şənbə günü, 10 oktyabr 2026
     

Cavanşir Feyziyev: "Sonuncu hərbi əmr" çağdaş Udmurt - Azərbaycan ədəbiyyatları arasında ilk mənəvi körpüdür...

Image


Çağdaş udmurt ədəbiyyatının, mədəniyyətinin görkəmli nümayəndəsi, Xalq yazıçısı Vyaçeslav Ar-Serginin "Sonuncu hərbi əmr" kitabı Azərbaycanda nəşr olunub. Bu, nəinki müəllifin, ümumən udmurt ədəbiyyatının Azərbaycanda, o cümlədən Qafqazda gün üzü görən ilk kitabı olma özəlliyi ilə seçilir. Mahmud Kaşğari adına Beynəlxalq Fondun layihəsi əsasında çap olunan kitabın layihə rəhbəri Fondun Prezidenti, Milli Məclisin deputatı Dr.Cavanşir Feyziyevdir. Dəyərli alimin kitaba yazdığı ön sözü oxuculara təqdim edirik:

Cavanşir Feyziyev: "Sonuncu hərbi əmr" çağdaş Udmurt - Azərbaycan ədəbiyyatları arasında ilk mənəvi körpüdür... 


Udmurt xalq yazıçısı Vyaçeslav Ar-Serginin "Sonuncu hərbi əmr" kitabına Ön Söz...

Obrazların mənəvi-əxlaqi portretini yaratmaq, hadisə və gedişatları geniş şəkildə, xırdalıqları ilə təsvir etmək povest və romana nisbətən hekayə üçün daha çətindir. "Hekayə nəsrin desant janrı olduğu üçün" burada intellekt, elm və savaddan başqa kamil və özəl fitri istedad, obrazlı təfəkkür önəmli rol oynayır. Çağdaş Udmurt ədəbiyyatının görkəmli nümayəndəsi, Udmurtiyanın Xalq yazıçısı Vyaçeslav Ar-Sergi dərin müşahidə və axtarışlar, yaradıcılıq təcrübəsi, kamil bədii-ümumiləşdirmələr, elmi təfəkkür və bədii təxəyyülünün köməyi ilə hekayəyə povest və romanlarda olduğu qədər bədii həyat materialı yerləşdirə bilir. Bu, ədibin bədii dil və üslub imkanlarının genişliyini göstərir.

O, bunu həm də oxucuların tam məmnun qalacağı bir formada, onları duymağa, düşünməyə, nəticə çıxarmağa sövq edərək, onlarda təbii, səmimi hisslər oyadaraq, qələmə aldığı hər bir hadisənin, yaratdığı obrazın (yazdığı hər bir əsərin!) gələcək taleyini düşünərək və nəhayət yazıçı şəxsiyyətini qoruyaraq həyata keçirir.

Vyaçeslav Ar-Serginin hekayələrinin başlıca mövzusu insanın mənəvi-əxlaqi kamilləşmə yolu, ruhən təmizlənməsi, günahlarını və yanlışlarını dərindən dərk edib durulması, saflaşması ilə bağlıdır. Onun əsərləri dil, üslub, sənətkarlıq, həm də poetik prinsip baxımından orijinallığı ilə seçilir. Fərdilik və fərqlilik, özünəməxsusluq Udmurt yazarının yaradıcılığının əsas məziyyətləridir. Onun hekayələrində üz tutduğu mövzular ilk baxışda sadə görünsə də, dərin məzmunu, daşıdığı məna yükü, bədii sambalı, ədəbi tutumu, zəngin təsir gücü, yüksək sənətkarlıq özəlliyi ilə seçilir və səmimi, inandırıcı təqdimatı həmin hekayələri həqiqi sənət örnəyi səviyyəsinə yüksəldir.

"Göylər belə doluxsunub ağladı", "Sonuncu hərbi əmr", "Üç general", Moqdos", "Vəhşi ləpiri", "Toranlıqda yad qadın", "Şurdoşura gedən yol", "Nit", "Padış itib" hekayələrində müəllif həyatın sosial mənzərəsini təsvir etməklə yanaşı, yaşananların insan mənəviyyatında doğurduğu konkret, retrospektiv cəhətləri peşəkarlıqla qələmə alıb.

Vyaçeslav Ar-Sergi şair kimi poeziya janrının, şeirin ən əlvan örnəklərini yaratmağın yanısıra prozasında mövcud cəmiyyətin tipik mövzularını, qayğılarını (milli və bəşəri məsələlərini), mürəkkəb insan xarakterlərini özəl boyalarla əks etdirib və yazıçı istedadının poetik sirlərini canlandırıb. O, hekayələrinin özünəxas poetikası var – və "..."məni bir şair yazıb" deyə səslənir" desək günah olmaz...

