şənbə günü, 10 oktyabr 2026
     

Vüqar Rəhimzadə: Xarici siyasət uğurlarımız Azərbaycan Prezidentinin beynəlxalq arenada nüfuzunun ifadəsidir

Image


2023-cü ilin sentyabrında rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində bütün ərazilərimizdə suverenliyimiz tam bərpa edildi. Ötən ilin 20 sentyabr tarixi yeni dövrün başlanğıcı oldu. Bu yeni dövrün ilk mühüm və qürurverici hadisəsi isə müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən 7 fevral 2024-cü il tarixdə keçirilən növbədənkənar prezident seçkiləri oldu. Bu seçkilər 20 ilin hesabatı, verilən bütün vədlərin reallıqda öz əksini tapmasının təqdimatı oldu. Təbii ki, yeni dövrün öz hədəfləri olmalıdır. Dövlət başçısı İlham Əliyev  növbədənkənar prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində bu hədəfləri açıqladı. Bu mühüm çağırış diqqətə çatdırıldı ki, indi  yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq.  

Qarşıdakı dövrün hədəfləri sırasında bu mühüm məqam da xüsusi qeyd edildi ki, bundan sonra da xarici siyasətimiz çox aydın, açıq olacaq. Bu gün dünya ictimaiyyəti siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə Azərbaycanı  BMT Təhlükəsizlik Şurasına üzv,   120 ölkə Azərbaycanı Qoşulmama Hərəkatına sədr seçməz, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, 44 günlük  İkinci Qarabağ müharibəsi, həmçinin lokal  antiterror əməliyyatı zamanı beynəlxalq ictimaiyyət ölkəmizi dəstəklədi. Bu gün Azərbaycanın beynəlxalq nüfuzu, möhkəmlənən mövqeyi göz qabağındadır. Reallıq budur ki, tarixi Zəfərimiz Azərbaycanın bütün sahələrdə, xüsusilə xarici siyasətdə davamlı uğurlarına stimul oldu. Dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinə beynəlxalq dəstək  hazırkı dövrün reallıqlarında özünün aydın ifadəsini tapır. Təkcə cari ilin iyul ayı ərzində Azərbaycanın xarici siyasət uğurlarına diqqət yetirmək kifayətdir.  Qarşılıqlı səfərlərin  davamlılğı, dövlət başçısı İlham Əliyevin beynəlxalq tədbirlərdə fəxri qonaq qismində iştirakı, tədbirlər çəçivəsində qarşı tərəflərin müraciətləri əsasında görüşlərin keçirilməsi, günümüzün aktual məsələləri ətrafında geniş fikir mübadiləsinin aparılması, Azərbaycanın, eyni zamanda, onun döyünən ürəyi, Qarabağın tacı Şuşanın  diplomatik mərkəzə çevrilərək beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi və sair kimi biri-birindən mühüm hadisələr iyul ayında ölkə və dünya mətbuatında geniş müzakirə edilən mövzulardandır.  Dövlət başçısı cari ilin hədəfləri sırasında beynəlxalq təşkilatlarla əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd edərkən Türk Dövlətləri Təşkilatı daxilində səylərimizin daha da artırılacağını bildirmişdi. İyul ayında Şuşanın ev sahibliyi etdiyi Türk Dövlətləri Təçkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi bunun təsdiqi oldu. Qeyri-rəsmi Zirvə görüşlərinin ildə bir dəfə keçirilməsi təşəbbüsü Prezident İlham Əliyevə məxsusdur. Həmin Zirvə görüşündə Azərbaycanın, dövlətimizin başçısı İlham Əliyevin türk dünyasının birliyinə, regionda və dünyada əməkdaşlığa, sülhün və təhlükəsizliyin təmin edilməsinə verdiyi töhfələr yüksək dəyərləndirildi. Prezident İlham Əliyevin hər bir addımı, təşəbbüsü bu reallığın  nümayişidir - Bizim ailəmiz Türk dünyasıdır.

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, Prezident İlham Əliyevin uğurlu və çoxşaxəli xarici siyasətinin göstəricilərindən biri  kimi Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə iştirakını qeyd edə bilərik. İyulun 3-4 tarixlərində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə bu ölkədə səfərdə olan Prezident İlham Əliyevin  Zirvə görüşü çərçivəsində keçirdiyi görüşlərin hər biri Azərbaycanın nüfuzunun, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin təqdimatı oldu. Astanada Rusiya Prezidenti ilə keçirilən görüş, Azərbaycan-Türkiyə-Pakistan formatında əməkdaşlığın möhkəmlənməsi üçün  yeni imkanların yaranması, Çinlə imzalanan sazişlər bunun bariz nümunəsidir. Qeyd edək ki, Prezident İlham Əliyev ikinci dəfədir ki, Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə fəxri qonaq qismində dəvət olunurdu. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun, dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir. Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, özünü bütün dünyada mötəbər beynəlxalq qurumlara uğurla rəhbərlik edən ölkə, qlobal səviyyəli məsələlərin müzakirə olunduğu mühüm platforma kimi sübut edib. Əvvəldə də qeyd etdiyimiz kimi,  2011-ci ildə dünyanın 155 dövlətinin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycanın BMT-dən sonra dünyada ən böyük təşkilat olan Qoşulmama Hərəkatına uğurlu sədrliyi, ölkəmizin bu il COP29 kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etməsi Azərbaycan Prezidentinin dünyada böyük hörmət və nüfuz sahibi olmasının təsdiqidir.

