"Bakı Xəbər" qəzetinin Baş redaktoru, politoloq Aydın Quliyev özünün facebook səhifəsində maraqlı paylaşım edib. A.Quliyev yazır: “Bilmirəm, Dövlət Baxçalı “Türk Kipr parlamenti təcili toplaşaraq Türkiyə ilə birləşmək qərarı verməlidir" bəyanatını düşünərək verdi, ya ......?
Hər halda bu, onun "İmralı Türkiyə parlamentinə gəlib PKK- nı buraxmaq qərarı verməlidir" bəyanatına qətiyyən oxşamaz... Məncə Baxçalı çox böyük və ziyanlı səhvə yol verir. Onun AKP hakimiyyətinin rəsmi ortağı olduğunu nəzərə alsaq, bu həm də indiki Türkiyə iqtidarının ümumi mövqeyidir. Odur ki, məncə hakim AKP Baxçalının bəyanatına hansısa münasibətini gecikmədən ortaya qoymalıdır....
Şimali Kipr Türk Cümhuriyyətinin elə indiki statusda müstəqilliyinin daha da möhkəmləndirilməsi yönümündə siyasəti davam etdirmək daha düzgün olmazdımı??!”
Mətləb