermir…
07.08.2026 / 22:14
Yeni tədris modelli orta məktəblər repetitorluğun alternativi ola bilməz(ər)
- mübahisə və şübhələr var...
07.08.2026 / 21:57
Rusiya Cənubi Koreyadan 30 min ton neft məhsulları aldı…
07.08.2026 / 21:45
Zelenskidən ABŞ-a ittihamçı eyham
- raketlərin tükənməsi Ukraynanı kapitulyasiyaya məcbur etmək taktikasıdır...
07.08.2026 / 21:21
Əliyev-Tramp-Paşinyan sənədinin imzalanmasından 1 il ötdü...
TƏHLİL...
07.08.2026 / 21:06
Azərbaycandan Ukraynaya qaz ixracı yenidən gündəmdə...
07.08.2026 / 20:48
Dünyanı Bakıya tökdülər, separatçı ermənilər barədə hökmü zərrə qədər dəyişə bilmədilər...
07.08.2026 / 20:34
Ukraynada Rusiyaya qarşı 72 ölkədən 16 min əcnəbi döyüşür…
07.08.2026 / 20:21
Qarşıdakı 4 ildə Bakıda 9 yeni metro stansiyası?...
07.08.2026 / 20:03
Elmi müdafiələrdə “ədəbiyyat tarixi mütəxəssisi opponent ola bilməz (?!)...Niyə?
07.08.2026 / 19:47
Rusiya Ermənistana göndərilən 220 min dolları müsadirə etdi...
07.08.2026 / 19:40
17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu
07.08.2026 / 19:37
Bankomatlardan 7 təqaüdçünün pulunu talayan şəxs qandallandı
07.08.2026 / 19:23
Yaxın Şərqdə tarazlığı dəyişəcək yeni hərbi ittifaq... Türkiyə, Səudiyyə və Pakistan müdafiə paktı imzaladı
- “İslam NATO-su”na doğru ilk addım atıldı...
07.08.2026 / 19:13
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (qədim dövr)” kitabı nəşr olunub
07.08.2026 / 19:10
Ermənistan hakimiyyəti müxalifətin bütün biznesini ələ keçirir...
07.08.2026 / 18:54
2 mindən çox sayta müdaxilə edib ələ keçirdilər...
kiberpolisdən əməliyyat - 2 haker yaxalandı - VİDEO
07.08.2026 / 18:48
Ukraynanın “Patriot” dalanı:
Rusiya Qərbin də səbrini sınayır
07.08.2026 / 18:32
8 avqustdan sonra ilk 1 il, Əliyevlə Trampın doldurduğu boşluq, Putin 9 noyabr sənədini niyə yeniləmədi?
- Aydın QULİYEV yazır...
07.08.2026 / 18:17
ATƏT bu dəfə Xəzər regionunda faydalı qurum olduğunu sübut etmək istəyir
07.08.2026 / 17:54
Yanmış, güllələnmiş və yaralanmış Rusiya əsgərləri cəbhə xəttinə geri göndərilir...(?)
07.08.2026 / 17:39
Azərbaycanın Ukrayna və Rusiya ilə münasibətləri Ermənistan üçün böyük dərd olub
07.08.2026 / 17:04
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər məhkəmə qarşısına çıxarılır...
07.08.2026 / 16:49
ABŞ-la Azərbaycanın ən məzmunlu sənədləri Trampla Əliyevin arasında inzalanıb...
07.08.2026 / 16:25
Tramp hələ prezident seçilməzdən öncə İlham Əliyevlə əlaqələrin möhkəm əsasları yaradılmışdı...
07.08.2026 / 16:10
Trampın naziri ilə müavini bir-birini qırdı -
"raketlər tükənib" qalmaqalı böyüyür...
07.08.2026 / 15:45
Azərbaycanın Ukrayna ilə "strateji tərəfdaşlığı" Kremli qıcıqlandırdı -
Bakıya "dəyişiklik eyhamı"...
07.08.2026 / 15:21
Qafanda Rusiya konsulluğunun açılması gündəmə qaytarıldı -
hədəf "dəhlizdir"...
