Bazar günü günü, 09 avqust 2026
     

ZEMFİRA MƏHƏRRƏMLİ- 70

Image


Qaranlığın qənimi Zemfira Məhərrəmli

İmza var ki, oxuyursan, müəllifi tanımağa çalışırsan, bir obraz yaradırsan öz aləmində. Mən adətən illər öncə yaşayan müəlliflərin də həyat tərzi, şəxsiyyəti haqda məlumat toplamağa çalışıram. İmza da var ki, müəllifi görmək, tanımaq imkanın olur və sonra, tərifləyənlər olsa belə, oxuya bilmirsən. Məni davranışları, danışıqları, üzlərindəki ifadə ilə imzasından uzaqlaşdıran müəlliflər var.
O isə fərqlidir. İmzasını görəndə sevinirsən, qaranlıqda işıq tapan kimi. Özünü görəndə insanları sevirsən, insanlığı görən kimi. Əslində belədir Zemfira Məhərrəmli. Yazıları, yəni yazıçı dili aydın, anlayışlı, şirin özü kimi. Mən heç, dünyaca məşhur olsalar da, insanları bədbəxt olduqlarına inandırmağa yönləndirən, həyatdan bezdirən əsərləri, müəllifləri sevmədim. Hər kəsin işığı olmalıdır, onu paylaşmalıdır. Əgər bu kəs həm də yazı adamıdırsa, bu onun borcudur, həm də istedadıdır. Məsələn, Vüqtor Hüqo “Səfillər”ində səfilliyin, insan ağrılarının alt qatınacan gedib. Amma əsərdə həyata, yaşamağa necə bir sevgi var, inam var. Təkcə Javerin intihar etməsi ədalətin, mərhəmətin, ləyaqətin-insanlığın ucalığıdır. Əsərin əvvəlində yepiskop Mirielin Jan Valjana dediyi ”siz artıq xeyirin ixtiyarındasınız” sözləri əsərin bütün bədxahlarının məğlubiyyətidir.
Həyat-yaşam asan deyil, problemlər, çətinliklər, ağrı-acılar olur. Yazıçının ustalığı işığı tapmağa kömək etməkdir. O işığı göstərə bilməkdir. Zemfira Məhərrəmli məhz belədir: özü də, sözü də işıqpaylayandır. Sevimlidir, seviləndir, sevgi doludur. Öz yeri var yaradıcı aləmdə. Bu yeri zəhməti, istedadı, yaratdıqları ilə tutub.
Zemfira xanım addım-addım gəzib bütün yaradıcılıq yollarını, bütün mərhələrindən keçib. Yəni pillə-pillə yüksəlib. Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib əmək fəaliyyətinə müxbir kimi başlayıb. İndi isə mən tələbə həyatından sonra müxbir kimi çalışmağa başlayan pedaqoq alim, yazıçı, publisist Zemfira xanımdan danışıram. Bu illərdə o, böyük bədii, elmi, publisist söz xəzinəsi yaradıb. Baxdığım son tamaşa Zemfira Məhərrəmlinin son əsərlərindən olan “Ümid işığı”dır. Tamaşaya baxanda mövzusundan çox əsərin verdiyi mesajı düşündüm. Adi baxışla mühakimə yürütsək, gənclərin dolaşıb qaldıqları məhəbbət mövzusudur. Amma diqqətli oxucu, tamaşaçı, valideyn, vətəndaş, insan kimi düşünsək bir pedaqoq yazıçının bizə demək istədiyi məsləhətdi: ailədə qarşılıqlı anlaşma mühümdür. Uşaqlara yalnız övlad kimi baxmayın-onların hər biri ayrı fərddir, şəxsiyyətdir. Onlarla dost olun. Sirdaş olun. Sizinlə bölüşsünlər. Kənarda özlərinə sirdaş axtarıb, daha böyük səhvlərə getməsinlər. Zemfira xanımın çox yazılarında bunu izləyirsən. Hadisələrə, həyata münasibəti yaradıcı olsa da, pedaqoq yazıçı olmaya da bilər.Amma bir söz adamının, yazıçının pedaqoq olması vacibdir. O öz yazılarında mütləq cəmiyyətə -insanlara doğruya üz tutmağı, problemlərə düzgün yanaşmağı, sevinməyi bacarmağı və s. kimi mesajlar ötürməlidir. Məhz bunu bacarır Zemfira Məhərrəmli.
