çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Yaxın Şərqdə gərginlik zirvədə: İsrail-İran Toqquşması

Image


İyunun 13-nə keçən gecə Yaxın Şərqdə geopolitik səhnə yeni bir mərhələyə qədəm qoydu. İsrail Hərbi Hava Qüvvələrinin İranın nüvə infrastrukturu və bir sıra hərbi obyektlərinə endirdiyi zərbələr dünya gündəminin bir nömrəli mövzusuna çevrildi. İsrailin baş naziri Benyamin Netanyahu İrana qarşı hücuma keçdiklərini və hücumların "təhlükə aradan qaldırılana qədər" davam edəcəyini bildirib. Netanyahu, İranın İsrailə qarşı soyqırım ritorikası inkişaf etdirdiyini və bunu nüvə proqramı ilə dəstəklədiyini iddia edib. Eyni vaxtda, İsraildə fövqəladə vəziyyət rejimi elan olunub və İranın mümkün cavab zərbələrinə hazırlıqlar intensivləşdirilib. Məsələ sadəcə iki dövlət arasındakı hərbi qarşıdurma ilə məhdudlaşmır. Bu müharibənin regional və qlobal miqyasda nəticələri qaçılmaz görünür.

Bölgədə yeni müharibə ocağımı alovlanır? İsrailin endirdiyi zərbələrin əsas hədəfi İranın atom proqramını və strateji silah istehsalı imkanlarını zəiflətməkdir. Bu isə Tehran tərəfindən "milli təhlükəsizliyə açıq hücum" kimi qəbul edilir. İranın cavab reaksiyası artıq proqnozlaşdırılsa da, onun nə dərəcədə kəskin və hansı formatda olacağı hələ də qeyri-müəyyənliyini saxlayır. İranın regionda malik olduğu proksi güclər, Livandakı Hizbullah, Yəməndəki Husi qrupları, İraqdakı Haşdi Şaabi və Suriyadakı şəbəkələri vasitəsilə İsrail və onun tərəfdaşlarına qarşı cavab hücumları həyata keçirmək ehtimalı yüksəkdir. Bu isə müharibənin Yaxın Şərqin müxtəlif bölgələrinə yayılması və yüzminlərlə insanın həyatına birbaşa təsir göstərməsi deməkdir.
Azərbaycan bu vəziyyətdə nə edəcək? Mümkün ssenarilər bölgədə hərbi-siyasi gərginliyin artması Azərbaycanın regional siyasətinə və milli təhlükəsizliyinə də dolayısı ilə təsirsiz ötüşməyəcəyi aydın məsələdir. Azərbaycanın həm İsraillə, həm də İranla münasibətləri spesifik xarakter daşıyır. Bu balanslı siyasət indiki situasiyada daha da mühüm və zəruri görünür.
Enerji Təhlükəsizliyi və Tranzit Riskləri Azərbaycanın enerji marşrutları, xüsusilə Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənub Qaz Dəhlizi Avropaya enerji təchizatında həyati rol oynayır. Əgər Yaxın Şərqdəki müharibə neft və qaz bazarlarında panikaya səbəb olsa, Azərbaycanın enerji ixracına maraq arta bilər. Amma bu eyni zamanda tranzit yollarında sabitliyə risklər də yarada bilər. Xəzər bölgəsindən Aralıq dənizinə çıxış təhlükə altına düşərsə, Azərbaycanın nəqliyyat və logistika siyasəti yenidən nəzərdən keçirilə bilər.
İran-Azərbaycan arasında diplomatik münasibətlərin zəngin tarixi keçmişi olsa da, bu münasibətlər son illərdə gərgin fon üzərində formalaşıb. Tehranın Azərbaycana qarşı zaman-zaman ittihamları, sərhəd boyunca hərbi təlimlər və daxili işlərə müdaxilə iddiaları fonunda Bakı hər zaman diplomatik səbr nümayiş etdirib. Bu müharibə fonunda İran, Azərbaycana İsraillə strateji əməkdaşlığa görə təzyiqləri artırmağa cəhd edə bilər. Azərbaycanın dövlət maraqları baxımından neytral mövqe tutması, regional eskalasiyadan kənar qalması mühümdür.
