Cümə günü, 09 oktyabr 2026
     

Ehtiyatda olan polkovnik-leytenant Qurbanəli İsmayılov sirrləri açdı

Image


Ötən yazılarımızda ehtiyatda olan polkovnik-leytenant Qurbanəli İsmayılovun Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini "Qurbanəli İsmayılov: "Heydər Əliyevlə bircə dəfə görüşmək kifayətdir ki, onun nə qədər müdrik və dahi şəxsiyyət olduğunu görəsən" başlıqlı məqalədə yazmışdıq.  Qurbanəli müəllim elə mətləblərdən danışır ki, onu qələmə almamaq olmur. Daha doğrusunu desəm, həyəcanlanmamaq mümkün deyil. Azərbaycanda Milli Ordunun formalaşmasından tutmuş, bu sahədə aparılan islahatlara qədər çox geniş danışan müsahibimiz o dövrdəki çətinliklərdən söz açır. Qurbanəli İsmayılovun 1990-cı illərdən sonra Sovet ordusunun balansında olan təyyarələrin, hərbi texnika və döyüş sursatlarının yerləşdiyi ərazidən məxfi şəkildə çıxarılması prosesini əngəlləyən zabitlər barədə söhbətləri isə hər kəsin marağına səbəb olacağına əminik. Həmçinin bu əməliyyatda qəhrəmanlıq göstərən zabitləri və bu işlərə rəhbərlik edənləri tanımaq fürsəti qazanacaqsınız. Beləliklə Qurbanəli İsmayılovla gərgin və maraqlı söhbətimiz davam edir. Suallar maraqlı, cavablar isə hər kəsi şoka salacaq qədər həyəcanlı.

 -Rusiyanın məxfi əməliyyat PLANININ qarşısı necə alındı?  

- HƏRBİ TƏYİNATLI təyyarələrin Azərbaycanda saxlanılmasında rolu olan BİR NEÇƏ NƏFƏRİN adlarını çəkə bilərəm. Adlarını çəkəcəyim zabitlərdən Vladimir Kravtsovu deyə bilərəm.   Həmçinin  Aleksandr Pleşanın da böyük rolu olub. Aleksandr Pleşan hərbi təyyarələrin ziyan görmədən ölkəmizdə qalmasının yollarını mənə izah edirdi.  Nasosnuda olan 30 ədəd Miq-25PD markalı təyyarənin necə Azərbaycana saxlanılması barədə dəqiq məlumatım yoxdu. Ancaq Dəllərdə baş verənlərin şəxsən iştirakçısı olmuşam. Aleksandr Pleşanı da yaxından tanıyıram. O, həmin alayın eskadrilya komandiri olmaqla yanaşı, eyni zamanda Şəmkirdə mənim qonşum idi. Düzdür, Aleksandr Pleşan sonradan Azərbaycan Hərbi Hava Qüvvələri eskadrilyasının komandiri oldu.  O, həm də Dəllərdəki hərbi təyyarələrin Azərbaycanda qalmasında mənə dəstək olub. Biz zabitlər öz aramızda qərar qəbul eləmişdik ki, dövlətimizin əleyhinə nə iş görsələr dərhal onun qarşısını alaq. Biz bunları yalnız məxfi formada etməliydik ki, məqsədimizə nail ola bilək. Və bunu da bacardıq. 

 

- Sovet hərbi rəhbərlərinin məxfi planları barədə kimləri məlumatlandırdınız?

 

-Qeyd edim ki, xidmət elədiyim Hərbi hissədə rəhbərlikdə təmsil oldunduğuma görə bəzi hallarda onların gizlin qərarlarından xəbər tuta bilirdim. Azərbaycanlı olduğum üçün məndən çox şeyi gizlədirdilər. Mən dərhal Rusiyanın məxfi planları barədə Azərbaycan müdafiə nazirliyinin Baş qərərgah rəisinə məlumat çatdırdım. Nə edəcəyimiz və hansı plan üzrə davam edəcəyimizi götür-qoy elədik. 

