Cümə günü, 09 oktyabr 2026
     

54 YAŞLI ƏZİZİMİZ, 30 YAŞLI ŞƏHİDİMİZ...

Image


"Balaca Rembo" adlandırılan, heç vaxt unudulmayacaq ÇÖVDƏT CAVAD OĞLU SƏMƏDOV barədə xatirələr 



O, hərbi sahədə ali təhsil ala bilməsə də, gənclərin böyük vətənpərvərlik müəllimi oldu


Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir,

Nə də ulduzlar kimi parlayıb sönməməkdir...

Sızlasa da könüllər ölənlərin yasından,

Addım-addım getməli onların arxasından.

Qəhrəmanlıq - içərək acı ölüm tasından,

İrəliyə atılmaq, bir daha dönməməkdir.

Hüseyn Nihal Atsız

Türk şairi


Onun adı yaxşılıq, gözəllik, yetkinlik, böyüklük, təzəlik, qüsursuzluq kimi mənalanır. Və həyatda, reallıqda cismən mövcudluğu zamanı da elə belə olub. Qismətindəki 24 illik ömür payında hər düşüncəsində, kəlməsində, addımında məhz bu cür tanındı – yaxşı, uca, kamil, cəfakeş, vətənpərvər... Əlbəttə, söhbət fiziki ölçülərdən yox, mənəvi məqamlardan gedir - cəldliyinə, qıvraqlığına, akrobatik hərəkətlərinə görə mülki və hərbçi dostları arasında "balaca Rembo" adlandırılan bu gənc ruhən cox-cox ucalarda, zirvələrdə qərar tutmuşdu. Yox, o, balaca Rembo deyildi, böyük Cövdət idi... Bəs niyə söhbətimiz keçmiş zamanda gedir, axı qəhrəman şəhidimiz yenə də bizimlə birlikdədir... Xüsusən həmişə ətrafıma baxanda onu görürəm, söhbətləşirəm, Cövdət daim yaddaşlardan, yuxulardan, xatirələrdən, dost-tanışın arasından boylanır... Biz ayrı-ayrı kəndlərdə doğulub böyüsək də, həmin yaşayış məntəqələrinin qonşuluğu, Faldarla Muğanlı sərhədindəki meşə, çöl, çay səbəbindən xüsusən yaz-yay aylarında tez-tez bir araya gələrdik – uşaqlığın suda üzüb gündə qaralmaq əyləncələri, idman yarışları, ot-ələf toplamaq, mal-davara baxmaqda valideynlərimizə köməkliyimiz səbəblərindən mütəmadi rastlaşardıq. Hətta "Qumçıxan kanalı" deyilən hövzənin sahilində ilk dəfə qarşılaşanda güləşib gücümüzü də sınamışdıq. Nəsil-şəcərə əlaqələrimiz də olub, vaxtilə Ayvazlarla Səmədlərin sonradan azalan, yoxa çıxan ünsiyyəti, get-gəlləri varmış... Sonradan mən Zaqatalanın "Qırmızı Bayraq" qəzetində müxbir, o isə məktəbdə müəllim işləyəndə vaxt darlığı maneçilik törətsə də, tədbirlərdə, mərasimlərdə yenə də görüşərdik. Cövdətin qəlbində, hərəkətlərində daim bir vulkan, enerji, qaynama duyulardı. Vətənə bağlılığı, ədalətsizliklərlə barışmazlığı, zəifə, imkansıza yardımçılığı onu bir dəqiqə rahat buraxmırdı. Xarakterinin belə müsbət cizgilər üzündən də əlinə silah alıb Vətənin müdafiəsinə tələsdi və bu müqəddəs yolda şəhidlik məqamına yüksəlişi ilə əbədi hüzur, aramlıq, xoşbəxtlik qazandı.             

Səmədov Cövdət Cavad oğlu 1970-ci il iyunun 12-də ziyalı ailədə dünyaya göz açmışdı. Qardaşı Cavidlə əkiz doğulmuşdu. 1985-ci ildə Faldar kəndində 8 illik, 1987-ci ildə qonşuluqdakı Qandax orta məktəbinin 10-cu sinifini bitirmişdi. 1988-1990-cı illərdə ovaxtkı Leninqrad 

(Sankt-Peterburq) şəhərində əsgərlik keçib. Uşaqlıqdan idmana həvəsinə görə elə bu sahə üzrə də təhsil almağı qərarlaşdırmışdı. Həqiqi hərbi xidmətdən sonra Bakı Bədən Tərbiyəsi Texnikumuna qəbul olunur. Texnikumu bitirdikdən sonra Faldar və Qandax kəndlərində bədən tərbiyəsi müəllimi kimi fəaliyyət göstərir. 1992-ci il dekabrın 22-də könüllü olaraq Qarabağa - cəbhəyə yollandı. Vətən uğrunda gedən döyüşlərdə fəal iştirak etdi, çoxsaylı qəhrəmanlıq nümunələri göstərdi. Ağdam, Tərtər, Füzuli döyüşlərindəki şücaətləri dillər əzbərinə çevrildi. 

