Ermənistanda kütləvi iğtişaşlara görə saxlanılan şəxslər barədə yeni məlumat yayılıb. Belə ki, Gümrü şəhərinin meri Vardan Qukasyana dəstək aksiyasının iştirakçıları arasında saxlanılanların sayı 33 nəfərə çatıb. Bu barədə Ermənistanın istintaq komitəsi məlumat yayıb. “Kütləvi iğtişaşlarda iştirak etmək və ədalət mühakiməsinə mane olmaq” maddəsi ilə başlanmış cinayət işi çərçivəsində 33 nəfər saxlanılıb”, - deyə istintaq komitəsinin mətbuat katibi Kima Avdalyan bildirib.
Bundan başqa, Vardan Qukasyanın vəkili Aramayis Ayrapetyan jurnalistlərə açıqlamasında merin “rüşvətxorluq”da ittiham edildiyini bildirərək, bunu siyasi təqib adlandırıb. O qeyd edib ki, Qukasyan günahını etiraf etmir.
Mətləb Salahov