07.08.2026 / 15:05
10 ölkə NATO-nun alternativini yarada bilər -
Kiyevdən "NATO köhnəlib" ideyası...
07.08.2026 / 14:47
ABŞ kəşfiyyatından dünyanı silkələyən İDDİA
- Rusiya NATO-ya hücum edəcək...
07.08.2026 / 14:21
Doğumla ABŞ-da vətəndaşlıq almaq istəyənlərə pis xəbər
– Tramp "doğum turizmi"ni ləğv etdi...
07.08.2026 / 14:06
Husilərdən Səudiyyəyə ağır zərbə
- 58 nəfər öldürüldü, onlarla insan yaralandı...
07.08.2026 / 13:50
XƏBƏRDARLIQ
- sabah temperatur 39 dərəcəyədək yüksələcək...
07.08.2026 / 13:24
Xəzər Fərhadov Azərbaycan Malayziyadakı səfiri təyin edildi
07.08.2026 / 13:22
Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradıldı
07.08.2026 / 13:17
İrfan Davudov Azərbaycanın Pakistandakı səfiri təyin edildi
07.08.2026 / 13:15
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
07.08.2026 / 13:10
Azərbaycan və Tacikistan arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında saziş təsdiqləndi
07.08.2026 / 12:58
Media və Yayım Şurasının strukturu təsdiqləndi
07.08.2026 / 12:42
Neft Fondu Perunun ən böyük enerji şirkətinə investisiya yatırdı
07.08.2026 / 12:34
Türkiyənin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilən unikal tarixi abidəsi -
Kadıkalesi
07.08.2026 / 12:20
"TRIPP vasitəsilə Azərbaycan və Ermənistanla münasibətlərimizi yenidən başlatdıq"
- ABŞ rəsmisi
07.08.2026 / 12:12
Bakının mərkəzində obyekt yanır
- insanlar təxliyə edildi
07.08.2026 / 11:56
Zərdabda qəsdən yanğın törədən şəxs saxlandı
07.08.2026 / 11:31
Tərtərdə ər-arvadı evdə yandırıb pullarını oğurladı, ancaq çox uzağa gedə bilmədi...
07.08.2026 / 11:27
Paşinyan Aİİ-nin büdcəsinə 319 milyon köçürdüklərini xatırlatdı və baryerlərin qaldırılmasını istədi
07.08.2026 / 11:10
Yetmiş min manatlıq elektrik naqilləri oğurlayan şəxs yaxalandı
07.08.2026 / 10:48
"Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir"
- Ali Məhkəmə
07.08.2026 / 10:09
Moskva İrəvana sərt xəbərdarlıq etdi
- Ermənistana rus turistlərin axını dayandırıla bilər...
07.08.2026 / 09:52
Rusiya Azərbaycan üzərindən Ermənistana buğda və daş kömür göndərəcək
07.08.2026 / 09:25
Paşinyanın milyardlarla dollar tələbi Moskvanı qəzəbləndirdi
– bizi şantaj etməyə çalışırlar...
07.08.2026 / 07:56
Mossad iki yüksək rütbəli məmurunu işdən çıxardı -
İranda uğursuz çevriliş planı üzündən…
Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...
Populyar xəbərlər
Tarix: 05.08.2026 / 20:40
SEPAH Trampı gözləmədən qabaqlayıcı zərbələr vurmağı nəzərdən keçirir...
Tarix: 29.07.2026 / 21:43
Putinin basqıları Paşinyanı konstitusiya dəyişikliyindən çəkindirir...
Bəlkə məqsəd elə budur...
Tarix: 17.07.2026 / 17:23
MDU “sıfır tullantı” modelinin tətbiqi üçün Türkiyənin Sıfır Atık Vakfı ilə əməkdaşlıq imkanlarını müzakirə edib
Tarix: 15.07.2026 / 20:31
İlham Əliyev Makrona çətin seçki ərəfəsində şans verdi...
Tarix: 08.08.2026 / 13:43
Bakının yeraltı mineral suları: Hidrogeoloji xüsusiyyətləri, şəhərsalma tarixi və istifadə perspektivləri
XƏBƏR ARXİVİ