Cövdətin arzularından biri də təhsilini davam etdirərək hərbi hazırlıq müəllimi olmaq idi. Müəllim həmkarları danışırlar ki, kollektiv arasında da böyük hörməti vardı, vətənpərvərlik ruhunda aşıb-daşırdı. Daim öz üzərində işləyər, biliklərini artırardı. Sonuncu məzuniyyəti zamanı məktəbə gedib, iş yoldaşları ilə görüşüb, halallaşıb, deyib, müharibədir də birdən qayıtmadım... Bacısı Amaliya xanımın söylədiyinə görə, uşaq vaxtı çox dəcəl imiş: "Xeyli cəld idi, tez-tez dalaşırdıq, həmişə əlində taxta avtomat olardı və biz dava-dava oynayardıq. Onun bütün fikri-zikri döyüşməkdə və hərb oyunlarındaydı, ümumiyyətlə hərb sənətini sevirdi. Çox yaxşı, qayğıkeş, ürəyiyanan qardaş idi (kövrəlir).  

Ümumiyyətlə, Səmədovlar şəcərəsinin kişi mənsublarının əksəriyyəti hərbi vətənpərvərlik ruhunda böyüyüblər. Atası rəhmətlik  Cavad müəllim və əmisi Gülməmməd Böyük Vətən müharibəsi iştirakçıları idilər. Bacısı Səlminaz xanımın oğlu Hüseyn Allahyarov Birinci Qarabağ müharibəsi şəhididir. Qardaşı nəvəsi İlkin Səmədov da Vətən müharibəsində döyüşüb. Digər bacısı oğlu Fərid Məmmədov Vətən müharibəsi qazisidir, Şuşanın alınmasında böyük xidmətləri var, orden-medallarla təltiflənib. Fəridin atası Fərhad hazırda Dövlət Sərhəd Xidmətində işləyir. Şəhid Cövdətin anası rəhmətlik Gülzar xanım qəhrəman ana olub, ailədə 11 övlad - 6 qardaş 5 bacı böyüyüb boya-başa çatıb. 

İxtiyar yaşlı jurnalist Zenfira Nəsibova cəbhə bölgəsində - Füzulidə ezamiyyətdə olarkən döyüşçülərlə görüşüb müsahibə almaq istəyib. Lakin aralarında Cövdət də olmaqla bir qrup gənc böyük hörmət və ehtiramla onunla vidalaşaraq qaçıb artıq ön xəttə köməyə tələsən yük maşına miniblər və gedə-gedə qışqırıblar ki, müəllimə, müsahibəmiz inşallah qələbə günü baş tutar... Və artıq həmin Zəfərdən 4 il keçir. Deməli, Cövdətin və cəbhə yoldaşlarının arzusu da çoxdan reallaşıb.

...İgid Vətən oğlunun son savaşı 1994-cü il yanvarın 26-da oldu. RPK (Kalaşnikov əl pulemyotu) ilə döyüşürmüş. Güllə, qumbara və digər sursatları qurtarana qədər döyüş meydanında qalıb, sona qədər vuruşublar. Geriyə çevrilib "güllə verin" deyəndə snayper atəşinə tuş gəlib. Saatlarla həmin mövqeyi keçə bilməyən şərəfsiz erməni dığaları atəş süsandan sonra bir az ürəkləniblər, üzərlərindən tankla keçərək mübarək cəsədlərini tapdalamaqla, torpağa basdırmaqla cılız qəzəblərini soyudublar. Sağ qalan dostları isə darmacalda şərfini yanına qoyublar ki, nəşini tanıya bilsinlər.

Cövdət Cavad oğlu Səmədov Füzulinin Şişqaya yüksəkliyi uğrunda qəhrəmancasına şəhidlik məqamına yüksəldi, Zaqatalanın Faldar kəndində torpağa tapşırıldı. Subay idi. Vaxtilə təhsil aldığı və müəllim kimi çalışdığı Faldar kənd tam orta məktəbi indi onun adını daşıyır. Doğrudur, hərbi hazırlıq üzrə ali təhsil alıb şagirdlərə hərbin sirlərini öyrədə bilmədi, amma gənclərin peşəkar hazırlıqlı vətənpərvərlik müəllimi oldu. Allah qəriqi-rəhmət eləsin.


Qurban CƏBRAYIL

"Mədəniyyət" jurnalının redaktoru




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