Vüqar Rəhimzadə bu mühüm məqamı da xüsusi qeyd edib ki,  dövlətimizin başçısının təşəbbüsləri ilə son illər həyata keçirilən irimiqyaslı infrastruktur layihələri sayəsində Azərbaycan mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verən ölkəmizin rolu getdikcə artmaqdadır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş strategiyanın uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyanın əsas yük axını istiqaməti olan Çin-Avropa-Çin arasında əsas körpüyə çevrilib. Dünyada və regionda baş verən geosiyasi hadisələrlə əlaqədar Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Bu amil Orta Dəhlizin önəmini artırmaqla yanaşı, geniş bir regionda yerləşən ölkələr arasında əməkdaşlığın daha da inkişafı baxımından mühüm  imkanlar təqdim edir. Bu baxımdan  Prezident İlham Əliyevin  Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə "Avropa Siyasi Birliyi" 4-cü Zirvə toplantısında iştirakı, "Enerji və bağlantı" mövzusunda dəyirmi masada çıxışı xüsusi diqqətdə oldu. Dövlət başçısının Zirvə toplantısı çərçivəsində Oksfordda qarşı tərəflərin müraciətlərinə əsasən Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden, İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherd,  Macarıstanın Baş naziri Viktor Orban, Litva  Prezidenti Gitanas Nauseda, Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb və  Çex Respublikasının Baş naziri Petr Fiala ilə görüşləri oldu. Prezident İlham Əliyev "Enerji və bağlantı" mövzusunda dəyirmi masadakı çıxışında Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsini şərtləndirən amilləri diqqətə çatdırdı. Bildirdi ki, enerji sahəsində  müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq  Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə  qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir. Azərbaycanın təbii qazını səkkiz ölkə alır. Onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir - Gürcüstan və Serbiya, eləcə də Türkiyə.    Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır. Bu, çox böyük məsuliyyətdir.

YAP Xətai rayon təşkilatının sədri ölkəmizin  iyul ayında  mühüm xarici siyasət uğurları sırasında dövlətimizin başçısı İlham Əliyevin Pakistana dövlət səfərinə də diqqəti yönəldib. Vurğulayıb ki, ölkələrimiz arasında əməkdaşlığın yeni və daha güclü formatlarının yaranması üçün mövcud imkanlar yüksək dəyərləndirilir. Bu baxımdan Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə  üçtərəfli görüşün keçirilməsi  əhəmiyyəti ilə diqqətdədir. Görüşdə, iqtisadiyyat, ticarət və digər sahələrdə əməkdaşlıqla yanaşı, "Üç qardaş" şüarı altında keçirilən hərbi təlimlərin əhəmiyyətinin vurğulanması və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklifinin irəli sürülməsi, müdafiə sənayesi sahəsində birgə istehsalın təşkili məsələsinin gündəmə gətirilməsi üç ölkə arasında hərbi-siyasi sahədə əlaqələrin bundan sonra daha da dərinləşəcəyini deməyə əsas verir. Bu sırada  Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən Qazaxıstanın Aktau şəhərində  "Birləşdik-2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin keçirilməsini də xüsusi qeyd etməliyik. Bu mühüm addım Azərbaycanın  Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin təqdimatıdır.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, tarixi Zəfərimizdən  sonra Azərbaycan daha qlobal xarici siyasət həyata keçirir, müxtəlif beynəlxalq platformalarda aktiv iştirak edir. Azərbaycanın etibarlı tərəfdaş kimi tanınması və mövqeyini möhkəmləndirməsi ölkəmizin münasibətlərdə qarşılıqlı etimada böyük önəm verdiyni, bunu sözdə deyil, əməldə sübut etdiyini təsdiqləyir. Azərbaycanın ev sahibliyi edəcəyi COP29 bütün bu reallıqların, eyni zamanda,  ölkəmizin təşəbbüskarı və iştirakçısı olacağı əməkdaşlıq formatlarının təqdimatı olacaq. Bütün bunlar Azərbaycanın zəngin təcrübəyə, böyük potensiala, ən əsası onların uğurlara yol açmasını təmin edən düzgün və gələcəyə hesablanmış siyasətə malik olmasının göstəricisidir.




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