Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Mən illərdir sizin yerinizə utanıram, bir az da siz UTANIN!!!!

Image


Yenə onlar haqqında yazıram. Bilirsiniz kimlər haqqında? Bu ölkədə adlarının qarşısına yalandan "futbolçu" termini yapışdırıb on illərdir bütün azərbaycanlıları əsəb və stress girdabına soxan, amma əvəzində özləri utanmayan, utanmaq nə kəlmə, hələ bu azmış kimi utanmazcasına hər məğlubiyyətə görə "səxavətli" AFFA-dan mükafatlar alan, meydanlarda topdaşıyan uşaqlar qədər bacarığı olmayan "futbolçularımız" haqqında yazacam. Görəsən Gürcüstan və Qazaxıstan milli komandaları "Avro-2024"-ün pleyy-off mərhələsinə vəsiqə qazanan zaman bizim "futbolçular" utanıb yerin yeddi dibinə girdilərmi?-qəti inanmıram! İmkan, pul-para baxımından bizdən qat-qat aşağılarda yer alan Gürcüstan və Qazaxıstan milliləri pleyy-off mərhələsində, biz də qapımızdan hər dəfə 5-6 qol buraxmaqla "rekordlar" qırmaq "peşindəyik".

Yağ-bal içərisində bəslənəsən, daima dövlətin güclü himayəsində olasan, hətta layiq olmadığın halda 1000 dollarlarla mükafatları cibişdanına dürtəsən, bunun da qarşılığında ömür boyu Azərbaycan millisini qapazaltı komanda kimi bütün dünyaya rəzil edəsən... Milli komandamızın acı taleyi, millidə o yana-bu yana qaçan "futbolçularımızın" real vəziyyəti bax, budur. Azərbaycan dövləti milli komanda üçün həttda gərəyindən də artıq imkanlar yaradıb, milyonlarla pullar xərcləyib. Bəs nəticə- FİASKO! Bəs gürcülərdən və qazaxlardan fərqimiz nə?- fərqimiz odur ki, onlar işi bacarana, futbolu əsl futbolçuya tapşırır, qohumbazlıqla, tanışlıqla futbolu təzim günə qoymurlar. Biz isə 21-ci əsrin yarısına yaxınlaşırıq, yenə də tanışlıq, telefon zəngi ilə milliyə futbolçu "TAPŞIRIRIQ", küçədə qalan əcnəbiləri ilinə milyonlar ödəyib millinin sükanı arxasına keçiririk, vəssalam! Hə, o başqa məsələdir ki, heç kimə lazım olmayan, heç bir nəticə göstərməmiş küçədə qalmış əcnəbiləri milli komandaya gətirib kimlər nələr qazanırlar, o artıq bir ayrı və dərin məsələ mövzusudur ...
Sözsüz ki, millinin düşərgəsinə gələn futbolçular yadplanetli deyillər. Tam əksəriyyəti yerli çempionatda top qovan "futbolçulardır." Bunları da yerli klublara milliyə "tapşırılan" kimi tapşırırlar. Sonra da dönüb olurlar "FUTBOLÇU". Bunlar öz klublarında məşq üzü görmür, məşq əvəzinə baş girləyirlər, ordan da birbaşa yollanırlar millinin düşərgəsinə. "Qarabağ" xaric, avrokuboklarda bir mərhələ keçməyən Azərbaycan klublarının milliyə verəcəyi "futbolçu" potensialı budur. Neçə on illərdir uşaq futboluna milyonlar ayrılır, məhəllə-məhəllə mini stadionlar düzəldilir, amma bu layihələr üçün "silinən" pullardan başqa ortaya çıxan heç nə yoxdur. Yerli "materialın" vəziyyəti budur.
Məşq etmək, futbol biliyini və fiziki imkanlarını, texniki yaradıcılığını inkişaf etdirmək üçün zəhmət çəkmək əvəzinə gününü kafe-restoranlarda keçirən, meyxana məclislərində "qafiyə açan", futboldan havayı qazanc kimi bəhrələnən tip – əksər müasir azərbaycanlı futbolçunun personajı bax belədir. Yalanmı yazıram?-qətiyyən! Son qarşılaşmada belçikalılardan düz 6 cavabsız qol yeyən, Lukakonun bir qarşılaşmada 4 qol vuran futbolçu kimi tarixə düşməsinə imkan yaradan bu rəzillər barədə danışmaq üçün cümlə qurmağın özü çətindən çətindir. Görəsən, Lukako Azərbaycan millisinə təkbaşına 4 qol vurandan sonra meydanda qoyun otaran çobanlar kimi gəzişən "milli futbolçular" qarabala Lukako ilə göz-gözə gələndə utanıb yerin dibinə giriblərmi?- buna da qəti inanmıram!
Adını futbolçu qoyub əvəzində futbol adına ləkə olanların Azərbaycan millisinə yaşatdıqları biabırçılıqları görməzlikdən gəlmək, özünü bilməməzliyə vurmaq qəti mümkün deyil. Bunu o mənada deyirəm ki, onsuz da futbolçudan daha çox stadion təmizlikçiləri təsiri bağışlayan belələrinin rəzalət "futbolunu" ürəyinə salmayasan, stress keçirməyəsən. Amma OLMUR!!! Nə qədər qulaqardına vuracaqsan? Tapşırıqla, tanışlıqla bu andıra qalmış milli komandaya futbolçu götürəndə, bunların məişət cinayətlərinin üstünü ört-basdır edəndə, uduzduqları oyunlara görə bunlara mükafat yazanda guya bilmirdilərmi ki, bunun axırı Azərbaycan adlı ölkənin adına ləkə olan biabırçılıqlarla bitəcək???? AFFA bu milliyə illik milyonlar ödəyib kimləri baş məşqçi gətirmədi ki? Berti Foqts Azərbaycandan qazandığı milyonlarla indi Bavariyada təmiz alman pivəsi içib bankdakı pulları ilə bir ömür kef-damaq içində yaşayacaq. Cianni De Byazini də küskün yola saldıq. Adam hələ də bizim səxavətimizdən faydalanmaq istəyirdi. Olsun, ona da bir ömür qocalığına bəs edəcək milyonlar qazandırmışıq. Ən azı bizim necə "sadəlövh və səxavətli" olduğumuz barədə uzaq Romada ağızdolusu danışacaq.