   Bunun üçün hansı addımları atacağımıza gəldikdə isə, bildirim ki, bu barədə hər kəslə ayrıca söhbət elədim. Bunu da onun üçün edirdim ki, əgər içəridən kimsə bu haqda hərbi hissənin rəhbərliyinə xəbər vermək istəsə, ümumi plan haqda məlumatı olmasın. Hamı razılaşdı. Və o da qərara alındı ki, kim bu plan barədə hərbi hissənin rəhbərliyinə xəbər verib, satqınlıq edərsə ən ağır şəkildə cəzalandırılsın...

  Qərar qəbul elədim ki, Bakıya gedim. O illərdə Azərbaycanın Müdafiə nazirin müavini olan polkovnik Mehman Səlimovla şəxsi tanışlığım var idi. Tanışlığım əsasən tələbəçilikdən başlamışdı. Onunla əlaqə saxladım və məsələ ilə bağlı məlumat verdim. Mehman Səlimov məni nazirliyin rəhbərliyi ilə görüşdürəcəyini bildirdi. Nazirliyə gəldim, polkovnik Mehman Səlimov məni Baş Qərargah rəisi Şahin Musayevin yanına apardı. Qeyd edim ki, Baş Qərərgah rəisinin müavini isə Səfər Əbiyev idi.  Baş Qərargah rəisi və nazirlikdə mühüm vəzifə tutan general-leytenant Valeh Eyyuboviç Bərşadlı ilə görüşdüm. Onlara Gəncə və onun ətrafında, Qazaxda, Şəmkirdə, qulluq etdiyim ordu birləşməsində hansı qüvvələrin olduğu, hansı hazırlıqların getdiyi haqda qısa məlumat verdim. Mən komandir müavini olduğumdan Hərbi Şuraya gedərdim, eyni zamanda məxfi yazışmalar haqda məlumat almaq imkanım vardı. Buna görə də Rusiyanın planları barədə tam məlumatlı idim. Bütün bildiklərimi Baş Qərargah rəisinə çatdırdım.
 Düzdür, rus zabitləri məndən müəyyən məlumatları gizlətmək istəyirdilər. Ancaq müxtəlif yollarla gizlədilən məlumatları əldə edə bilirdim. Həmin məlumatlarda Rusiyanın Dəllərdə olan hərbi təyyarələri və silah-sursatı Azərbaycandan çıxarmağa hazırlaşdığı qeyd olunurdu. 

Bildirim ki, ölkədə həmin vaxt güclü siyasi hakimiyyət formalaşmamışdı. Qarşudurma hökm sürürdü. Kənar qüvvələr siyasi qarşıdurmanın olmasından istifadə edib bunu reallaşdırmaq istəyirdilər. Ancaq həmin vaxt Azərbaycanın Müdafiə Nazirliyinin rəhbər şəxsləri, eləcə də ölkəmizdəki keçmiş SSRİ-yə aid hərbi hissələrdə qulluq göstərən azərbaycanlı zabitlər belə bir qərara gəldilər ki, buna imkan vermək olmaz. Qərara alındı ki, nəyin bahasına olursa-olsun Azərbaycan ərazisində olan keçmiş SSRİ-yə aid hərbi texnika və silah-sursat ölkədə saxlanılsın.

 

-Hərbi hissədə hansı qabaqlayıcı tədbirləri gördünüz?

 

-Bildirim ki, məndən başqa həmin hərbi hissədə 3 zabit və 20-yə yaxın azərbaycanlı gizir vardı. Hamımız bir yerə yığıldıq ki, bundan sonra hansı addımı atacağımızla bağlı müzakirə aparaq. Açığı, gördüm ki, hamının gözü məndədir, qərarı mənim verməyimi istəyirlər. Mən də bildirdim ki, azərbaycanlı olduğumuza görə, Azərbacan dövləti üçün xidmət etməliyik. Ancaq hərbi hissəni tərk etsək, Rusiya burdakı texnikanı, təyyarələri, silah-sursatı aparacaq. Ona görə də, burda qalmalı, heç bir texnikanın Azərbaycandan çıxarılmasını imkan verməməliyik. Bu texnika Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və Qarabağ müharibəsinin qələbə ilə başa çatması üçün ölkəmizə lazım idi. 

AERODROMU İFLİC VƏZİYYƏTİNƏ SALA BİLMƏK ÜSÜN 5 QRUP YARATDIQ. 

