Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin "Critical Infrastructure Defence Challenge" ("CIDC 2025") kibertəhlükəsizlik festivalının iştirakçılarına ünvanlandığı müraciətində mühüm mələyə toxunulub. DTX rəisi öz müraciətində qeyd edib ki, süni intellektin inkişafı ilə yanaşı, onun cinayət məqsədləri üçün istifadəsinə dair maraqlar artır. Onun sözlərinə görə, son zamanlar süni intellekt həllərinin tətbiqinə dair artmaqda olan maraqlar bütün sahələrdə müşahidə edilir: "DTX süni intellektdən istifadə edilməklə həyata keçirilən cinayət əməllərinə, xüsusilə təxribat hallarına qarşı mübarizə istiqamətində hüquqi, həmçinin texniki-texnoloji tədbirlər keçirir".
Mətləb Salahov