Onun dissertasiya mövzusu da diqqətimi çəkdi. Jurnalistika fakultəsinin məzununun “İbtidai məktəb və məktəbəqədər tərbiyə” jurnalında tərbiyə problemi” mövzusunda müdafiə etməsi də maraqlı oldu mənimçün. Bu elmi tədqiqat işinin pedaqogikaya və jurnalistikaya nəzəri yenilik gətirən bir əsər kimi qiymətləndirilməsi də təsadüfü deyil. Bu fərqlilik onun yazılarında hiss olunur. Onun publisitikasında, hekayələrində, ümumilikdə yaradıcılığında bir öyrətmən duyumu, təhlili, yanaşması var. Məsələn, “12 yaşın sevinci” kiçik bir hekayədir. Bədbəxt bir ailənin kədərli həyat hekayəsidir. İçki aludəçisi ata, xəstə ana və bu ağır yükün altında böyüyən uşaq. Bu bədbəxtliyi necə çözür yazıçı? Qələbə ilə! Pula ən çox ehtiyacı olduğu vaxtda 12 yaşlı oğlan zorakılığa məruz qalmış gənc qızın bahalı telefonunu tapır. Telefonu sahibinə qaytarmaqla bir ailəyə sevinc yaşatması onun içində olan saf duyğuların, dürüstlüyün, doğrunun, sevginin qələbəsidir. Bu qələbə sevincini 12 yaşlı oğlan bir ailəyə yaşadır və özü də yaşayır. Qızın anası çoxlu hədiyyələrlə məhz oğlanın doğum günündə onlara gəlir, onun alicənablığından, gözəl tərbiyə görməsindən söz edir. Və bu zaman hekayənin əsas mahiyyəti aydın olur: Oğlu haqqında xoş sözlər eşidən sərxoş ata ayılır, xəstə ana yataqdan qalxır... Nağıllardakı kimi xeyir qalib gəlir!
Zemfira xanımın ən çox sevdiyim cəhəti onun yazılarında işığın olmasıdır. Onun qəhrəmanlarının oxucuya da yansıyan Ümid işığı var. İnsanın özünü görməsi var. Zemfira xanım deyir ki, hər insan səhv edə bilər, yanlış seçə bilər yolunu. Amma hər insan da öz səhvini görə bilər, öz yanlış yolundan dönə bilər. “Özünüzə baxmağı, özünüzü görməyi bacararsınız” deyir oxucusuna.
Onun yaradıcılığında müxtəlif mövzular, eləcə də Vətənpərvərlik, Qarabağ mövzusu özünəməxsusluğu ilə seçilir. Qələbədən əvvəl də, sonra da bu onun mövzusudur: “Döyüşə qızlar gedir”, “Qarabağda savaş var”, “Ötür durna qatarı”, “40 qız dastanı” və b. nəsr nümunələri bunun göstəricisidir. Zemfira xanım özü təkcə bu mövzuda yazmayıb, həm də bu mövzuda yazan müəlliflərin yaradıcılığına nəzər salıb, təhlil edib və oxuculara təqdim edib. Dəyərli prof. Vaqif Yusiflinin qeyd etdiyi kimi “Z. Məhərrəmli müasir nəsrimizdə, publisistikamızda da Qarabağ həqiqətlərini əks etdirən əsərlər haqqında yazıları ilə mətbuatda çıxış edib və o yazılar heç də faktların sıralanması deyil, Qarabağ ruhunun - Azərbaycançılıq ideyasının nəsrimizdə və publisistikamızda ədəbi hadisəyə çevrilə biləcək nümunələridir”. Bu fikir Vaqif Yusiflinin “Bədii düşüncədə Qarabağ” kitabı haqqında yazısındandır.
Onun yaradıcılığının mənəvi yükü çoxdur. Klassik səslənsə də, tərbiyəvi əhəmiyyəti çoxdur. Bütün gözəl duyğuları qoruyan, yaşadan sevgi öndədir. Həyata sevgi ilə dopdoludur özü də, yaratdıqları da. Zemfira xanım ruhən, içdən duyduqlarını yazır. Onun dilinin belə rahat anlaşılması, aydın olması bunun nəticəsidir. Şair, yazıçı, hətta təxəyyülünün məhsulu olsa belə, yazdığını ruhən duymursa, onun dili, demək istədiyi anlaşılmayacaq ki, son illərdə şeiri, hekayəsi, romanı anlaşılmayan, qarmaqarıq fikirlər toplusu təsiri bağışlayan imzalar az deyil.
Zemfira xanımın özünün dediyi kimi: Deyirlər, hər bir qələm sahibinin həyatı onun sənət, yaradıcılıq taleyinə güzgü tutur, işıq salır”. Zemfira xanımın bu işığı var: sevgili, qadın, ana, nənə, yazar kimi. Yaradıcılığı da belə işıqlıdır. Həyatı yaradıcılığına, yaradıcılığı həyatına işıq salır. Bu işığın oxuculara ötürə bilməsi Zemfira xanımın istedadıdır.
Bu işıq həmişə qaranlığa qənim olacaq.
Kamalə Abiyeva,
şair, publisist.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