Yaradığımız qruplardan bunun birinin rəhbəri kapitan Vahid Vəliyev oldu. O, yanacaq xidmətinin rəisi idi. Məxfi iş görə bilən bacarıqlı zabit idi. Lazım gəldikdə təyyarələri yanacaqsız qoymaq imkanı vardı.
Böyük təcrübəsi, rabitə xidmətini yaxşı bilən baş gizir Surxay Xammədov ikinci qrupun rəhbəri oldu. O, rabitə xidmətinin rəhbərlik edirdi. Onun lazım gəldikdə aerodromdakı rabitəni sıradan çıxarmaq imkanı var idi. Onunla təkbətək söhbət etmişdik. Lazım gəldikdə bütün aerodromun rabitə sistemini iflic etsin.
Kabel xidmətinin rəhbəri, gizir Şükür Həsənov da qruplardan birinə rəhbərlik edirdi. O, da bacarıqlı rabitəçi idi. Onun və gizir İlqar Xammədovun funksiyası ondan ibarət idi ki, aerodromda nə məxfi danışıqlar gedir, buna qulaq asıb, mənə məlumat versin. Çünki bu çox vacib idi.
Digər qrupun rəhbəri gizir Səfər Təhməzova tapşırılmışdı ki, lazım gəldikdə aerodromun elektrik sistemini sıradan çıxarsın. Zəyəm qəsəbəsində bizim elektrik yarımstansiyası var idi. Yarımstansiya aerodromu kabellər vasitəsi ilə elekriklə təmin edirdi. Lazım gəldikdə, həmin kabellərin harada və necə sıradan çıxarılması planlaşdırılmışdıq.
Elektrik kəsildiyi halda aerodromun işiqla təmin eləmək üçün dizel mühərriklər işə salınırdı. Bunu da nəzərə alaraq, həmin aqreqatları sıradan çıxarmaq üçün lazım gəldikdə onların mühərrik hissəsinə müdaxilə etməyi planlaşdırmışdıq.
 Digər qrupa rəhbərliyi isə Yusif Məmmədov və Oqtay Sadıqov edirdi. Onlara tapşırıq verilmişdi ki, zamanı gələndə gələndə avtoparkdakı texnika ilə aerodromun uçuş zolağına daş, qum, şeben tökməklə təyyarələrin aparılmasının qarşısı alınsın. 

HƏDDA ,  PODPOLKOVNİK RAZİNKOV DEDİ Kİ, LAZIMI MƏLUMATLARI MƏN DƏ SİZƏ VERƏCƏM.

Bütün qruplar hazırlığa başladı. Xatırladım ki, hər il mart,aprel aylarında bizdə uçuş məşqləri keçirilirdi. Biz də artıq hazırlıqlarımızı görmüşdük. Hər dəfə bir qrupun hazırlığını yoxlayırdıq. Məsələn, mənim tapşırığımla, Zəyəmdən aerodroma çəkilən elektrik xətləri sıradan çıxarılırdı. Nəticədə uçuşlar təxirə düşürdü. Bunun səbəbini axtarıb tapana qədər saatlarla vaxt gedirdi və nəticədə alayda məşqlər keçirilmirdi.
 Bəzi vaxtlar rabitə xidmətini pozaraq uçuşların qarşısını alırdıq və sair.
 İş o yerə çatmışdı ki, qarnizonun rəisi polkovnik Sinenko bununla əlaqədar bazanın komandiri olan podpolkovnik Razinkovu danlamışdı. Razinkov mənə narazılığını bildirdi ki, bilirəm bu işləri siz azərbaycanlılar edirsiz. Sənin də onlara təsirin var. O, dedi ki, düz edib hazırlıq görürsünüz. Mən də bu texnikanın Azərbaycana qalmasının haqlı olduğunu başa düşürəm. Lazım gələndə məlumatları mən də sizə verərəm. Ancaq xahiş edirəm təlim uçuşlarına mane olmayın. Çünki həm məni vəzifədən uzaqlaşdıra, həm də sizin plandan xəbər tuta bilərlər.
Bundan sonra mən Vyaçeslav Viktoroviç Razinkovla çox yaxınlaşdım. Onun üçün tez-tez məclislər təşkil edib, lazımı məlumatları alırdım. Bu məlumatlar bizə çox dəyərli oldu.

 

(Ardı var)

Subut Mehdiyev




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