Vyaçeslav Ar-Sergi yaradıcılığında güclü psixologizm müşahidə olunmaqdadır. Ədibin psixologizminin mahiyyəti müxtəlif obrazların düşdüyü durumu, təsvir olunan hadisələrin təzadlarından, habelə, toplumun psixologiyasından doğur. Ar-Serginin psixologizmi doğma xalqının gələnəkləri və sosial gerçəkliyin öz doğası ilə çulğalaşır. Sənətkarın psixologizmini güclü milli şüur yanğısı, tarix, mənəvi yaddaş və heysiyyat izləyir...

Ədibin həssas müşahidə qabiliyyəti, zəngin erudisiyası və bədii təxəyyülü dincliyi pozulmuş dünyamızın sosial-siyasi problemlərini, həyatımızın mənəvi-psixoloji yönlərini açıb göstərməyə yetir. O, əsərləri ilə insan xarakterini aşınmaqdan, ruhunu çirklənməkdən, mənəviyyatı aşınmaqdan qoruyan aydınlardandır.

Ədibin, demək olar, bütün nəsr əsərlərində, özəlliklə də, "Üç general", "Vəhşi ləpiri", "Moqdos", "Şurdoşura gedən yol" hekayələrində mənəvi cəhətdən şikəst insanların və bunları doğuran obyektiv, subyektiv səbəblərin mahiyyəti, toplumdakı sosial haqsızlıq və ədalətsizliklərin ailələrə, talelərə gətirdiyi psixoloji-fəci ağrılar əks olunub.

Vyasçeslav Ar-Serginin "Sonuncu hərbi əmr", "Nit", "Göylər belə doluxsunub ağladı" hekayələri bəzi məqamlarda avtobioqrafik məzmunu ilə diqqəti çəkməkdədir. Ədib yüksək bədii dil və sənətkarlıqla, sirayətedici üslubla qələmə aldığı hər bir hekayəsində həyatın, yaşadığı illərin estetik şərhini verir. Hadisə, gedişat və durumların tamlığı, hissi-idraki məqamların ardıcıllığı, bütün bunların kamil obrazlılıqla təqdim olunması, haqlı olaraq, oxucuda Vyaçeslav Ar-Serginin yüksək nasirlik səviyyəsi, dil-üslub kamilliyi, dərin müşahidə qabiliyyətinin olması ilə bağlı fikir formalaşdırır.

Ar-Serginin əsərlərini oxuyarkən biz həyatın təzadlarından törəyən fərdi-psixoloji proseslərin insanın şüuraltında inikasının və ümumi-ictimai yük daşıyan ziddiyyətlər sisteminin, güclü emosiya doğuran epizodların, fikirlə hissin bölünməz vəhdətinin, yazıçının hər addımda oxucunu gözlənilməzlik qarşısında qoya bilmək bacarığının şahidi oluruq.

Bəli, Ar-Sergi ilk növbədə şairdir. Yuxarıda da vurğuladığımız kimi, məhz şair olduğundan, elə bu keyfiyyətinə görə də ədibin nəsrində bir şeiriyyət, şeir duyumluluğu var. Yazıçı bəzən mürəkkəb, hətta mücərrəd görünən fikirləri, hissləri belə oxucuya son dərəcə təbii və doğma axarda – olduqca poetik təqdim edə bilir.

Oxuduqca sanki rastlaşdığın hadisələr gözünün önündə kino lenti kimi canlanır, obrazların fikir, düşüncə, istək və əzab aləmləri oxucuya aydın şəkildə təqdim olunur. Bu mənada, biz Vyaçeslav Ar-Serginin bədii nəsrində qəhrəmanların mənəvi dünyasını, bu dünyanın özəyini görür, obrazın ruhi gücü ilə qarşılaşırıq.