SON XƏBƏRLƏR

08.08.2026 / 21:20
İsrail İrana hücum etməyə hazırlaşır…

08.08.2026 / 20:53
Xocavənddə buldozer minaya düşdü - YENİLƏNDİ

08.08.2026 / 20:37
Prezident İlham Əliyev Donald Trampa məktub ünvanlayıb

08.08.2026 / 19:57
İrandan PUA ilə Füzuliyə keçirilən narkotiki satmaq üçün Bakıya gətirənlər Sabunçuda yaxalandı - VİDEO

08.08.2026 / 19:42
“Birgə Bəyannamə Cənubi Qafqazda onilliklərdir davam edən münaqişəyə son qoydu və TRIPP layihəsinə start verdi” - ABŞ dövlət katibi

08.08.2026 / 19:35
Prezident sülh gündəliyinə töhfələrinə görə Trampa minnətdarlığını bildirdi

08.08.2026 / 19:28
Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirdi

08.08.2026 / 19:20
Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub

08.08.2026 / 18:57
"Tramp Azərbaycan və Ermənistan arasında sülhü təmin edib" - Rubio

08.08.2026 / 18:23
"Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır" - Stiv Uitkoffdan 8 avqust paylaşımı...

08.08.2026 / 17:22
Hörmüzdə BƏƏ tankeri vuruldu - Əbu-Dabi İranı günahlandırdı…

08.08.2026 / 16:55
“Ermənistan "Rusiyaya qarşı qoç" kimi əhəmiyyətini itirən kimi Qərb onlara arxa çevirəcək” - Medvedev

08.08.2026 / 16:25
Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla...

08.08.2026 / 16:08
Ukrayna dronları Rusiyada daha iki neft emalı zavoduna hücum etdi…

08.08.2026 / 15:41
Ukrayna ABŞ-a söz verdi - Qara dənizdə Qazaxıstan tankerlərinə hücum edilməyəcək…

08.08.2026 / 15:23
Rusiya sahillərində Türkiyə gəmisi vuruldu…

08.08.2026 / 15:05
Hikmət Hacıyev: "İlham Əliyev müharibəni də, sülhü də qazandı" - VİDEO

08.08.2026 / 14:03
Britaniya səfirliyi Vaşinqton sammitinin ildönümü ilə bağlı bəyanat yaydı

08.08.2026 / 13:45
ABŞ Azərbaycanın regional liderliyini dəstəkləyir

08.08.2026 / 13:43
Bakının yeraltı mineral suları: Hidrogeoloji xüsusiyyətləri, şəhərsalma tarixi və istifadə perspektivləri

08.08.2026 / 13:12
ABŞ-ın müvəqqəti işlər vəkili: "TRIPP marşrutu Azərbaycanın Naxçıvana maneəsiz çıxışını təmin edəcək" - VİDEO

