Slovakiyanın baş naziri Robert Fitso özünün "Facebook " səhifəsində qarşıda gözlənilən Tramp-Putin görüşü barədə yazıb. O bəyan edib ki, Avropa İttifaqı Budapeştdə keçirilməsi planlaşdırılan Tramp–Putin görüşünü əngəlləməyə cəhd göstərir. SİTAT: "Bu, kədərləndirici mənzərədir. Avropa İttifaqı artıq ‘hərbi kabinetə’ çevrilib, üzv ölkələrin çoxu Ukraynadakı münaqişənin davam etməsini dəstəkləyir və bununla Rusiyanı zəiflədə biləcəyinə sadəlövhcəsinə inanır," – deyə Fitso yazır.
Mətləb