Obrazın yaşantılarını, iç dünyasını, qəribə ruh hallarını, psixologiyasını aydınlaşdırmaq, onu müxtəlif paradokslarla qarşılaşdırmaq, fərdi özəlliklərlə ümumbəşəri ahəngin ayrılmaz vəhdətini fəlsəfi-psixoloji aspektdə təhlil etməyə can atmaq ədəbiyyat tarixinin bütün dönəmlərində - ən qədim miflərdən tutmuş, yüksək inkişaf mərhələsində olan bugünkü ədəbiyyatlara qədər həmişə diqqət mərkəzində olub. Ar-Sergi də gerçəkliyin adi və qeyri-adi cəhətlərini götürür, öz qəhrəmanını qəribə daxili, xarici durumlara salır və oxucunu heyrətləndirən doğruluqla insanın ruh halı haqqında danışır. Fərd və toplum, insan və dünya, əxlaq və mənəviyyatsızlıq problemi Vyaçeslav Ar-Serginin həm poeziyasında, özəlliklə də nəsrində konkret hissi formalarda öz bədii təcəssümünü tapıb. Əsərlərində ümumən bir genişlik, çoxqatlılıq və epiklik duyulur. Tənqidi-satirik, ironik ifadə tərzinin dərinliyi, dramatizmin qüvvətli yumorla birləşməsi, bədii formanın kamilliyi və zənginliyi Vyaçeslav Ar-Sergi nəsrinin əsas özəllikləridir. Onun təkcə nəsrinə deyil, ümumilikdə poeziyasına, bütün yaradıcılığına xas olan humanizm oxucuda dərin mənəvi aləm formalaşdırır və insanı əxlaqiyə bütövlüyə, kamilliyə, özünüdərkə yönləndirir.

Ədibin hekayələrinin hər birində mənəvi-əxlaqi məsələlərin işıqlı mövqelərdən maraqlı həllinə və insan xarakterlərinin orijinal boyalarla təsvirinə rast gəlirik. Yazıçının əsərlərinin dili xalq danışıq dilində olduğu qədər canlı və anlaşıqlı, üslubu, sujeti, bədii quruluşu isə olduqca təbii və sadədir.

Şair olduğu üçün Vyaçeslav Ar-Serginin nəsr dili haqqında daha bir neçə söz demək istərdik.

Bədii əsərlərin dili haqqında dilçi alimlər iki maraqlı fikir irəli sürür: birinci fikrə görə, "bədii əsərin dili diqqətlə düşünülmüş, həm də olduqca sadə olmalıdır. Diqqətlə düşünülmüşlük təhkiyənin tam təbiiliyinə qətiyyən mane olmamalıdır".

Dilçi alimlərin irəli sürdüyü ikinci fikrə görə, "bədii nəsr elə yazılmalıdır ki, o, xüsusi quruluşla, xüsusi nizamla və xüsusi intonasiya ilə seçilsin". Bu anlamda, Vyaçeslav Ar-Serginin nəsr dili diqqətlə düşünülmüş dildir; lakin bu düşünülmüşlük hiss olunmur, çünki müəllifin dili həm də təbii, canlı, axıcı, ahəngdar və koloritlidir.

Bədii əsərin dili adi gündəlik məişət üslubundan fərqli olaraq, bədii və obrazlı, müəyyən qədər də koloritli olmalıdır. Yəni söz adamı (şair, yazıçı-dramaturq, publisist, esseist...) adi adamların danışığında olduğu kimi əhvalat söyləməklə, təsvirçiliklə öz yaradıcılıq görəvini, məramını yekunlaşmış hesab etməməlidir. Çünki bədii dilin öz alqoritmi, ahəngi, çiçəklənməsi (gülzarı) vardır və onu öyrənmək bütün ömrü boyu yazıçının vəzifəsidir.

Sənətkar (yazıçı, şair) satirik olmaya bilər, amma onun qələmə aldığı həyat həqiqətlərində komizm, sarkazm, istehza, satira, yumor hissi olmalıdır və o fikri üstüörtülü ifadə etmək məqsədilə bunlardan yerli-yerində istifadə etməyi bacarmalıdır. Ar-Sergi də satirik yazıçı deyil, lakin onun əsərlərinin demək olar, böyük çoxunda satirik detalların rolu böyükdür. Hekayələrdəki sarkazm elementləri həm bədii əsərdə əsas ideyanın açılmasına xidmət edir, həm də toplumdakı özbaşınalığa ayna tutan satirası (cəsarəti!) oxucu qəlbində Vyaçeslav Ar-Sergiyə böyük rəğbət yaradır.

Yazıçı istehza-satira yolu ilə yazılan əsərlərin tərbiyəvi-idraki gücünə inanır. Buna görə də əsərlərində islahedici, ifşaedici satira vasitələrindən məharətlə istifadə edərək məhz bu yolla sosial-ictimai qüsurların qabardılmasına çalışır, tipi öz dili ilə ifşa etməklə diqqəti xarakterlərin təbiətindəki komizmə, gülünclüyə, naqisliyə yönəldir. "Göylər belə doluxsunub ağladı" hekayəsində müəllif bu anlamda müharibə dövrü adamlarının xarakterini bədii lövhələrlə aça bilir. Bəlkə də, buna görədir – oxucu əsərdən müharibə dövrü kəndinin ümumi panoramını, köklü qayğılarının geniş təsvirini gözləmir. Həyatın törətdiyi ağrı və dəhşət nə qədər ağır olsa belə, insanların qarşılıqlı məhəbbəti, qayğısı qarşısında aciz və gücsüzdür. – Əsərdən çıxan belə bir anlam daha çox diqqəti cəlb edir.

