Bazar ertəsi günü, 20 aprel 2026
     

Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

Image


Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb. Müraciəti Dövlət Komissiyasının sədri Əli Nağıyev səsləndirib. Müraciətdə deyilir: "Hörmətli konfrans iştirakçıları! Sizi itkin düşmüş şəxslər mövzusuna həsr olunmuş beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram. İtkin düşmüş şəxslər məsələsi dünyanı narahat edən mühüm bəşəri problemlərdən biridir. İllər keçdikcə bu problem aktuallığını itirməmiş, əksinə, daha kəskin xarakter almışdır. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə son iyirmi il ərzində itkin düşənlərin sayında 2024-cü ildə ən yüksək artım qeydə alınmış, həmin il münaqişə bölgələrində 57 minə yaxın insan itkin düşmüşdür. Bu, silahlı münaqişələr dövründə beynəlxalq hüquq normalarına məhəl qoyulmamasının acı nəticəsidir. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə başlamış və 30 ildən artıq davam etmiş müharibənin doğurduğu humanitar faciələrdən biri də içərisində uşaqlar, qadınlar və ahılların olduğu 4000-dək azərbaycanlının itkin düşməsidir. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə 29 kütləvi məzarlıq aşkar edilib. Məzarlıqlardan tapılmış meyitlərin qalıqlarının ekspertizası qətlə yetirilmiş azərbaycanlıların dəhşətli işgəncələrə məruz qoyulduqlarını sübut edir. Bu, çox ağır mənzərədir. İnsanların kütləvi şəkildə, işgəncə ilə öldürülməsi, qeyri-insani qaydada basdırılması və cinayətin izlərinin itirilməsi beynəlxalq hüquq normalarının ciddi pozuntusudur. Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi daim qarşımızda duran önəmli vəzifələrdən olmuşdur. 1993-cü ildən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir. Bu günə qədər müharibə dövründə itkin düşmüş 187 nəfərin şəxsiyyəti eyniləşdirilmiş və onlar dəfn ediliblər. 2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatları Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanması və sülh sazişinin paraflanması böyük tarixi hadisə olmaqla, Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin edilməsi üçün yeni imkanlar yaradır. Sülh sazişinə münaqişə dövründə itkin düşmüş şəxslərlə bağlı xüsusi bir maddənin salınması məsələyə verdiyimiz önəmin təzahürüdür və sazişdə də təsbit olunduğu kimi bu şəxslərin taleyinə aydınlıq gətirilməsi tərəflər arasında barışıq və etimad mühitinin yaradılmasında əhəmiyyətli vasitədir. Bu baxımdan, Ermənistan tərəfi azərbaycanlıların qətlə yetirilərək basdırıldığı digər kütləvi məzarlıqların yeri barədə Azərbaycan tərəfinə məlumat verməlidir. Azərbaycan dövləti itkin düşmüş şəxslər probleminə beynəlxalq birliyin diqqətinin artırılması üçün böyük səy göstərir. Artıq üçüncü dəfədir ki, ölkəmiz itkin düşmüş şəxslər mövzusuna həsr olunmuş beynəlxalq tədbirə ev sahibliyi edir. Azərbaycan itkin düşmüş şəxslərlə bağlı BMT Baş Assambleyasında qətnamələrin qəbul edilməsi üzrə 2002-ci ildən təşəbbüslərlə çıxış etməklə, dövlətləri və beynəlxalq təşkilatları bu istiqamətdə lazımi tədbirlər görməyə təşviq edir. Zənnimcə, BMT bu sahədə səylərini daha da artırmalıdır. Əminəm ki, bu konfrans çərçivəsində keçiriləcək müzakirələr itkin düşmüş şəxslər probleminin həlli istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcək. Bir daha sizi salamlayır və konfransın işinə uğurlar arzulayıram".

Mətləb



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Rusiyanın vurduğu AZAL təyyarəsinin bütün mübhəmləri açıldımı?

Avropa Birliyi Ermənistana 2-ci “xüsusi missiya” göndərdi...

Türkiyədə “terror olmayan” məktəb qətliamları-ailənin, təhsilin,ya cəmiyyətin problemi...

SON XƏBƏRLƏR

20.04.2026 / 19:20
Tramp İranla bu gün razılaşma imzalanacağını deyir, ancaq İran İslamabada getmir…

20.04.2026 / 18:41
Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini qınadı

20.04.2026 / 18:10
“Mənəvi-əxlaqi dəyərlərdən uzaq olan ünsürlərin qarayaxmaları onların daxili xislətini ortaya qoyur” - Vüqar Rəhimzadə

20.04.2026 / 17:59
Türkiyənin Mədəniyyət Marşrutu Festivalları 26 şəhərlə yeni mərhələyə qədəm qoyur

20.04.2026 / 17:40
Vaşinqtonda gizli görüş – dollar çatışmazlığı ilə üzləşən BƏƏ Trampı Çinlə təhdid etdi…

20.04.2026 / 17:35
Əli Əsədov İqtisadi Şuranın iclasını keçirdi - FOTO

20.04.2026 / 17:26
Bəzi qeyri-filiz faydalı qazıntı yataqları "AzerGold"a verildi

20.04.2026 / 17:23
Gömrük Komitəsinə yeni səlahiyyət verildi - FƏRMAN

20.04.2026 / 17:06
Bakıda 100 min bina sökülək? - RƏSMİ AÇIQLAMA...