08.08.2026 / 12:35
Paşinyan Prezident İlham Əliyevə zəng etdi

08.08.2026 / 12:20
Vaşinqton görüşü Cənubi Qafqazın logistika xəritəsində yeni bir səhifə açdı

08.08.2026 / 11:20
8 avqust Vaşinqton görüşü Cənubi Qafqazın müasir siyasi tarixində mühüm dönüş nöqtəsinə çevrildi

08.08.2026 / 11:08
Rusiya Azərbaycan vasitəsilə Ermənistana buğda və daş kömür göndərdi

08.08.2026 / 10:16
"Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb" - Paşinyan

08.08.2026 / 09:32
Azərbaycan XİN Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə dəstəyini təsdiqləyib

08.08.2026 / 09:15
Vaşinqton sammitindən bir il ötür - Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən zirvə...

08.08.2026 / 07:18
Tramp indi də Dövlət Departamentinin əmlakına “göz qoydu” - rəsm, ya çilçıraq…

07.08.2026 / 22:37
Rusiya vətəndaşlarını uzunmüddətli müharibəyə hazır olmağa çağırdı - Avropa sülhə imkan vermir…

07.08.2026 / 22:14
Yeni tədris modelli orta məktəblər repetitorluğun alternativi ola bilməz(ər) - mübahisə və şübhələr var...

07.08.2026 / 21:57
Rusiya Cənubi Koreyadan 30 min ton neft məhsulları aldı…

07.08.2026 / 21:45
Zelenskidən ABŞ-a ittihamçı eyham - raketlərin tükənməsi Ukraynanı kapitulyasiyaya məcbur etmək taktikasıdır...

07.08.2026 / 21:21
Əliyev-Tramp-Paşinyan sənədinin imzalanmasından 1 il ötdü... TƏHLİL...

07.08.2026 / 21:06
Azərbaycandan Ukraynaya qaz ixracı yenidən gündəmdə...

07.08.2026 / 20:48
Dünyanı Bakıya tökdülər, separatçı ermənilər barədə hökmü zərrə qədər dəyişə bilmədilər...

07.08.2026 / 20:34
Ukraynada Rusiyaya qarşı 72 ölkədən 16 min əcnəbi döyüşür…

07.08.2026 / 20:21
Qarşıdakı 4 ildə Bakıda 9 yeni metro stansiyası?...

07.08.2026 / 20:03
Elmi müdafiələrdə “ədəbiyyat tarixi mütəxəssisi opponent ola bilməz (?!)...Niyə?

07.08.2026 / 19:47
Rusiya Ermənistana göndərilən 220 min dolları müsadirə etdi...

07.08.2026 / 19:40
17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu

07.08.2026 / 19:37
Bankomatlardan 7 təqaüdçünün pulunu talayan şəxs qandallandı

07.08.2026 / 19:23
Yaxın Şərqdə tarazlığı dəyişəcək yeni hərbi ittifaq... Türkiyə, Səudiyyə və Pakistan müdafiə paktı imzaladı - “İslam NATO-su”na doğru ilk addım atıldı...

07.08.2026 / 19:13
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (qədim dövr)” kitabı nəşr olunub

07.08.2026 / 19:10
Ermənistan hakimiyyəti müxalifətin bütün biznesini ələ keçirir...

07.08.2026 / 18:54
2 mindən çox sayta müdaxilə edib ələ keçirdilər... kiberpolisdən əməliyyat - 2 haker yaxalandı - VİDEO

07.08.2026 / 18:48
Ukraynanın “Patriot” dalanı: Rusiya Qərbin də səbrini sınayır

07.08.2026 / 18:32
8 avqustdan sonra ilk 1 il, Əliyevlə Trampın doldurduğu boşluq, Putin 9 noyabr sənədini niyə yeniləmədi? - Aydın QULİYEV yazır...

07.08.2026 / 18:17
ATƏT bu dəfə Xəzər regionunda faydalı qurum olduğunu sübut etmək istəyir

07.08.2026 / 17:54
Yanmış, güllələnmiş və yaralanmış Rusiya əsgərləri cəbhə xəttinə geri göndərilir...(?)