"Nit" hekayəsini isə çox sadə, büllur dil, bir qədər kinematoqrafik üslub – sadə həyat materialına uyğun, yatımlı ifadə tərzi fərqləndirir. Bu əsər doğum-ölüm qütbləşməsi üzərində qurulub və oxucunu ilkin, əbədi başlanğıclar barədə düşündürür. Bu iki qütbün arasında isə sonsuzluq problemi durur.

"Vəhşi ləpiri" hekayəsi isə orijinal fikirlər düzümündən ibarətdir. Yazıçı insanın taleyi, həyatın anlamı, ölümün labüdlüyü haqqında düşüncələr fonunda Baba və nəvənin ömrünün ayrı-ayrı epizodları ilə bizi tanış edir; oxucunun gözləri önündə onların obrazı canlanır. Əlbəttə, hekayənin nisbətən gizli qalan anlamı daha dərin və genişdir: keçmişlə bu gün arasında olan əxlaqi-mənəvi varislik və babaların mərdliyini, qeyrətini yaşadan gənclərin gələnəklərə sədaqəti...

Vyaçeslav Ar-Sergi oxucunu, dinləyicini bütün məqamlarda gərgin saxlamağa qadir olan istedadlı nasirdir. Oxucu özünü həmin əsərlərdə hadisələrin içində zənn edir, yazıçının təhkiyəsi, demək olar, hiss olunmur. Onun söz açdığı həyat hadisələri hər addımda yeni detallarla, yeni təəssüratlarla dolğunlaşır və bunların hamısı bizim üçün doğma və təbii səslənir.

Yazıçının bədii nəsri nikbin ruhu, incə lirizmi, şirin yumoru, tragik məqamları, komik situasiyaları ilə çağdaş dünya nəsrinin polifoniyasında özünəxas yer tutur. Ədib zəngin yumor və satira vasitələrindən ustalıqla yararlanmaqla sosial-psixoloji və mənəvi-əxlaqi problemlərin ciddi islahına çalışıb; hadisə və xarakterlərin təbiətindəki komizmi, daxili gizlinləri açıb göstərib. Dərin və əhatəli psixologizm Vyaçeslav Ar-Serginin təhkiyəsinin qidasıdır. Onun nəsrində XX və XXI yüzil dünyasının rəngarəng təzadları, toplumun sosial-siyasi, mənəvi aşınmaları, hər cür insan tipinin bədii ifadəsi aydın görünür.

Əgər bir toplumda qaçılmaz mənəvi aşınma prosesi, dəyərlərin itirilməsi varsa, bəlkə də, o, ciddi ədəbiyyatın kölgədə qalmasının, ona biganə yanaşılmağın nəticəsidir... Böyük incəsənət, o cümlədən, ciddi ədəbiyyat toplumdakı naqislikləri sağalda biləcək önəmli təsir vasitəsidir. Zamanın nəbzini tutmayan, mənsub olduğu xalqın dərdlərini dilə gətirməyən, onun sosial-mənəvi qayğılarını bədii həqiqətə çevirməyən ədəbiyyat böyük ədəbiyyat sayıla bilməz. Bu anlamda, Vyaçeslav Ar-Sergi içində bulunduğu toplumu rahatsız edən gerçəklikdən doğan qayğıları özündə əks etdirən, oxucunu düşündürən və doğru yola yönəldən, dərin anlam qatlarına malik qiymətli əsərlər müəllifi kimi tanınmış istedadlı yazıçıdır. O, artıq böyük ədəbiyyat yaradıcılığı yoluna çoxdan çıxıb və bu yolda ləyaqətlə irəliləyir, əsərləri insanı əqli-emosional kamilliyə, mənəvi-əxlaqi bütövlüyə səsləyir. Oxucu onun əsərlərindən və iç dünyasının zənginliyindən bəhrələnib özündə dərin mənəvi aləm formalaşdırmaq imkanı əldə edir.


Dr. Cavanşir Feyziyev

Azərbaycan Respublikası

Milli Məclisinin millət vəkili



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