20.04.2026 / 16:54
Belçika və Niderland parlamentlərində Azərbaycana qarşı təxribat - səfirlər XİN-ə çağırıldı...

20.04.2026 / 16:41
Türkiyədə məhkəmə Özgür Özəlin sədrliyini ləğv edərək Kılıcdaroğlunu yenidən CHP-nin başına gətirəcək...(?)

20.04.2026 / 16:22
Roma papası Trampı lağa qoydu -“get İstanbulu da tut”...

20.04.2026 / 16:10
İran razı olmasa, "Hizbullah" tərksilah edilə bilməz...

20.04.2026 / 16:07
İrandan ABŞ-a mesaj – Hörmüzdə yeni tranzit sistemini qəbul edin…

20.04.2026 / 15:48
İran müharibəsi Şimal-Cənub marşrutunun gücünü təsdiqlədi...

20.04.2026 / 15:47
"İrandan sonra İsrailin hədəfi Türkiyə olacaq?" - NATO sualı rəsmən cavabsız buraxdı...

20.04.2026 / 15:23
Pakistanlı general Trampdan Hörmüzdə blokadanı qaldırmasını istədi…

20.04.2026 / 15:15
Paşinyan Qarabağı könüllü tərk etmiş ermənilərin qayıdışı məsələsini bağlamağa çağırdı...

20.04.2026 / 15:08
NATO İstanbul zirvəsi Türkiyənin Rusiya ilə dostluğuna qiymət verəcək...

20.04.2026 / 14:48
Rusiya Azərbaycanı beynəlxalq rus dili təşkilatına dəvət etdi.

20.04.2026 / 14:35
Hərbi vəzifəlilərin təlim toplanışı başladı

20.04.2026 / 14:23
Bakıda avtoyuma məntəqəsindən “Range Rover” qaçırıldı

20.04.2026 / 14:10
Bakıda məktəbdə şagird sinif yoldaşını yandırdı...

20.04.2026 / 13:53
Pyatiqorskda əcnəbi qadın əldəqayırma bomba ilə saxlandı

20.04.2026 / 13:38
Azərbaycan növbəti bir il ərzində UNESCAP-a sədrlik edəcək

20.04.2026 / 13:24
AzTV-də dəyişikliklər - bəzi şöbələr birləşdirilir, islahatlar başlayır....

20.04.2026 / 13:14
Tramp Putinin Ukrayna müharibəsinə 9 milyard dollar kömək etdi...

20.04.2026 / 12:19
İranın ucuz dronları Avropada müdafiə şirkətlərini çökdürür...

20.04.2026 / 12:17
İran İslamabadda ABŞ-la danışıqlardan rəsmən imtina etdi…

20.04.2026 / 11:54
Türkiyə-Ermənistan sərhədi açılır, Orta Dəhlizlə bağlı maraqlı proseslər başlanır

20.04.2026 / 11:41
"AtaSığorta"nın lisenziyası ləğv edildi

20.04.2026 / 11:35
İrəvan Bakının geosiyasi uğurlarına qibtə edir, Azərbaycan Ermənistana nümunə göstərilir...

20.04.2026 / 11:28
Dünya tarixin ən böyük enerji böhranına daxil olur…

20.04.2026 / 11:21
Ermənistanda yeni "1 Mart" qırğını olacaq - Rusiyadan təxribatçı qruplar gəlir...

20.04.2026 / 11:10
Leyla Əliyevanın təşəbbüsü ilə sosial xidmət müəssisələrinin uşaqları üçün sosial-emosional öyrənmə proqramı həyata keçirilir - FOTO

20.04.2026 / 11:02
ABŞ və İran yenidən savaş ritorikasına qayıtdılar, yeni müharibə an məsələsidir...

20.04.2026 / 10:49
Artan enerji böhranı yanacaq qiymətlərini kəskin şəkildə artırdı - Avropadan ilginc təklif gəldi…

20.04.2026 / 10:30
"Azərpoçt"a yeni rəhbər təyin olundu

20.04.2026 / 10:10
İran ABŞ hərbi gəmilərini vurdu - hücumlarımız davam edəcək...