07.08.2026 / 17:39
Azərbaycanın Ukrayna və Rusiya ilə münasibətləri Ermənistan üçün böyük dərd olub

07.08.2026 / 17:04
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər məhkəmə qarşısına çıxarılır...

07.08.2026 / 16:49
ABŞ-la Azərbaycanın ən məzmunlu sənədləri Trampla Əliyevin arasında inzalanıb...

07.08.2026 / 16:25
Tramp hələ prezident seçilməzdən öncə İlham Əliyevlə əlaqələrin möhkəm əsasları yaradılmışdı...

07.08.2026 / 16:10
Trampın naziri ilə müavini bir-birini qırdı - "raketlər tükənib" qalmaqalı böyüyür...

07.08.2026 / 15:45
Azərbaycanın Ukrayna ilə "strateji tərəfdaşlığı" Kremli qıcıqlandırdı - Bakıya "dəyişiklik eyhamı"...

07.08.2026 / 15:21
Qafanda Rusiya konsulluğunun açılması gündəmə qaytarıldı - hədəf "dəhlizdir"...

07.08.2026 / 15:05
10 ölkə NATO-nun alternativini yarada bilər - Kiyevdən "NATO köhnəlib" ideyası...

07.08.2026 / 14:47
ABŞ kəşfiyyatından dünyanı silkələyən İDDİA - Rusiya NATO-ya hücum edəcək...

07.08.2026 / 14:21
Doğumla ABŞ-da vətəndaşlıq almaq istəyənlərə pis xəbər – Tramp "doğum turizmi"ni ləğv etdi...

07.08.2026 / 14:06
Husilərdən Səudiyyəyə ağır zərbə - 58 nəfər öldürüldü, onlarla insan yaralandı...

07.08.2026 / 13:50
XƏBƏRDARLIQ - sabah temperatur 39 dərəcəyədək yüksələcək...

07.08.2026 / 13:24
Xəzər Fərhadov Azərbaycan Malayziyadakı səfiri təyin edildi

07.08.2026 / 13:22
Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradıldı

07.08.2026 / 13:17
İrfan Davudov Azərbaycanın Pakistandakı səfiri təyin edildi

07.08.2026 / 13:15
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi

07.08.2026 / 13:10
Azərbaycan və Tacikistan arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında saziş təsdiqləndi

07.08.2026 / 12:58
Media və Yayım Şurasının strukturu təsdiqləndi

07.08.2026 / 12:42
Neft Fondu Perunun ən böyük enerji şirkətinə investisiya yatırdı

07.08.2026 / 12:34
Türkiyənin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilən unikal tarixi abidəsi - Kadıkalesi

07.08.2026 / 12:20
"TRIPP vasitəsilə Azərbaycan və Ermənistanla münasibətlərimizi yenidən başlatdıq" - ABŞ rəsmisi

07.08.2026 / 12:12
Bakının mərkəzində obyekt yanır - insanlar təxliyə edildi

07.08.2026 / 11:56
Zərdabda qəsdən yanğın törədən şəxs saxlandı

07.08.2026 / 11:31
Tərtərdə ər-arvadı evdə yandırıb pullarını oğurladı, ancaq çox uzağa gedə bilmədi...

07.08.2026 / 11:27
Paşinyan Aİİ-nin büdcəsinə 319 milyon köçürdüklərini xatırlatdı və baryerlərin qaldırılmasını istədi

07.08.2026 / 11:10
Yetmiş min manatlıq elektrik naqilləri oğurlayan şəxs yaxalandı

07.08.2026 / 10:48
"Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir" - Ali Məhkəmə

07.08.2026 / 10:09
Moskva İrəvana sərt xəbərdarlıq etdi - Ermənistana rus turistlərin axını dayandırıla bilər...

07.08.2026 / 09:52
Rusiya Azərbaycan üzərindən Ermənistana buğda və daş kömür göndərəcək

07.08.2026 / 09:25
Paşinyanın milyardlarla dollar tələbi Moskvanı qəzəbləndirdi – bizi şantaj etməyə çalışırlar...

07.08.2026 / 07:56
Mossad iki yüksək rütbəli məmurunu işdən çıxardı - İranda uğursuz çevriliş planı üzündən…

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