Mən şəxsən 1988-ci ildən "Neftçi" azarkeşiyəm. Düzdür, mənim azarkeşi olduğum komanda da acınacaqlı vəziyyətinə görə millidən heç nə ilə fərqlənmir. Bu "Neftçi"nin tayları Avropa Liqasında, Çempionlar Liqasında top qovur, başını başlara qoşur, mənim komandam da "Şamaxı", "Sabah", "Zirə" ilə yuxarı pillələr uğrunda "qırğına çıxır." Adrian Mutunu müqəvva olaraq "ağ-qaralar"ın sükanı arxasına keçirməklə "Neftçi" komanda olası deyil. Yaxşı məşqçinin əl izi azı 2-3 aya bilinir. "Neftçi"də isə bu izdən əsər əlamət belə yoxdur. Kəsərsiz futboldan başqa heç nə... Amma olsun, qoy bir az da A.Mutu yesin, nə olasıdır...

Nə isə qayıdaq milliyə. Yadıma gəlmir ki, nə vaxtsa milli komandanın səs-küy yaradan qələbəsinə sevinim. Elə qələbəyə ki, bizi Dünya və Avropa çempionatları cəhənnəmə, heç olmasa bizdən də aşağı səviyyəli millilərin çıxış etdiyi Millətlər Liqasında pleyy-off cığırına çıxartsın. Bir dəfə də baş verməyib belə hal. Əvəzində Bizim İsveç, Finlandiya, başqa bu tipli milli komandalara qarşı qələbələrimiz də bilirsiniz nə vaxta təsadüf edir? O vaxta ki, artıq bu adıçəkilən millilər seçmə mərhələdə qrupun dibində qaldıqları vaxtlara. Yəni heç bir iddialarının qalmadıqları zamanlara. Amma etiraf edim ki, İsveç millisi ilə qarşılaşmada meydandakı komandanın Azərbaycan millisi olduğuna hələ də inana bilmirəm. Əgər bunlar elə həmin futbolçular idisə, cəmi bir tur sonra Belçika millisinə niyə rəzalət dolu məğlubiyyət yaşadılar? Özü də heç bir futbol oynamadan. Meydançada sürünən canlı ölülər kimi idilər. Ard-arda iki oyun arasında belə dəhşətli fərq necə yaranır axı?. Birinə 3 qol vur, o birindən 6 qol ye. Şok olunası məsələdir. Bəlkə artıq keçmişdə qalan De Byaziyə görə yas tuturmuşlar? Yoxsa onun "yolasalınma mərasimi" üçün belə "oynadılar"? Nə desən olar. Tapşırıqla milliyə futbolçu çağıranda, "görüm-baxım" ilə ayağında top durmayana zorla "futbolçu" adı yapışdıranda yüz cür böyük OYUN QURMAQ niyə olmasın ki? Əslində, millimiz belə "oyun qurmaq" işində belçikalılara bir ömür dərs deyər...

Və gələk yerli məşqçi məsələsinə. Hə, iş bizim məşqçilərə gələndə burada məsələ qəlizləşir. Tərlan Əhmədov, Qurban Qurbanov, bir vaxtlar "Abşeron"u yüksək liqaya çıxaran Mirbağır İsayev, Samir Abbasov, başqa istedadlı məşqçilərimiz – axı bunlara niyə imkan yaratmırıq? Məgər bu yerli məşqçilər B.Foqtsun, De Byazinin nəticələrindən aşağı nəticə göstərəcəklər ki? Axı bunlar yerli məşqçidirlər və yerli futbol fabrikinə (buna fabrik demək mümkünsə) yaxşı bələddirlər. Ən azından damarlarında azərbaycanlı qanı axan məşqçi kimi ürəkyananlıq edəcəklər milli komandaya. B.Foqtsun, D.Byazinin nə vecinədir Azərbaycan millisinin taleyi. AFFA-dan aldıqları milyonları alman və italyan banklarına yerləşdirib qocalığında kefə baxmağı düşünürdülər və elə də oldu. Yoxsa yalan yazıram? Amma bu yerli məşqçilərin yaxası həmişə sənin əlindədir. Yeri gələndə təpinib hərəkətə gətirəcəksən. Ən azından millidə ancaq ağ "konvertlərdə" verilən mükafatlara görə top qovan "futbolçulara" azərbaycanlı olduqlarını xatırlatmağa bu yerli məşqçilərin VİCDAN HİSSİ yetəcək. Ən azı onların yatmış, yaxud yoxa çıxan vicdanlarını geri qaytarmaq üçün çalışacaqlar. Əlbəttdə, vicdanı itmiş damarlarını tapa bilsələr əgər...

Mətləb Salahov




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi...

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