çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Antiterror tədbirləri milli şərəfimizin bərpasını başa çatdırdı...Şəhidlər ən yeni mənəvi dəyərlərimiz oldular

Image


Son günlər bəzən sosial şəbəkələrdə, cəmiyyətdə belə ifadələr eşidirik ki, 24 saatlıq antiterror  tədbirləri zamanı niyə şəhid verdik? Niyə itkilərimiz oldu? Bu tədbirlər qansız – qadasız ola bilməzdimi? İtkilərimiz kaş olmayaydı, kaş yenə də şəhid xəbəri almazdıq, kaş analar ağlamazdı, lakin bu qaçılmaz idi. Lokal tədbirlər zamanı milli şərəfimiz, milli qürurumuz bərpa olundu, bütövləşdi, tamlaşdı... 

Əlbəttə, qələbənin yolu qandan-qadadan keçir, qələbə qansız qazanılmır ki. Qələbə varsa, demək qanını Vətən torpağına halal edən oğullar da var, onlar olmasa zəfər də olmaz. Azərbaycan torpaqları böyük  ölçüdə  Vətən müharibəsində qaytarıldı. O torpaqları şanlı ordumuz, cəsur əsgər və zabitlərimiz, könüllü olaraq cəbhəyə gedib əlinə silah alıb döyüşən, ürəyi o torpaqlarla döyünən oğullar işğaldan  azad etdi. O torpaqları gözü yaşlı qalan anaların igid oğulları qaytardı. O torpaqları hələ toy gərdəyi qurulmayan, yavuqlusu yol gözləyən alp ərənlər dardan xilas etdi. O torpaqları qanını vətən torpağına lalə kimi səpən, yarı, balaları boynuburuq qalan oğullar yenidən bizim etdi.  O oğullar olmasaydı nə 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanıb bu zəfəri dünya tarixinə tac edə biləcəkdik, nə də ki, irz-namusumuz olan torpaqlarımızı, şəhərlərimizi qaytara biləcəkdik, əbədiyən başı aşağı, gözükölgəli qalacaqdıq.  Vətən müharibəsində 3 min şəhidin qanı-canı bahasına torpaqlarımızın böyük hissəsini işğaldan azad edə bildik. 19 sentyabrda başlayan və 24 saat çəkən  lokal antiterror tədbirləri  zamanı isə dövlətimizin suverenliyini, ərazi bütövlüyünü təmin etdik. 24 saatlıq  lokal antiterror tədbirləri zamanı Xankəndiyə, Xocalıya yaxınlaşdıq, sepatatçıları ağbayraq qaldırmağa məcbur etdik, dialoq üçün bizim diktə etdiyimiz məkana-Yevlağa gəldilər. “Bizə türk çörəyi lazım deyil” deyənlər apardığımız çörəyə görə növbəyə düzüldülər. 
Təbii ki, düşmən ağ bayraq qaldırana qədər var gücü ilə əlindəki bütün ağır silahları üstümüzə tuşladı, məkrli varlığını qorumaq üçün qan tökdü, özünün də qanı töküldü. Sepatatçılar ağ bayraq qaldıran müddətə qədər onlara müqavimət göstərən oğullardan şəhidlik zirvəsinə yüksələnlər də, şəhid olduğu haqda qara xəbəri çıxan, sonra isə sağ olduğu bilinənlər də,  yaralananlar da, gözünün qanı axa-axa qələbə sevincindən gülümsəyən igidimiz də, gülə-gülə “mən şəhid olsam veriləcək 11 min manata kəndimizin yollarına asfalt çəkin” vəsiyyəti edib şəhid düşən də oldu. Bu oğullar elə bir oğullardır ki, onlar “canin ağrıyır Vətən, canımı canına, ömrümü ömrünə calayıb səni yaşatmaq üçün canımdan keçirəm Vətən! Sənin canın sağ olsun, candakı canım Vətən!” dedilər. Çünki o oğullar o torpaqları qaytarmaq üçün doğulmuşdular, öz missiyalarını həyata keçirmək üçün illərlə gözləmişdilər və o torpaqlar uğurunda şəhid olacaqlarını bilirdilər. Onlar yaxşı bilirdilər ki, Xocalını, Xankəndini, separatçıların zəli kimi yapdığı kəndlərimizi, şəhərlərimizi azad etmək üçün onların qanları töküləcək.   
Görkəmli şairimiz Məmməd İlqarın “Sağ olsun” şeirində ifadə olunanlar da son anda  şəhidlərimizin qəlbindən keçib yəqin ki...  
Vətən, başa çox iş gələr, 
Baş əymə başın sağ olsun!
Biz ölməyə doğuluruq 
Torpağın, daşın sağ olsun!
Əlbəttə, Azərbaycan ordusu çox güclüdür və ən müasir silahlara sahibdir, psixoloji cəhətdən yüksək mənəvi-ruhi vəziyyətə malikdir, istənilən tapşırığın öhtəsindən gəlməyə qadirdir. Vətən müharibəsindən keçən bu üç il ərzində ordumuz daha da güclənib, daha da qüdrətlənib.  Düşmən bu əzəmətli ordunun qarşısında heç bir vədə duruş gətirə bilməzdi, necə ki, gətirə bilmədi də.  
Azərbaycan ordusu keçən əsrin 90-cı illərinin ordusu deyildi, XXI əsrin ən güclü orduları sırasında boy göstərən, düşmənə toy tutan  ordumuzun  24 saatlıq antiterror tədbirləri zamanın yenidən gücünün şahidi olduq.
Tədbirlər itkisiz olmazdımı deyənlər var.  Tarixi vərəqlədikdə görürük ki, Birinci Qarabağ müharibəsində verdiyimiz şəhidlərin sayı 20 mindən artıq olub. Vətən müharibəsində 3 min şəhidimiz oldu, böyük qələbə qazandıq. 19 sentyabrda keçirilən və 24 saat çəkən lokal antiterror tədbirləri zamanı isə şəhid olan oğullarımızın qanı bahasına xəyalı ilə yaşadığımız torpaqlara əlimiz çatdı, biz qələbəmizi tamamladıq... O igidlərimiz qazandırdı o zəfəri, onlar düşməni ağ bayraq qaldırmağa məcbur etdi... Keçmişdə verdiyimiz itkilərlə lokal tədbirlərin miqyası və mahiyyətini müqayisə etsək görərik ki, itkilərimiz çox azdır. Niyə itki verdik deyənlər əslində onu unutmalı deyillər ki, qanla zəbt edilən torpaqlar qanla da geri qaytarılmalı idi. Separatçılar o torpaqları çətin ki, qansız verərdilər. Hələ də “qan-qan” deyirlər, amma nə deməklərindən asılı olmayaraq artı məğlubdurlar.  
Əlbəttə, hər şəhid Vətənin bir parçasıdır, bayrağımızın, torpağımızın, yurd-yuvamızın əbədi pasibanıdır...Adları, igidlikləri bir mənəviyyat dünyasıdır, əməlləri bir işıqıdır, torpaqlarımızın azadlıq işığı... Analar ağlasa da, balalar atasız, gəlinlər yarsız qalsa da, Vətənin suverenliyi bərpa olundu...Bu tarixi qələbə naminə şəhid olmağa dəyərdi, necə ki, Vətənin ən xoşbəxt oğulları şəhidlik badəsini içdilər...Məhz onların adları bu qələbə tarixinə həkk olundu...
İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 14:17
MŞ-nın komissiya sədri Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib - FOTO

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi... - VİDEO

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