20.04.2026 / 09:43
Türkiyə məktəblərində törədilən qətliamlara elmi-lədun baxış

20.04.2026 / 09:20
Prezident İlham Əliyev: "Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir"

20.04.2026 / 09:07
"Yüksələn geosiyasi gərginlik onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır" - Prezident

20.04.2026 / 08:53
Prezident BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət ünvanladı

20.04.2026 / 08:00
İran uğursuzluğu Pentaqonda panika yaratdı - Tramp özündən çıxdı

20.04.2026 / 07:36
ABŞ blokadanı yarmağa çalışan İran gəmisini vurdu

19.04.2026 / 23:42
Hörmüz boğazında gərgin anlar - ABŞ İran gəmisini vurdu…

19.04.2026 / 23:18
İtaliya Avropa Birliyini Rusiyadan neft-qaz alışını bərpa etməyə çağırdı…

19.04.2026 / 22:52
İran ABŞ-a meydan oxudu… Trampın təhdidlərinə sərt cavab – “O kimdir ki…”

19.04.2026 / 22:15
İran ABŞ-la danışıqların ikinci mərhələsini rədd etdi - blokadanı qaldırın sonra…

19.04.2026 / 21:58
Avropada enerji böhranı gərgin həddə çatdı - 20 günlük yanacaq qaldı, uçuşlar ləğv edilir…

19.04.2026 / 21:22
Husilərdən Trampa Bab əl-Məndəb təhdidi - “… bağlaya bilərik”

19.04.2026 / 18:20
Avropada İsrailə qarşı sanksiya hazırlığı – 5 ölkə hərəkətə keçdi…

19.04.2026 / 17:34
"Türkiyə, Azərbaycan və Pakistan liderləri bir-biri üçün qardaşdan da yaxındırlar" - Hakan Fidan

19.04.2026 / 17:12
İran aprelin 30-da ABŞ və İsraili vura bilər - ABŞ-dan gizli əməliyyat… Milyardlarla dollarlıq sistemlər İordaniyaya daşınır…

19.04.2026 / 16:55
İranda ABŞ-İsrail hücumlarında ölənlərin sayı 3468-ə çatdı…

19.04.2026 / 16:29
Latviya və Litva Moskvaya gedən Fitsonun təyyarəsinə hava məkanını bağladı…

19.04.2026 / 16:14
Vuçiç Prezident İlham Əliyevə zəng etdi

19.04.2026 / 16:10
Lukaşenkodan Trampa xəbərdarlıq – yanılırsız, xidmətçi-imperator görüşü heç vaxt olmayacaq…

19.04.2026 / 14:48
Ukrayna “Neptun” raketi ilə Taqanroqda Rusiyanın hərbi zavodunu vurdu

19.04.2026 / 14:22
Tramp ailəsi Tiflisdə 70 mərtəbəli lüks göydələn tikəcək…

19.04.2026 / 13:26
Türkiyədəki ildırım hadisəsi ilə Azərbaycanda baş verən analoji hadisələr arasında riyazi bağlılıq var...

19.04.2026 / 13:23
Antalya Forumunda ən önəmli nüans - Əliyevin ikitərəfli görüş mesajları, "nala-mıxa döyənlərin" düzəni... Aydın Quliyev yazır...

19.04.2026 / 11:19
İran spikerindən ABŞ-a açıq Hörmüz mesaj - İran gəmiləri keçə bilmirsə, digərləri də keçə bilməz…

19.04.2026 / 10:35
Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb

19.04.2026 / 09:42
Ceyhun Bayramov Tailanda getdi

18.04.2026 / 23:10
“1920-ci ilin aprelində rus ordusu Azərbaycanı işğal etdi” fikrinə Rusiya mətbuatının riyakar münasibəti

18.04.2026 / 21:49
Kiyevdə naməlum şəxs mağazada insanları girov götürdü - ölən və yaralanan var…

18.04.2026 / 21:30
Azərbaycan və Aİ Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər

18.04.2026 / 20:46
ABŞ Pakistan vasitəsilə İrana yeni təkliflər göndərdi…

18.04.2026 / 20:34
ABŞ-da sirli olay - gizli layihələr üzərində çalışan alimlər müəmmalı şəkildə yoxa çıxır…

18.04.2026 / 19:45
İrandan gətirilən narkotiki Bakıya aparanlar Beyləqanda yaxalandı

18.04.2026 / 19:20
Ukraynadan Rusiyaya ağır zərbə - Qara dənizdə üç hərbi gəmi vuruldu…

18.04.2026 / 18:56
Trampdan Hörmüzün yenidən bağlanmasına ilk reaksiya - Bizi şantaj edə bilməzlər…

18.04.2026 / 18:23
Livanla İsrail arasında atəşkəs pozuldu – fransız sülhməramlılar bombalandı…

18.04.2026 / 18:07
Zelenski Lukaşenkonu ABŞ-ın Maduronu oğurladığı kimi oğurlamaqla hədələdi

18.04.2026 / 17:52
Gəncədə sexdən 2 min manatlıq oğurluq edən şəxs saxlandı

18.04.2026 / 17:17
Antalyada TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub

18.04.2026 / 16:32
Hörmüzdə gərginlik yenidən artdı – İran boğazdan keçməyə çalışan gəmiləri vurdu...

18.04.2026 / 16:17
İrandan ABŞ-a Hörmüz cavabı - "Tramp bir saata 7 yalan sığdırdı"...

18.04.2026 / 16:04
Mehdiabadda ağır qəza: avtomobildə sıxışıb qalan sürücü belə xilas edildi - VİDEO

18.04.2026 / 15:55
Mehriban Əliyeva Antalyada “Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması” adlı paneldə iştirak edib - FOTO

İctimai maraqlar beynəlxalq münasibətlərdə...

XƏBƏR ARXİVİ