Bazar ertəsi günü, 12 oktyabr 2026
     

“Abzas Media” sahiblərinin “diqqətindən yayınan” korrupsiya halları

Image


"Abzas Media" abunə sistemi ilə işləmir. Onun hazırladığı məhsulların daimi alıcıları yoxdur. Sərbəst oxucular üçün də kod sistemi tətbiq etməyib. Yəni, informasiyalarını ödənişsiz təqdim edir. Saytda elan, reklam, bir sözlə, normal KİV qurumu üçün qazanc gətirən digər bir element də görünmür... Həm milli, həm də beynəlxalq standartlar KİV qurumlarının maliyyələşməsi üçün fərqli mənbə tanımır. Beynəlxalq sənədlərdə qeyd edilir ki, normal fəaliyyət göstərən KİV qurumunun legitim maliyyə mənbəyi reklam və elanlardır. Maliyyəsinin ən azı 75 faizi reklam və elandan formalaşmalıdır ki, müstəqil fəaliyyət göstərə bilsin. Digər 25 faiz isə satışdan, abunədən, ianələrdən, qrantlardan, təsisçinin yardımından və sair qaynaqlardan formalaşmalıdır. Əgər bunların heç biri yoxdursa, "Abzas Media"nın maliyyə mənbəyi haradan formalaşır? İlkin şübhələr də buradan qaynaqlanır. "Abzas Media" qrupunun heç bir şəffaf maliyyə qaynağı yoxdur. Əgər stabil maliyyə qaynağı yoxdursa, redaksiya ofisinin icarəsi, işçilərin əmək haqqı fondu, texniki avadanlıqlar təminatı və digər xərclər üçün zəruri olan vəsait hansı mənbədən ödənir? Əlavə edək ki, "Abzas Media" ölkədəki KİV-lərdən daha təminatlı görünür. Diqqət yetirək: saytın direktoru "xarici ölkəyə səfər edərkən", baş redaktoru isə "xarici ölkədən səfərdən qayıdarkən saxlanılıb",- xəbərlərdə yazılır. Bu cür təminatlı fəaliyyət üçün yetərli maliyyə olması zəruridir.

Adı çəkilən xərclər bir yana, hüquq-mühafizə orqanlarının saytın redaksiyasından götürüb sənədləşdirdikləri 40 min avro vəsait haradandır? Redaksiya rəhbərliyi gündəlik zəruri xərcləri ödəyə bilirsə, istədiyi vaxt xarici ölkələrə səfər edirsə, hətta ehtiyata 40 min avro vəsait saxlaya bilirsə, deməli onun stabil maliyyə qaynağı mövcuddur. Amma hansı mənbədir ki, gözünü yumub bu qədər maliyyəni "Abzas Media"ya təmənnasız ötürür? Nə marağı var? Axı saytın heç normal oxucusu da yoxdur. Oxucu qıtlığını nəzərə alaraq saytın üzərində ümumi sayğac da yerləşdirməyiblər ki, ictimai rəydə təsir imkanlarının olmadığı görünməsin.

İş ondadır ki, "Abzas Media"nın nə sahibləri, nə də müdafiəçiləri bu suallara toxunmurlar. Sanki normal bir hal imiş kimi üzərindən keçirlər. "Qrant şəbəkəsinin" üzvü olan təşkilatlar heç bir dəqiqləşdirmə aparmadan bəyanatlar yayırlar. "Abzas Media"nın guya "müstəqil KİV qurumu olduğunu, direktor Ülvi Həsənlinin də məhz "həqiqəti yazdığına görə həbs edildiyini" bildirirlər. "Sərhədsiz Reportyorlar" operativ şəkildə bəyanat yayaraq, bunu "müstəqil mediaya təzyiq" kimi qiymətləndirib. Müdafiə bəyanatlarında iddia olunur ki, guya "Abzas Media" "ölkədəki korrupsiya hallarını araşdırdığı üçün susdurulub". Soruşan yoxdur ki, özü korrupsiya və rüşvət içində batmış, qeyri-leqal fondlardan maliyyələşən bir "KİV qurumu" korrupsiya hallarını necə araşdırır? "Abzas Media" hansı maliyyə qaynağına söykənərək müstəqil fəaliyyət göstərə bilir? Axı yuxarıda qeyd etdik: KİV qurumunun müstəqil fəaliyyət göstərdiyini ehtiva edən elementlərin heç biri "Abzas Media"da mövcud deyil.

Amma cavabsız qalan suallar təkcə "Abzas Media"nın redaksiyası ilə bağlı deyil. Onun "müdafiə prosesi"ndə də diqqət çəkən nüanslar üzə çıxır. Ölkədə qondarma KİV qurumlarının, "jurnalistlərin" istintaqa cəlb edilməsi halı ilk dəfə baş vermir. Amma onların heç birində indiki qədər mütəşəkkil "müdafiə işi" qurulmayıb. "Amerikanın səsi", "Turan" İnformasiya Agentliyi, "Toplum TV" və digər şəbəkə üzvləri gecə-gündüz demədən təbliğat aparırlar, "Abzas Media"nı "müstəqil və peşəkar" KİV qurumu kimi təqdim edirlər. İşə "radikal müxalifətçilər" də qatılıblar. "Milli Şura", Xalq Cəbhəsi Partiyası və digərləri bəyanat yayaraq, Ülvi Həsənlinin saxlanılmasını "müstəqil mediaya basqı" kimi dəyərləndiriblər. Görünən budur ki, çox tələsirlər. İstintaqı aparan rəsmi orqanların rəyini gözləmədən şərhlər verirlər. İsbat edə bilməyəcəkləri arqumentlər səsləndirirlər. Sanki tarana gedirlər. Təzyiq göstərib istintaq prosesini dayandırmaq istəyirlər. Nədən həyəcanlanıblar, nə etmək istəyirlər?

Onları narahat edən məsələ "Abzas Media"nın taleyi deyil. Sabah, biri gün onun bənzərində başqa bir "KİV qurumu" yaradıb öz sıralarına qata, yollarına davam edə bilərlər. Problem bu deyil. Narahatlıq doğuran məsələ "Abzas Media"nın ittiham olunduğu mövzudadır. İstintaq prosesində "Abzas Media"nın Qərb institutlarından külli-miqdarda maliyyə vəsaiti aldığı müəyyən edilib. Sıralarında USAİD, "People in Need", "Euro Media Group" və digərləri vardır. Alınan vəsait qeydiyyatsız olaraq ölkəyə gətirilib, qeyri-leqal formada realizə edilib. Maliyyələşmədə adsız kartlardan da istifadə olunub.

İstintaq davam edir. Yəqin ki, prosesin gedişində indiyədək bilinməyən yeni nüanslar ortaya çıxacaq. Qanunsuz "Qrant trafiki" üçün tətbiq edilmiş maxinasiyaların üstü açılacaq. Hansı ki, o maxinasiyalardan təkcə "Abzas Media" istifadə etməyib. "Müdafiəçi təşkilatlar" da faydalanıblar.

ABŞ başda olmaqla Qərb mərkəzləri Azərbaycanda geniş agentura şəbəkəsi qurublar. İzi azdırmaq üçün onların adını "KİV qurumu", "QHT", "Siyasi partiya" qoyublar. Yəni, öz agentlərini məsuliyyətdən yayındırmaq üçün hüquqi platforma yaradıblar. Qrant vermək adı altında onlar üçün "qanunu maliyyə mənbəyi" təmin ediblər. Azərbaycan 2000-ci illərdən başlayaraq, bu şəbəkəni qismən ifşa edib. Zərərsizləşdirmək üçün qanunvericiliyi yeniləyib. 2014-cü ildə qrant alma prosedurlarını sərtləşdirib. Digər zəruri tədbirlər görüb.

İndi bəlli olur ki, Azərbaycan ehtiyat tədbirləri gördüyü kimi, "qrant şəbəkəsi" də çevik tərpənib. Qeyri-leqal vəsaitin ölkəyə gətirilib agentura şəbəkəsinə çatdırılması üçün son 6 il ərzində tamamilə yeni metodlardan istifadə edib. Məsələn, Norveçin Azərbaycanda keçmiş səfiri Steynar Gil 2003-2005-ci illərdə qanunları pozduğuna, siyasi proseslərə açıq müdaxilə etdiyinə görə Azərbaycandan qovulmuşdu. Onun himayəsində olan fondların fəaliyyəti isə dayandırıldı. Amma bu gün bəlli olur ki, Norveç fondları Azərbaycandan zahirən getsələr də, buradakı fəaliyyətlərini davam etdiriblər. "Abzas Media"nı maliyyələşdiriblər. Amma heç bir halda, heç bir yerdə görünməyiblər, adları çəkilməyib. Yəni, üzdə USAİD görünür, alt qatda işi Norveç fondları işləyir. Belə fondların sayı çoxdur. Onların maliyyələşdirdikləri, daha doğrusu, qanunsuz vəsait çatdırdıqları təşkilatların da sayları çoxdur.

"Abzas Media" üzərində açılmış istintaq işi bütün bu dolaşıq proseslərə aydınlıq gətirəcək. Çox güman ki, işin bir ucu da "müdafiəçi təşkilatlara" qədər uzanacaq. Narahatlıq bu məqamdan qaynaqlanır. Həyəcan keçirirlər, tələsirlər, təzyiq edib prosesi dayandırmaq istəyirlər.

ABŞ və onun Qərbdəki yançıları Azərbaycandan nə istəyirlər? Qərbin indiki planlarının arxasında Azərbaycan xalqının iradəsinə təsir göstərmək, xalqımızın qələbəsinə, torpaqların işğaldan azad olunmasına kölgə salmaq istəyirlər. Xalqla dövlət arasında inamsızlıq yaratmaq, cəmiyyəti parçalamaq və ölkəni qarşıdurma zonasına çevirmək niyyətindədirlər. Azərbaycan Ordusunun əzib dağıtdığı Ermənistan ordusunu yenidən dirçəldirlər. Qalib Azərbaycanın deyil, məğlub və işğalçı Ermənistanın şərtlərinə uyğun sülh müqaviləsi bağlatdırmaq istəyirlər. Bəs onların agenturası rolunda çıxış edən milli "QHT", "KİV" qurumları, "Milli Şura" ətrafında birləşmiş partiyalar nə istəyirlər?

Ümid edirik ki, istintaq prosesi bütün bu suallara aydınlıq gətirəcək.

"Report"un Analitik Qrupu

 




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi...

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