Diaspora və Mədəni Siyasət İran əhalisinin 35-40%-ə qədərini təşkil edən azərbaycanlılar bu müharibə kontekstində mühüm sosial-siyasi faktor ola bilərlər. İran daxilində etnik, dini və siyasi parçalanmalar dərinləşərsə, bu, regiondakı bütün türk dövlətlərini, o cümlədən Azərbaycanı narahat edə bilər. Ona görə də rəsmi Bakının bu məsələdə olduqca diqqətli olacağı, daxili proseslərə qarışmadan, ümumi regional sabitliyə töhfə verəcəyi hər kəsə məlumdur.
Diplomatik Aktivlik və Beynəlxalq Platformalar Azərbaycanın Qoşulmama Hərəkatında və İslam Əməkdaşlıq Təşkilatında lider rol oynaması, ölkəyə regionda baş verən hərbi qarşıdurmalar zamanı vasitəçilik və çağırış hüququ verir. Azərbaycan dövləti bölgədə sabitlik, suverenlik və beynəlxalq hüququn qorunması mövqeyindən çıxış edərək həm İsrail, həm də İranla diplomatik əlaqələrini hər zaman qorumağa çalışmışdır.
Yaxın Şərqdə baş verənlər sadəcə iki dövlətin qarşıdurması deyil bu, regionun gələcək siyasi xəritəsinin, enerji marşrutlarının, dövlətlərarası münasibətlərin və qlobal təhlükəsizlik arxitekturasının yenidən formalaşmasına yol aça bilər.
Azərbaycan dövləti tarixən bölgədə sabitlik, suverenlik və beynəlxalq hüququn prinsiplərinin qorunması mövqeyindən çıxış edərək öz xarici siyasətini formalaşdırıb. Xüsusilə Yaxın Şərqdə gərginliklərin artdığı bir dövrdə Azərbaycan həm İsrail, həm də İran ilə diplomatik kanallarını açıq saxlayaraq balanslı siyasət yürütməkdə davam edir. Bu, bir tərəfdən regionda sülhə töhfə vermək məqsədi daşıyır, digər tərəfdən isə Azərbaycanın milli maraqlarının qorunması baxımından strateji əhəmiyyət kəsb edir. Azərbaycanın İsraillə əməkdaşlığı əsasən mülki texnologiyalar, enerji təhlükəsizliyi, kənd təsərrüfatı və müdafiə sənayesi sahələrində inkişaf etdirilsə də, bu əməkdaşlıq heç bir üçüncü dövlətə qarşı yönəlməyib. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisi heç bir ölkəyə qarşı düşmənçilik üçün platformaya çevrilə bilməz. Digər tərəfdən, İranla olan münasibətlər də strateji və tarixi bağlarla çərçivələnib. Azərbaycan bu qonşuluq münasibətlərini hər zaman qorumağa və münaqişə ritorikasından uzaq durmağa çalışıb. Hətta münasibətlərdəki gərginlik dövrlərində belə Azərbaycan tərəfi dialoqa açıq olmuş, hərbi ritorikadan uzaq dayanmışdır. Bu iki dövlət arasında baş verən hərbi qarşıdurmalar zamanı Azərbaycan neytrallıq və beynəlxalq hüquqa hörmət prinsipləri əsasında mövqe tutur. Azərbaycan dövləti öz ərazi bütövlüyü uğrunda 30 ilə yaxın mübarizə aparmış ölkə kimi beynəlxalq hüququn əhəmiyyətini dərindən anlayır və bu prinsiplərin bütün dövlətlərə şamil edilməli olduğunu hər zaman vurğulayır.

Lamiyə İsazadə,
"Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyinin sədri,
AYB-nin üzvü, Prezident Təqaüdçüsü.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